Sevimlilərə əlavə edin
Paylaşın

Furosemid 40 Mg N40 Tablet

Məhsul Kodu : 111-06544
İstehsalçı ölkə : Çin
1 Şərh Şərh
1,00 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

FUROSEMİD, 40 mq tabletlər

FUROSEMİD tərkibi

FUROSEMİD tərkibi, 1 tabletin tərkibində 40 mq furosemid vardır.

Furosemid, istifadəsinə göstərişlər

Ürək və ya böyrək mənşəli ödemlər. Qaraciyər mənşəli ödemlər, adətən, kaliumqoruyucu diuretiklərlə birlikdə. Tiazid diuretiklərinin təyin olunması əks göstəriş olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (xüsusilə, kreatinin klirensi 30 ml/dəqiqədən aşağı olduqda) arterial hipertenziya.

Əks göstərişlər

• Furosemidə və/və ya preparatın tərkibində olan hər hansı köməkçi komponentə qarşı hiperhəssaslıq;• kəskin böyrək çatışmazlığı;• qaraciyər ensefalopatiyası;• sidik yollarının obstruksiyası;• hipovolemiya və ya dehidratasiya;• dekompensasiya olunmuş hipokaliemiya;• dekompensasiya olunmuş hiponatriemiya;• hamiləlik və laktasiya dövrü;• litium ilə kombinasiyalar;• qalaktozemiya, qlükoza-qalaktoza malabsorbsiyası sindromu, laktaza çatışmazlığı;• ekskresiyası əsasən öd vasitəsi ilə həyata keçirilən furosemidin orqanizmdə toplanma riskini nəzərə alaraq, ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (kreatinin klirensi < 30 ml/dəqiqə) hepatit və hepatosellülyar çatışmazlıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin birinci trimestri ərzində, II–III-cü trimestrlərdə furosemiddən həyati göstərişlərə görə istifadə etmək olar. Laktasiya dövründə ana südü ilə xaric olunur və bu səbəbdən, preparatla müalicə müddətində ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.

İstifadə qaydası və dozası

Göstərişlərdən, klinik vəziyyətdən, pasiyentin yaşından asılı olaraq, dozalanma rejimi fərdi təyin olunur. Diuretik cavabın göstəricisindən və pasiyentin vəziyyətinin dinamikasından asılı olaraq, müalicə prosesində dozalanma rejimini korreksiya etmək olar. Preparatı daxilə qəbul etmək lazımdır.• Böyüklər: – Ürək, böyrək və qaraciyər mənşəli ödemlərdə: – orta dərəcəli hallarda: gündə ½–1 tablet; – ağır hallarda: gündə 1 və ya 2 dəfə qəbul üçün 2–3 tablet və ya gündə 2 dəfə qəbul üçün 3–4 tablet. – Arterial təzyiq yüksək olduqda və ya xroniki böyrək çatışmazlığında: gündə 1 və ya 2 dəfə qəbula ½–3 tablet, digər antihipertenziv preparatlarla (renin-angiotenzin sistemin antaqonistləri) birlikdə.• Uşaqlar: Ödemlərin müalicəsi üçün sutkalıq doza 1–2 dəfə qəbul etmək üçün 1–2 mq/kq bədən kütləsi.• Yaşlı pasiyentlər: Doza seçimini və onun tənzimlənməsini adətən terapevtik dozalar diapazonunun aşağı səviyyəsindən başlayaraq, ehtiyatla aparmaq lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06544

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
Betadin 200 Mq N14 Şam
10,66 AZN -%0
10,66AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce