Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Fortegyn N6 vaginal vap

Məhsul Kodu : 111-25724
17,33 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FORTEGİN, vaginal şamlar

FORTEGİN tərkibi

Təsiredici maddələr: 1 vaginal şamın tərkibində 300 mq metronidazol, 100 mq mikonazol nitrat, 48,80 mq neomisin sulfat, 4,40 mq polimiksin B sulfat, 15 mq Asiya sentellası vardır.

İstifadəsinə göstərişlər

Preparata həssas mikroorqanizmlər tərəfindən törədilən vaginitlərin müalicəsi: - bakterial vaginoz; - trixomonad vaginit; - vulvovaginal kandidoz; - qarışıq infeksiyalar tərəfindən törədilən vaginitlər; - vulvovaginitlər və servikovaginitlər (uşaqlığın, uşaqlıq boynunun, vulvanın və vaginanın selikli qişasının iltihabı).

Əks göstərişlər

- Preparatın tərkibindəki aktiv maddələrə, onların törəmələrinə və köməkçi maddələrə qarşı yüksək həssaslıq; - Hamiləliyin I trimestri; - Laktasiya dövrü; - Porfiriya; - Qaraciyər funksiyasının ağır pozulması; - Mərkəzi sinir sisteminin orqanik zədələnmələri, epilepsiya.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Əgər müalicə kursu ərzində hamilə olduğunuz aşkar olunarsa, dərhal həkiminizlə məsləhətləşin. Vaginal absorbsiya əhəmiyyətli dərəcədə olmasa da, hamiləliyin I trimestrində və laktasiya dövründə bu dərman vasitəsinin istifadəsi tövsiyə olunmur. Hamiləliyin ikinci və üçüncü trimestrlərində preparatın ana və körpə üçün fayda/risk nisbəti qiymətləndirilməlidir.

Fortegin vaginal şamlar yalnız ana üçün fayda döl üçün mümkün riskdən yüksək olduğu hallarda, həkim nəzarəti altında istifadə oluna bilər. Laktasiya dövrü Metronidazolun ana südünə keçm əsi səbəbindən müalicə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır. Müalicə bitməsindən 24-48 saat sonra ana südü ilə qidalandırılmanı davam etdirmək olar.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Metronidazol sistem tətbiqində nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər. Sistem istifadəsi ilə müqayisədə, yerli istifadə zamanı metronidazol uşaqlıq yolundan aşağı konsentrasiyalarda sorulur. Dərman vasitəsinin istifadəsi başgicəllənmə, ataksiya, yorğunluq və zəiflik kimi əlavə təsirlərin yaranma ehtimalına görə nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.

FORTEGİN istifadə qaydası və dozası

Həkim təyinatı olmadan istifadə edilməməlidir. Həkim tərəfindən başqa təyinat olmadıqda, 6-10 gün ərzində hər axşam yatmazdan əvvəl 1 vaginal şam uşaqlıq yoluna dərinə yeridilir. Fortegin vaginal şamların effektivliyinin azalma mümkünlüyü və ya yeridilmə ilə bağlı çətinliklər səbəbi ilə menstruasiya dövründə istifadəsi tövsiyə edilmir. Vaginal şamların tətbiqindən əvvəl əllərinizi yuyun və qurudun.

Uzanıq vəziyyətdə ayaqlarınızı bir qədər yuxarı qaldırın. Şamı uşaqlıq yoluna, mümkün qədər dərinə yeridin. Yarım saat ərzində uzanıq vəziyyətdə qalmağa çalışın. İstifadədən sonra əllərinizi bir daha yuyun.

Daxilə və başqa üsullarla istifadə olunmamalıdır. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək/Qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsi Böyrək çatışmazlığı zamanı metronidazolun yarımxaricolma dövrü dəyişilmir. Bu səbəbdən doza azaldılmasına ehtiyac yoxdur. Ağır dərəcəli qaraciyər çatışmazlığı zamanı metronidazolun klirensi pozula bilər.

Metronidazolun artmış plazma konsentrasiyası ensefalopatiyanın simptomlarını kəskinləşdirə bilər, buna görə qaraciyər ensefalopatiyası olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Qaraciyər ensefalopatiyası olan xəstələrdə metronidazolun gündəlik dozası ⅓-ə qədər azaldılmalıdır. Uşaqlarda istifadəsi 18 yaşdan kiçik uşaqlarda istifadə olunmamalıdır. Yaşlı xəstələrdə istifadəsi 65 yaşdan yuxarı olan xəstələrdə böyük xəstələrdə olduğu kimi eyni dozalarda istifadə edilir.

Prepared by  T-Soft E-Commerce.