Sevimlilərə əlavə edin
Paylaşın

Fitolizin 672 Mq 100 Qr Pasta

Məhsul Kodu : 111-00363
İstehsalçı ölkə : Polsa
1 Şərh Şərh
10,64 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

Fitolizin, daxilə qəbul üçün pasta

Fitolizin tərkibi

Fitolizin tərkibi, 100 q pastanın tərkibində aşağıdakı qarışıqların 67,2 q qatı ekstraktı (1:1,3-1,6; spirt 45°) vardır: adi qızılsəbət otu, çöl qatırquyruğu otu, dağ quşotu, ayrıq bitkisinin kökləri, soğan qabığı, ağcaqayın yarpaqları, boyotu toxumları, cəfəri kökləri, yabanı kərəviz kökləri vardır. Köməkçi maddələr: qliserin 99,5%, аqar, muskat adaçayı yağı, nanə yağı, adi şamağacı yağı, şirin portağal yağı, buğda nişastası, vanilin, etilparahidroksibenzoat (E214), təmizlənmiş su. 5 q pastanın tərkibində (1 çay qaşığı) kversetinə nəzərən 0,06%-dən az olmayan flavonoidlər vardır.

Fitolizin, istifadəsinə göstərişlər

Bitki mənşəli ənənəvi dərman preparatı, aşağıdakı hallarda istifadə olunur:
− sidikçıxarıcı yolların infeksion-iltihabi xəstəlikləri zamanı köməkçi vasitə kimi,
− nefrourolitiazın profilaktikası və müalicəsi üçün (kompleks müalicənin tərkibində),
− sidiyin mineral komponentlərinin kristallaşmasının profilaktikası üçün.

Əks göstərişlər

Mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə (Asteraceae (Compositae)), çətirlilər fəsiləsindən olan bitkilərə, qızılsəbətə, ağcaqayın tozuna, həmçinin preparatın digər komponentlərinə qarşı fərdi yüksək həssaslıq;
− böyrək çatışmazlığı;
− ürək çatışmazlığı;
− ürək və ya böyrək mənşəli ödemlər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Kifayət qədər klinik təcrübə olmadığından, Fitolizin preparatını həkim məsləhəti olmadan hamiləlik və laktasiya dövründə istifadə etmək tövsiyə olunmur. Hamiləlik və laktasiya dövründə preparatı o zaman istifadə etmək olar ki, həkimin rəyinə görə ana üçün fayda döl üçün potensial riskdən yüksək olsun.

Fitolizin, istifadə qaydası

Daxilə qəbul üçün. Adi doza
Böyüklər: Böyüklərə 1 çay qaşığı pasta təyin edilir. Gündə 3-4 dəfə bu doza ½ stəkan isti suda həll edilərək yeməkdən sonra daxilə qəbul edilir.
Ahıl yaşlı pasiyentlər: Dozaya düzəliş edilməsi tələb olunmur.
18 yaşa qədər uşaqlar və yeniyetmələr: 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə Fitolizin preparatının təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
Böyrək çatışmazlığı olan pasiyentlər: Fitolizin preparatının istifadəsi əks göstərişdir.
Qaraciyər çatışmazlığı olan pasiyentlər: Qaraciyər çatışmazlığı olan pasiyentlərdə Fitolizin preparatının istifadəsinə dair tövsiyələr yoxdur.
İstifadə müddəti: Preparatı 2-4 həftədən artıq istifadə etmək tövsiyə olunmur. Əgər preparatdan istifadə fonunda xəstəliyin simptomları saxlanılarsa və ya güclənərsə, həkimlə məsləhətləşmək lazımdır.
Güclü diurezi təmin etmək üçün adekvat miqdarda maye qəbul etmək tövsiyə olunur.
Əgər dozanın istifadəsi unudularsa: Buraxılmış dozanı kompensə etmək üçün ikiqat doza qəbul etməyin!

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00363

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
Betadin 200 Mq N14 Şam
10,66 AZN -%0
10,66AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce