Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda mikronlaşdırılmış 100 mq və ya 200 mq progesteron vardır.
Peroral qəbul − Progesteron çatışmazlığı ilə əlaqəli pozğunluqlar − Oliqoovulyasiya və ya anovulyasiya səbəbindən nizamsız menstrual tsikl. − Menstruasiya önü sindrom. − Premenopauza. − Menopauza: uşaqlığı zədələnməmiş qadınlarda estrogenlərlə əlavə istifadə.
Vaginal istifadə − Yumurtalıqların işləməməsi səbəbindən progesteron çatışmazlığının əvəzlənməsi (oosit donorluğu). − Ekstrakorporal mayalanma zamanı (IVF) lütein fazaya dəstək. − Hipofertil qadınlarda və ya oliq oovulyasiyaya görə birincil i və ya ikincil i sonsuzluğu olan qadınlarda spontan və ya induksiyalı dövrlərdə lütein fazaya dəstək. − Lütein faza çatışmazlığı səbəbi ilə düşük təhlükəsinin və ya təkrarlanan düşüklərin qarşısının alınması.
− Fidelinin tərkibindəki təsiredici maddəyə və ya digər komponentlərə qarşı allergiya. − Bu dərmanın tərkibində yer fıstığı yağı var. Xəstənin yer fıstığı və ya soya ya qarşı allergiyası varsa istifadə edilməməlidir. − Diaqnozu qoyulmamış vaginal qanaxma müşahidə edilərsə.
− Ciddi qaraciyər problemi varsa (yalnız peroral istifadə üçün). − Anamnezdə tromboembolik pozulmalar varsa.
Əgər hamiləsinizsə və ya körpəni ana südü ilə bəsləyirsinizsə, hamilə olduğunuzu düşünürsünüzsə və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərmanı qəbul etm əzdən əvvəl həkiminizdən və ya əczaçınızdan məsləhət alın. Hamiləlik Progesteron – hamiləlik dövründə artan hormondur və bu səbəblə bu dövrdə əlavə təsirlərə səbəb olmur. Laktasiya dövrü Progesteron ana südü ilə xaric olunur. Buna görə əmizdirən qadınlarda qəbulu tövsiyə edilmir.
Progesteronun peroral qəbulu ilə əlaqədar olaraq yuxululuq və/və ya başgicəllənmə riski bildirildiyi üçün, xüsusilə nəqliyyat vasitələrini idarə etmək və ya maşın istifadə etmək kimi diqqətli olmağınız tələb olunan vəziyyətlərdən çəkinməlisiniz.
Peroral qəbul - Orta doza gündə 200 -300 mq progesteron təşkil edir (yəni yatmazdan əvvəl 200 mq və ya səhər 100 mq, axşam 200 mq). - Lütein faza çatışmazlığında (nizamsız menstrual tsikl, menstruasiya önü sindrom, premenopauza) müalicə 10 gün ərzində adətən tsiklin 17-ci günündən 26-cı gündə daxil olmaqla, gündə 200-300 mq dozada qəbul olunmalıdır. - Menopauza dövründə olan intakt u şaqlığı olan qadınlarda estrogen müalicəsinə əlavə olaraq, hər aylıq estrogen terapiyası ardıcıllığının son iki həftəsində gündə 200 mq dozada pr ogesteron əlavə olunur. Sonra bir həftə hormonal əvəzedici terapiya aparılmır və qadınlarda bu zaman çox hallarda qanaxma müşahidə olunur.
Mümkün olan digər aşağı dozalı müalicə rejimi, estro gen müalicəsi müddəti ərzində (tsiklin 21-25 gün ləri) gündə 1 dəfə gecələr 100 mq dozasından ibarətdir. Bu müalicə xəstələrin əksəriyyətində amenoreyanın olmamasına şərait yaradır. Vaginal istifadə - Müvafiq estrogen müalicəsinə əlavə olaraq funksional fəaliyyəti olmayan yumurtalıqların (oosit donorluğu) səbəbi ilə çatışmazlıqlarda progesteron əvəzlənməsi: tsiklin 13-cü günü 100 mq və əlavə köçürmənin 14-cü günündə 100 mq. Tsiklin 15-ci günündən 25-ci gün daxil olmaqla 200 mq (səhər və axşam).
Qadın hamilədirsə 26-cı gündən etibarən hər həftə dozanı gündə 100 mq artırın, gündə maksimum 600 mq-a qədər, gündəlik doza üç dəfə qəbula bölünür. Bu dozalanma 60 günə qədər davam etdirilir. - Ekstrakorporal mayalanma (in vitro fertilization, IVF) dövrlərində lütein fazaya dəstək: İXQ inyeksiyası günündən başlayaraq hamiləliyin 12-ci həftəsinə qədər gündə 400-600 mq. - Hipofertil qadınlarda və ya birincil və ya ikincil sonsuzluğu olan qadınlarda oliqoovulyasiyaya görə spontan və ya induksiyalı tsiklər zamanı lütein fazaya dəstək: gündə 200-300 mq tsiklin 17-ci günündən 10 gün müddətində və menstruasiya olmadıqda və ya hamiləlik baş veribsə bu qrafik üzrə davam etmək.
- Lütein faza çatışmazlığı səbəbi ilə düşük təhlükəsi və ya təkrarlanan düşüklərin qarşısının alınması: iki qəbula gündə 200-400 mq. İstifadə qaydası Peroral: kapsulları yeməkdən sonra hər gün eyni vaxtda bir stəkan su ilə qəbul etməli. Vaginal: kapsulları barmağınızla itələyərək uşaqlıq yoluna daxil etməli.