Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FINLIPSAL 200MG N50 TB

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-06110
Reseptlə satılır
İstehsalçı ölkə: Polsa
8,70 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FİNLİPSAL, 200 mq tabletlər 

Finlipsal tərkibi

 Təsiredici maddə:   1 tabletin tərkibində 200 mq karbamazepin vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium kroskarmelloza, susuz kolloidal silisium,  maqnezium stearat. 

İstifadəsinə göstərişlər:

 • Epilepsiya Dərman preparatı aşağıdakı qıcolma tutmaları zamanı istifadə olunur:  − mürəkkəb parsial tutmalar (psixomotor, gicgah); − generalizəolunmuş (tonik-klonik) tutmalar (grand mal); − qarışıq formalar (yuxarıda göstərilən göstərişlər daxil olmaqla və ya digər parsial və ya generalizəolunmuş tutmalar).  • Üçlü sinirin nevralgiyası Karbamazepin üçlü sinirin tipik nevralgiyası ilə ağrı sindromunun müalicəsi üçün göstərişdir.   Preparat həmçinin dil-udlaq sinirinin nevralgiyasının müalicəsində effektivdir.  • Litium preparatları ilə müalicəyə reaksiya verməyən pasiyentlərdə bipolyar affektiv pozğunluqların profilaktikası.  Qeyd: dərman preparatı ağrı sindromunun digər növlərinin aradan qaldırılması üçün istifadə edilməməlidir. 

Əks göstərişlər:

 Karbamazepinə, köməkçi maddələrdən hər hansı birinə və ya  amitriptilin, dezipramin, protriptilin və s. kimi digər trisiklik antidepressantlara  qarşı yüksək həssaslıq.  МАО-nun inhibitorları ilə müalicə (karbamazepinin istifadəsi yalnız monoaminooksidazanın inhibitorları ilə müalicənin qurtarmasından ən azı 14 gün keçdikdən sonra mümkündür ).  Anamnezdə sümük iliyinin funksional pozğunluğu.  Qulaqcıq-mədəcik blokadası. Porfirinlərin sintezinin pozulması (kəskin intermittəedici porfiriya).

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik  Hamiləlik dövründə karbamazepinin istifadəsi ilə bağlı nəzarət olunan tədqiqatlar aparılmamışdır. Epidemioloji məlumatlar göstərir ki, hətta onurğanın ayrılması da daxil olmaqla, anadangəlmə qüsurların inkişafı mümkündür.  Karbamazepin hamilə və ya hamiləliyi planlaşdıran qadınlara o zaman təyin edilə bilər ki, ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olsun. Doğuş qabiliyyətli qadınlarda mümkündürsə, karbamazepinin monoterapiya şəklində istifadə edilməsi tövsiyə olunur. Retrospektiv tədqiqatlar kombinəlunmuş müalicə ilə müqayisədə qıcolmaəleyhinə preparatla monoterapiya zamanı dölün zədələnməsi riskinin azalmasını göstərir.  Əgər qıcolmaəleyhinə preparat böyük qıcolma tutmalarının profilaktikası məqsədilə istifadə olunursa, müalicə qəflətən dayandırılmamalıdır, belə ki, hipoksiya  və pasiyentin həyatı üçün risklə yanaşı epileptik statusun meydana çıxması təhlükəsi mövcuddur. İstisna etmək olmaz ki, epileptik tutmaların özü dölün zədələnməsinə səbəb ola bilər. Epilepsiyadan əziyyət çəkən və müalicə olunmayan anaların uşaqları malformasiya daxil olmaqla, anadangəlmə qüsurların inkişafının yüksək riskinə məruz qalır. Qeyd edilmişdir ki, əksər qıcolmaəleyhinə preparatlar kimi, karbamazepin anadangəlmə qüsurların inkişaf ehtimalını yüksəldir, baxmayaraq ki, karbamazepinin monoterapiya şəklində istifadəsinə dair kontrol tədqiqatların bu barədə həlledici nəticələri yoxdur. Karbamazepinin istifadəsi nəticəsində qüsurların və malformasiyanın inkişafı barədə (onurğanın dağılması və digər qüsurlar, məsələn, üz skeletinin qüsuru, ürəkdamar malformasiyası, hipospadiyalar və orqanizmin bir çox sistemlərinin pozğunluqları daxil olmaqla) məlumat verilmişdir.   Pasiyent qadını məlumatlandırmaq lazımdır ki, karbamazepinlə müalicə zamanı dölün inkişafında anomaliyanın inkişafı mümkündür və prenatal diaqnostikanın aparılmasını təmin etmək lazımdır.  Qeyd edilmişdir ki, fol turşusunun adətən, hamiləlik dövründə baş verən çatışmazlığı  qıcolmaəleyhinə preparatlarla müalicə zamanı güclənə bilər. Qıcolmaəleyhinə preparatlar qəbul edən qadınların hamiləliyi dövründə fol turşusunun çatışmazlığı anadangəlmə qüsurların tezliyinin yüksəlməsinə səbəb ola bilər.  Hamiləliyə qədər və hamiləlik dövründə fol turşusu qəbul etmək tövsiyə olunur.  Uşaqda hemorragik fəsadların profilaktikası üçün hamiləliyin son həftələrində hamilə qadına və yenidoğulmuşlara doğuşdan dərhal sonra K1 vitamini təyin etmək tövsiyə olunur.  Anaların digər qıcolmaəleyhinə preparatlarla kombinasiyada karbamazepin qəbul etmiş yenidoğulmuş uşaqlarda tək-tək hallarda qıcolma tutmaları qeyd edilmişdir. Bəzi hallarda müşahidə olunan qusma, ishal və/və ya qidalanmanın pozulması ana tərəfindən istifadə edilən karbamazepinin təsiri nəticəsində yenidoğulmuşda ləğvetmə sindromunun olduğunu göstərir.  Laktasiya Karbamazepin ana südünə nüfuz edir, süddə onun konsentrasiyası isə hətta qan plazmasındakı konsentrasiyanın 60%-i təşkil edir.  Südəmər uşaqlara əlavə təsir göstərməsi riskini nəzərə alaraq, preparatdan istifadə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. 

Finlipsal istifadə qaydası, dozası

 Müalicəyə preparatın kiçik dozaları ilə başlamaq və əgər lazımdırsa, dozanı tədricən artırmaq lazımdır. Müalicəvi cavab alındıqdan sonra dozanı tədricən minimal effektiv dozaya qədər azaltmaq lazımdır. Epilepsiyanın müalicəsi zamanı karbamazepinlə müalicəni qəflətən dayandırmaq tövsiyə olunmur.  Bütün hallarda, əgər mümkündürsə, çin və tay etnik mənşəli şəxslərdə müalicəyə başlamazdan əvvəl karbamazepinin qəbulu nəticəsində yaranan və Stivens-Conson sindromunun (SCS) inkişaf riski ilə bağlı olan HLA-B*1502 allelinə görə skrininq keçirmək lazımdır (“Xüsusi göstərişlər” bölməsində genetik tədqiqatlara və dəri reaksiyalarına dair məlumatlara bax).  Karbamazepini yeməkdən əvvəl, yemək zamanı və ya qida qəbulları arasında az miqdarda su ilə qəbul etmək lazımdır.  Adətən, aşağıdakı doza rejimlərindən istifadə etmək tövsiyə olunur.  Epilepsiya Böyüklər və 12 yaşdan böyük uşaqlar Müalicənin əvvəlində 100-200 mq birdəfəlik və ya gündə 2 dəfə.  Doza optimal müalicəvi effekt alınana qədər həftəlik intervallarla gündə 200 mq artırılır. Doza 3-4 qəbula bölünür. Çox zaman doza gündə 800 mq -1200 mq təşkil edir. 12-15 yaşlı uşaqlarda gündəlik doza 1000 mq-dan, 15 yaşdan böyük pasiyentlərdə isə 1200 mq-dan artıq olmamalıdır. Bəzi böyük şəxslərdə preparatı gündə 1600 və hətta 2000 mq dozada istifadə etmək lazımdır. Gündəlik doza 3-4 dəfəyə qəbul olunur.   6-12 yaşlı uşaqlar Müalicənin əvvəlində gündə 2 dəfə 100 mq. Doza, tədricən, optimal müalicəvi doza alınana qədər  hər həftə gündə 100 mq olmaqla yüksəldilir. Gündəlik doza gündə 3-4 dəfəyə qəbul olunur. Gündəlik doza 1000 mq-dan yüksək olmamalıdır. Müalicəvi təsir, adətən, gündə 400800 mq dozanın qəbulu zamanı baş verir.  Gündəlik doza 3-4 dəfəyə qəbul olunur. 6 yaşdan kiçik uşaqlar Müalicənin əvvəlində doza bədən kütləsinin hər kq-na 10-20 mq (10-20 mq/kq b.k.) hesabı ilə təyin olunur və bərabər bölünərək, 2-3 dəfəyə qəbul edilir. Doza, tədricən, optimal müalicəvi doza alınana qədər  hər həftə artırılır. Gündəlik doza 3-4 qəbula bölünür. Gündəlik doza 35 mq/kq b.k.-dən yüksək olmamalıdır.  Gündəlik doza 3-4 dəfəyə qəbul olunur. Karbamazepin monoterapiya şəklində və digər qıcolmaəleyhinə preparatlarla birlikdə istifadə oluna bilər.  Kombinəolunmuş müalicə zamanı  karbamazepin tədricən, digər qıcolmaəleyhinə preparatın dozasını saxlamaqla və ya azaltmaqla, istifadə olunur. Fenitoin istisnalıq təşkil edir, belə ki, onun dozasını karbamazepindən istifadə etməklə eyni zamanda yüksəltmək lazımdır.  Üçlü sinirin nevralgiyası Böyüklər: müalicənin birinci günü gündə 2 dəfə 100 mq. Gündəlik dozanı hər gün 200 mq (hər 12 saatdan bir 100 mq) artırmaq lazımdır. Doza gündə 1200 mq-dan yuxarı qaldırılmamalıdır. Pasiyentlərin əksəriyyətində analgeziyaedici təsir gündə 400-800 mq dozanın qəbulu zamanı yaranır. Müalicə zamanı  ən azı 3 ay müddətində 1 dəfə preparatın dozasını minimal müalicəvi dozaya qədər  azaltmağa və hətta preparatın qəbulunu dayandırmağa cəhd etmək lazımdır.  Litium preparatları ilə müalicəyə reaksiya verməyən pasiyentlərdə bipolyar affektiv pozğunluqların profilaktikası Başlanğıc doza gündə 400 mq təşkil edir və onu bir neçə dəfəyə qəbul etmək lazımdır. Doza tədricən optimal müalicəvi dozaya qədər  və ya 1600 mq təşkil edən (bir neçə qəbula) gündəlik dozaya qədər artırılır. Adətən, dərman preparatı 400-600 mq gündəlik dozada (bir neçə qəbula) qəbul edilir.  

Prepared by  T-Soft E-Commerce.