Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 100 % maddə hesabı ilə 50 mq furazidin vardır.
Sidik-ifrazat yollarının kəskin və xroniki infeksiyaları – pielonefrit, sistit, uretrit, prostatit, sidik- cinsiyyət sisteminin əməliyyatdan sonrakı infeksiyaları.
- Furagin preparatına, nitrofuran qrupu törəmələrinə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
- ağır böyrək çatışmazlığı (kreatinin klirensi 30 ml/dəqiqədən aşağı);
- ağır qaraciyər çatışmazlığı;
- polinevropatiya (o cümlədən, diabetik);
- qlükoza-6-fosfatdehidrogenaza fermentinin çatışmazlığı (hemolizin inkişaf etmə riski);
- porfiriya (hemoqlobinin parçalanma məhsullarının mübadiləsinin pozulması ilə əlaqəli xəstəliklər);
- qalaktozaya qarşı anadangəlmə dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir xəstəliklər;
- saxaraza/izomaltaza/laktaza çatışmazlığı, laktozaya qarşı dözümsüzlük;
- hemodializ və ya peritoneal hemodializ proseduraları qəbul edən pasiyentlər. Uşaqlarda (18 yaşa qədər) preparatın istifadəsi əks göstərişdir.
Urosepsis və böyrək parenximasının infeksiyaları zamanı Furagin preparatının istifadəsi tövsiyə olunmur.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri Aşağıda göstərilən vəziyyətlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır:
- anemiya;
- B qrupu vitaminlərinin və fol turşusunun çatışmazlığı zamanı;
- ağciyər xəstəlikləri zamanı;
- Furagin preparatını uzun müddət ərzində istifadə etdikdə, periferik nevropatiya (ağrı və müvafiq sinir nahiyəsində həssaslığın pozulması) inkişaf edə bilər. Nevropatiya simptomları inkişaf etdiyi halda, preparatın istifadəsi dayandırılmalıdır;
- şəkərli diabet zamanı preparat polinevropatiyanın meydana çıxmasına səbəb ola bilər. Urosepsis və böyrək parenximasının infeksiyaları zamanı Furagin preparatının istifadəsi tövsiyə olunmur. Eksperimental tədqiqatlarda və klinik müşahidələr zamanı göstərilmişdir ki, nitrofuranlar xayalıqların funksiyalarına mənfi təsir göstərir ki, bu da özünü sperma miqdarının və eyakulyat həcminin azalması, spermatozoidlərin hərəkətliliyinin ləngiməsi və onların morfologiyasının patoloji dəyişiklikləri ilə büruzə verir. Furazidinin istifadəsi zamanı, preparat tərəfindən yoğun bağırsağın normal mikroflorasının tormozlanması nəticəsində meydana çıxan diareya müşahidə oluna bilər. Nadir hallarda psevdomembranoz kolitin inkişaf etməsi ehtimal edilir ki, bunun da səbəbi düz bağırsağın təbii mikroflorasının tormozlanması və Clostridium difficile mikroorqanizmlərinin çoxalmasıdır. Psevdomembranoz kolitin yüngül formasında preparatın istifadəsinin dayandırılması kifayət edir. Müvafiq müalicə aparıldıqda, bağırsağın peristaltikasının ləngiməsinə səbəb olan preparatlardan istifadə edilməməlidir. Preparatın qida qəbulu zamanı istifadəsi, furazidinin sorulmasına əhəmiyyətli təsir göstərməyərək, kolitin inkişaf etmə riskinin aşağı düşməsinə səbəb olur. Furagin preparatından istifadə edən pasiyentlərin laborator tədqiqatı zamanı misin bərpa edilməsi metodundan istifadə edildiyi təqdirdə, sidikdə qlükozanın mövcudluğunun yanlış-müsbət
reaksiyası qeyd oluna bilər. Sidikdə qlükozanın ferment metodla müəyyən edilməsi nəticələrinə furazidin heç bir təsir göstərmir. Uzunmüddətli müalicə aparıldıqda, xüsusilə 65 yaşdan yuxarı pasiyentlərdə qan analizinə (leykositlərin miqdarına), qaraciyərin və böyrəklərin funksional göstəricilərinə və eləcə də, ağciyər funksiyalarına nəzarət etmək lazımdır. Nevritlərin meydana çıxmasının profilaktikası məqsədi ilə eyni zamanda antihistamin preparatların və B qrupu vitaminlərinin (nikotinamid, tiamin) istifadəsi arzuolunan haldır. Pasiyentdə bəzi şəkər növlərinə qarşı dözümsüzlük müəyyən edildiyi təqdirdə, göstərilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Sidiyin qələviləşməsinə səbəb olan preparatlar Furagin preparatının terapevtik effektini zəiflədir (furazidinin sidiklə birlikdə xaricolmasını sürətləndirir). Sidiyin turşulaşmasına səbəb olan preparatlar (turşular, o cümlədən, askorbin turşusu və eləcə də, kalsium xlorid) sidikdə furazidinin konsentrasiyasını yüksəldir (preparatın sidiklə xaricolmasını ləngidir) və beləliklə, preparatın müalicəvi effektinin güclənməsinə səbəb olur; lakin, bu zaman preparatın toksiklik riski də yüksəlir. Levomisetinlə, ristomisinlə və sulfanilamidlərlə eyni zamanda istifadə edildikdə, qanyaranmanın tormozlanmasının güclənməsi müşahidə olunur. Furagin preparatının xinolonlarla (nalidiks turşusu, oksolin turşusu və norfloksasin ilə) antaqonizmini nəzərə alaraq, göstərilən preparatların eyni zamanda istifadəsindən çəkinmək lazımdır. Probenesidin və sulfinpirazonun istifadəsi nəticəsində, furazidinin xaricolması zəifləyir ki, bu da arzuolunmayan əlavə təsirlərin və toksikliyin inkişaf etmə riskinin yüksəlməsinə səbəb olur. Furagin preparatının və antasidlərin (maqnezium trisilikat tərkibli) eyni zamanda istifadəsi, furazidinin absorbsiyasının azalmasına gətirib çıxarır. Böyrək çatışmazlığı qeyd olunan pasiyentlərdə Furagin preparatının və aminoqlikozidlərin eyni zamanda istifadəsi tövsiyə olunmur. Antibiotiklərlə (penisillinlərlə və sefalosporinlərlə) eyni zamanda istifadə edildikdə, Furagin preparatının antibakterial təsiri əhəmiyyətli dərəcədə güclənir; tetrasiklinlə və eritromisinlə yaxşı kombinə olunur. Preparatın istifadəsi ilə müalicə müddətində alkoqoldan istifadə edilməməlidir, çünki alkoqol əlavə effektlərin (ürək çırpınmasının güclənməsi, ürək nahiyəsində ağrı, baş ağrıları, ürəkbulanma, qusma, qıcolmalar, arterial təzyiqin aşağı düşməsi, qızdırma, həyəcanlılıq) şiddətinin güclənməsinə səbəb ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi Hamiləlik və ya laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.
Preparat nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, adətən, reaksiya sürətinə heç bir təsir göstərmir; bununla belə, müalicə müddətində başgicəllənmə, yuxuya meyllilik və ya mərkəzi sinir sistemində digər əlavə effektlər müşahidə edilən pasiyentlər ehtiyat tədbirlərinə riayət etməlidirlər.
Preparatı daxilə, qida qəbulundan dərhal sonra, çox miqdar su ilə birlikdə istifadə etmək lazımdır. Böyüklərə: sutkada 2-3 dəfə 100-200 mq (2-4 tablet) təyin olunur. Müalicə kursu xəstəliyin ağırlıq dərəcəsindən, müalicənin effektivliyindən və eləcə də, böyrəklərin funksional vəziyyətindən asılı olaraq, 7-10 gün təşkil edir. Zərurət yarandığı halda, 10-15 gündən sonra, müalicə kursunu təkrar etmək olar. Preparatın maksimal sutkalıq dozası 600 mq təşkil edir. Preparatın istifadəsi ötürüldüyü halda, pasiyent növbəti dozanı mümkün qədər tez qəbul etməlidir. Ötürülən dozanın kompensasiyası məqsədi ilə preparatın ikiqat dozasından istifadə
etmək olmaz. Uşaqlar Preparat uşaqlarda istifadə edilməməlidir.