Sevimlilərə əlavə edin
Paylaşın

Gera Adamed 200MG N30 Tablet

Məhsul Kodu : 111-20254
İstehsalçı ölkə : Polsa
0 Şərh Şərh
54,50 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

GERA ADAMED, 200 mq vaginal tabletlər

Gera Adamed tərkibi 

Təsiredici maddə:1 vaginal tabletin tərkibində 200 mq progesteron vardır. Köməkçi maddələr: laktoza monohidrat, prejelatinləşdirilmiş qarğıdalı nişastası, natrium kroskarmelloza, hipromelloza, limon turşusu monohidrat, maqnezium stearat, susuz kolloidal silisium dioksid.

İstifadəsinə göstərişlər:

 GERA preparatı süni mayalanma proqramlarında təyin olunur.

Əks göstərişlər:

 Aşağıda göstərilən hallar müşahidə olunan qadın pasiyentlər GERA preparatını istifadə etməməlidirlər

 • Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq

 • Qeyri-müəyyən səbəbdən müşahidə olunan uşaqlıq yolu qanaxmaları, qarşısı alınmış düşük, uşaqlıqdankənar hamiləlik

 • Süd vəzilərində və cinsiyyət orqanlarında xərcəng xəstəliyi və ya xərcəng xəstəliyinə şübhələrin olması

 • Hal-hazırda və keçmişdə baş vermiş tromboemboliya xəstəliyi və ya tromboflebit

 • Ağır böyrək çatışmazlığı və ya qaraciyər xəstəlikləri

 • GERA vaginal tabletlərin laktasiya dövründə istifadəsi məsləhət görülmür

 • Serebral hemorragiya

 • Porfiriya

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Progesteronu hamiləliyin I trimestrində istifadə etmək təhlükəsizdir. Progesteronun hamiləliyin II və III -cü trimestrlərində istifadəsi haqda kifayət qədər məlumat yoxdur. Laktasiya dövrü Hormonun ana südünə keçməsi səbəbindən, progesteronun laktasiya dövründə qəbulu əks göstərişdir.

Gera Adamed istifadə qaydası, dozası

 Böyüklərdə Süni mayalanma proqramlarında progesteron gündə 2 dəfə 200 mq intravaginal yeridilir. Müalicə fasiləsiz olaraq rüşeymin köçürülməsinin 77-ci gününə qədər davam etdirilir. Müalicə dozanın tədricən azaldılması yolu ilə dayandırılır. Uşaqlar və yeniyetmələr GERA preparatının uşaqlarda və yeniyetmələrdə istifadəsinin təhlükəsizliyi və effektivliyi haqda ətraflı məlumat yoxdur. GERA preparatı, vaginal tabletlər qablaşdırılmış qutuda olan xüsusi applikator vasitəsi ilə birbaşa vaginal istifadə olunmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-20254

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
Betadin 200 Mq N14 Şam
10,66 AZN -%0
10,66AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce