Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 suppozitoriyanın tərkibində 150 mq tinidazol, 100 mq tiokonazol vardır.
− Candida albicans tərəfindən törədilən vulvovaginal kandidoz − Gardnerella vaginalis və anaerob bakteriyalar tərəfindən törədilən bakterial vaginoz − Trichomonas vaginalis tərəfindən törədilən trixomonad vaginit − Qarışıq infeksiayalar tərəfindən törədilən vaginitlər
− Preparatın təsiredici maddələrinə və ya onların törəmələrinə qarşı yüksək həssaslıq − Hamiləliyin I trimestri, laktasiya dövrü − Üzvi mənşəli nevroloji pozğunluqlar − Keçmişdə və ya hazırda qan diskraziyası olan pasiyentlər
Hamiləlik (C kateqoriyası) Aktiv maddələrin dölə və yenidoğulmuş körpəyə təsiri barədə məlumat olmadığı üçün preparatı istifadə edən qadınlar kontrasepsiya üsullarından istifadə edərək hamiləlikdən çəkinməlidirlər. Tinidazol plasentar baryeri keçir. Heyvanlar üzərində aparılan araşdırmalar da preparatın hamiləliyə, embrional/bətndaxili inkişafa, doğuşa, postnatal inkişafa təsirlərinə aid məlumatlar kifayət qədər deyil. İnsanlar üçün potensial riskin olması məlum deyil.
Preparatın birinci trimestrdə istifadəsi ilə bağlı kifayət qədər məlumat yoxdur. Bu səbəbdən də, hamiləliyin birinci trimestrində istifadə edilməməlidir. İkinci və üçüncü trimestrlərdə istifadəsi həkim tərəfindən fayda/ risk nisbəti qiymətləndirilməlidir və mütləq göstəriş olmadıqda istifadə olunmamalıdır. Laktasiya Tinidazolun ana südünə keçməsi ilə əlaqədar müalicə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır.
Müalicə başa çatdıqdan 72 saat sonra qidalandırılmanı davam etdirmək olar. Tiokonazolun ana südünə keçməsi haqqında məlumat yoxdur, lakin dərman maddələrinin əksəriyyəti ana südü ilə xaric edildiyindən qidalandırma dayandırılmalıdır. Reproduksiya/Fertillik Fertilliyə dair 60 günlük bir tədqiqatda 600 mq/kq/ sut dozada tinidazol fertilliyi azaldıb və erkək siçovullarda testikulyar histopatologiyaya səbəb olub. Spermatogen effektlər 300 və 600 mq/ kq/sut dozada müşahidə edilmişdir.
Testislərdə və spermada müşahidə olunan arzuolunmaz effektlərin inkişaf etməsinə səbəb olmayan maksimal doza 100 mq/kq/sut. Bu effektlər 5-nitroimidazol sinif preparatları üçün xarakterdir. Erkək siçovullarda tiokonazolun sutkada hər kq -a 150 mq dozaya qədər peroral yolla tətbiq olunması ilə fertilliyə heç bir təsiri müşahidə edilməmişdir. Lakin dişi siçovullarda preparatın 35 mq/kq/sut dozadan çox peroral yolla tətbiq olunması zamanı implantasiya öncəki itkilərə dair məlumatlar vardır.
Qaynomaks preparatının nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqında məlumat yoxdur.
Həkim təyinatı olmadan istifadə olunmamalıdır. Həkim tərəfindən başqa təyinat olmadıqda, 7 gün ərzində hər axşam yatmazdan əvvəl 1 vaginal suppozitoriya istifadə olunur. Alternativ olaraq, 3 gün ərzində gündə 2 dəfə 1 vaginal suppozitoriyadan istifadə edilə bilər. Qaynomaks vaginal suppozitoriyaları n effektivliyinin azalma mümkünlüyü və ya yeridilmə ilə bağlı çətinliklər səbəbi ilə menstruasiya dövründə istifadəsi tövsiyə edilmir.
Vaginal suppozitoriyanın tətbiqindən əvvəl əllərinizi yuyun və qurudun. Uzanıqlı vəziyyətdə ayaqlarınızı bir qədər yuxarı qaldırın. Suppozitoriyanı uşaqlıq yoluna mümkün qədər dərinə yeridin. Yarım saat ərzində uzanıq vəziyyətdə qalmağa çalışın.
İstifadədən sonra əllərinizi bir daha yuyun. Xüsusi pasiyent qruplarına dair əlavə məlumatlar Böyrək çatışmazlığı Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə (KK <22 ml/dəq) tinidazolun farmakokinetik parametrlərində ciddi dəyişikliklər aşkar edilməmişdir. Bu səbəbdən böyrək çatışmazlığı olan pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Hemodializ zamanı tinidazolun klirensi əhəmiyyətli dərəcədə artır, yarımxaricolma dövrü isə 12 saatdan 4.9 saata qədər qısalır.
6 saat davam edən dializ proseduru zamanı mövcud tinidazolun 43% -i xaric edilir. Əgər tinidazol hemodializdən öncə istifadə edilərsə, hemodializdən sonra tinidazolun tövsiyə olunan dozasının yarısının verilməsi məsləhət görülür. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı olan pasiyentlərdə tinidazolun farmakokinetikası barədə məlumat yoxdur. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə tinidazolun tövsiyə olunan dozası ehtiyatla istifadə olunmalıdır.
Geriatrik qrup 65 yaşdan yuxarı olan pasiyentlərdə doza böyüklər üçün göstərilən doza ilə eynidir.