Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 0,075 mq gestoden, 0,02 mq etinilestradiol vardır.
Kontrasepsiya məqsədi ilə.
Əgər Siz aşağıdakı xəstəliklərdən/hallardan h ər hansı birindən əziyyət ç əkirsinizsə Gestinil 20® preparatını qəbul etm əməlisiniz. Bu halda h əkiminiz el ə qərara g ələ bilər ki, Sizin üçün Gestinil 20® preparatı və onun kimi digər KKV q əbulu uyğun deyil v ə o, Sizə digər kontrasepsiya üsulundan istifad ə etməyi tövsiyə edə bilər. -Hal-hazırda v ə ya anemnezd ə venoz v ə ya arterial tromboz/tromboembolik halların olması, (d ərin venaların trombozu, ağciyər arteriyalarının tromboemboliyası); -Venoz v ə arterial trombozlara qarşı irsi v ə ya qazanılmış meyillilik, m əsələn, aktivl əşmiş C protein ə (ACP) qarşı rezistentlik, III antitrombinin çatışmazlığı, C proteinin çatışmazlığı, S proteinin çatışmazlığı, antifosfolipid anticisimlərin (kardiolipinə qarşı anticisim) olması; -Uzunmüddətli immobilizasiyaya səbəb ola biləcək ağır cərrahi müdaxilə; -Hal-hazırda və ya anemnezdə miokard infarktı və ya insultun olması; -Hal-hazırda və ya anemnezdə tranzitor işemik həmlə və ya stenokardiyanın olması; -Arterial trombozun ağır və ya çoxsaylı risk amillərinin olması: 1. damar ağırlaşmaları ilə gedən şəkərli diabet; 2.
ağır arterial hipertenziya; 3. yüksək dislipoproteinemiya; 4. hiperhomosisteinemiya. -Miqren.
-Pankreatit. -Qaraciyər funksiyası normal vəziyyətə qayıdanadək kəskin qaraciyər xəstəlikləri. -Hal-hazırda və ya anamnezdə qaraciyər şişləri. -Ağır xroniki və ya kəskin böyrək çatışmazlığı.
-Süd v əzilərinin x ərçəngi v ə ya qadın cinsi orqanlarının xərçəngi, m əsələn yumurtalıqların x ərçəngi, uşaqlıq boynunun xərçəngi və ya uşaqlığın xərçəngi. -Səbəbi məlum olmayan vaginal qanaxmalar. -Əgər Sizdə Gestinil 20® preparatının təsiredici maddələrinə və digər komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq) varsa. -Əgər hepatit C varsa v ə tərkibində ombitasvir/ paritaprevir/ ritonavir v ə dasabuvir olan d ərman məhsullarını gəbul edirsinizsə (Digər dərman vasitələri ilə qarşılıqlı təsir bölməsinə baxın).
-Serebrovaskulyar xəstəliklər (hazırda və ya anamnezdə).
Əgər hamiləsinizsə Gestinil 20® preparatını qəbul etməyin. Əgər hamil əlik Gestinil 20® preparatın qəbulu dövründ ə baş ver ərsə, bu preparatın q əbulu dayandırılmalıdır. Buna baxmayaraq, geniş epidemioloji t ədqiqatlar zamanı hamiləlikdən əvvəl KKV -lər istifad ə etmiş qadınların doğduğu uşaqlarda n ə anadangəlmə qüsurlarının artımı, n ə də erkən hamil əlik ərzində bilmədən qəbul edilən KKV- lərin teratogen təsiri aşkar olunmamışdır. Gestinil 20® preparatının və ya hər hansı KKV-nin laktasiya dövründə qəbulu məsləhət görülmür, çünki onlar ana südünün miqdarını azalda, t ərkibini dəyişə bilər və südlə birlikdə cüzi miqdarda steroidl ər və/ və ya onların metabolitl əri ifraz oluna bil ər.
Laktasiya dövründ ə KKV istifad ə etməli olsanız mütl əq həkiminizlə məsləhətləşin.
Avtomobil v ə ya mexanizml əri idar ə etmək qabiliyy ətinə təsirin öyr ənilməsi m əqsədilə hər hansı tədqiqatlar aparılmamışdır. KKV istifadəçilərində avtomobil və ya mexanizmləri idarəetmə qabiliyyətinə hər hansı təsirlərin olduğu müşahidə olunmamışdır. Gestinil 20® preparatının tərkibinə daxil olan bəzi komponentlər barədə mühüm məlumat: Preparatın tərkibində süd şəkəri (laktoza) v ə saxaroza vardır. Əgər həkiminiz Sizdə bəzi şəkərlərə qarşı dözümsüzlüyün olduğunu bildirmişdirs ə, bu d ərman preparatını q əbul etm əzdən əvvəl h əkiminizlə məsləhətləşin.
Gestinil 20® preparatını qəbul edərkən, həkimin göstərişlərinə dəqiq əməl edin. Bu preparatdan istifadə müddətində müntəzəm olaraq tibbi müayinədən keçmək lazımdır. Menstrual tsiklin birinci gününd ən başlayaraq, 21 gün müddətində hər gün 1 tablet q əbul etmək lazımdır (yaxşı olar ki, hər gün eyni vaxtda qəbul edilsin). Blisterdə 21 tablet vardır.
Sonra tabletl ərin qəbuluna 7-günlük fasilə vermək lazımdır, bu müddət ərzində Sizdə menstruasiyayabənzər qanaxma baş verm əlidir. Sonrakı 21 tabletin q əbuluna 8 -ci gün başlamaq lazımdır (y əni, 7 - günlük fasil ədən sonra), h ətta əgər qanaxma kəsilməyibsə. Siz ikinci qablaşdırmada olan tabletl ərin qəbuluna birinci qablaşdırmadakı tabletl əri q əbul etm əyə başladığınız h əftənin eyni günündə başlamalısınız. Ola bilər ki, Sizin menstrual ifrazatınız daha zəif olsun, lakin, bu, təhlükəli deyil.
Gestinil 20® preparatının ilk dəfə qəbulu Əvvəllər hormonal kontraseptiv vasit ə istifadə olunmadıqda (əvvəlki ayda) Tabletin qəbulu qadının t əbii aybaşı dövrünün 1-ci günündən (yəni onun menstrual qanaxmasının birinci günündən) başlanılmalıdır. 2- 5-ci günl ər d ə başlamaq olar, lakin bu halda birinci dövr ərzində, tablet q əbulunun ilk 7 günü ərzində əlavə olaraq baryer üsulundan istifadə etmək məsləhət görülür. Digər kombin əolunmuş hormonal kontraseptiv vasit ədən (daxilə qəbul olunan kombin ə edilmiş kontraseptiv vasit ə / KKV), uşaqlıq yolu halqasından v ə ya transdermal (d əri vasitəsilə nüfuz ed ən) plastırdan Gestinil 20® preparatının qəbuluna keçid: Əvvəl q əbul etdiyiniz KKV -nin qablaşdırmasında bütün tabletlər qurtardıqdan sonra fasil ə vermək lazımdır. Tabletsiz fasil ə müddəti bitdikd ən sonrakı gün Gestinil 20® preparatının q əbuluna başlaya bilərsiniz.
Uşaqlıq yolu halqası v ə ya transdermal plastır istifad ə olunduğu hallarda, Gestinil 20® preparatının qəbuluna başlamaq üçün həkiminizdən məsləhət alın. Təmiz progestagen üsulundan (mini -pili, inyeksiya, implantatlar) v ə ya progestagen azadedici uşaqlıqdaxili sistemdən (UDS) Gestinil 20® preparatının qəbuluna keçid: Qadınlar istənilən gün mini -pilidən (çıxarıldığı tarixdə implantdan və ya UDS-dən, növbəti inyeksiyanın edilməli olduğu vaxtda inyeksiyadan) Gestinil 20® preparatının qəbuluna keçə bilər, lakin h ər bir halda tablet q əbuletmə dövrünün ilk 7 günü üçün əlavə olaraq baryer üsulundan istifadə etmək m əsləhət görülür. Abortdan sonra istifadəsi Həkiminizlə məsləhətləşin. Doğuşdan sonra Əgər Siz döşl ə qidalandırmırsınızsa, doğuşdan sonra 21 -28-ci gün başlaya bil ərlərsiniz.
Peroral kontraseptivlərin qəbuluna daha gec başlamısınızsa, ilk 7 gün ərzində kontrasepsiyanın baryer metodlarından istifad ə etməyiniz m əsləhət olunur. Əg ər doğuşdan sonra Gestinil 20® preparatının qəbuluna başlamazdan əvvəl cinsi t əmas artıq baş vermişdirs ə, tabletl ərin q əbuluna başlayanan önc ə hamiləliyin olmasını istisna etm ək v ə ya preparatın q əbuluna sonrakı ilk menstrual sikl başlayanda keçmək lazımdır. Əgər Siz Gestinil 20® preparatının qəbulunu unutmusunuzsa Əgər qadın bir tabletin q əbulunda 12 saatdan az gecikməyə yol vermişdirs ə, kontraseptiv müdafi ə azalmır. Bu halda, qadın tableti yadına düş ən kimi d ərhal qəbul etm əlidir, dig ər tabletl əri is ə öz adi vaxtlarında qəbul edə bilər.
Əgər qadın Gestinil 20® preparatının h ər hansı tabletinin qəbulunda 12 saatdan artıq gecikm əyə yol vermişdirsə, onda kontraseptiv müdafiə aşağı düşə bilər. Əgər Siz tableti 12 saatdan çox keçdikd ən sonra qəbul etmisinizsə, kontraseptiv effektin etibarlılığı azala bilər. Siz buraxılmış tableti, onu xatırlayan kimi q əbul etməlisiniz, h ətta 2 tableti eyni zamanda q əbul etmək lazım gələrsə. Bu andan etibarən tabletləri adi vaxtında qəbul edin.
Müvafiq olaraq gündəlik praktikada aşağıdakı məsləhətləri vermək olar: Əgər bir tabletin qəbulunu 1-ci həftədə unutmusunuzsa Qadın q əbulunu unutduğu sonuncu tableti yadına düş ən kimi mümkün q ədər tez q əbul etm əlidir, h ətta əgər bu vaxt iki tableti eyni zamanda qəbul etmək lazım gəlsə belə. Sonra tabletləri adi qaydada olduğu kimi qəbul etməkdə davam etməlidir və növbəti 7 gün üçün baryer məqsədilə prezervativdən qoruyucu vasitə kimi istifadə etməlidir. Əgər əvvəlki 7 gün ərzində cinsi əlaqə baş vermişdirsə, hamiləliyin mümkünlüyü n əzərə alınmalıdır. Nə qədər çox tablet qəbulu unudulmuş olarsa, onlar hamiləlik riski də müvafiq olaraq daha yüksək olur.
Əgər bir tabletin qəbulunu 2-ci həftədə unutmusunuzsa Qadın qəbul etməyi unutduğu sonuncu tableti yadına düşən kimi mümkün qədər tez qəbul etməlidir, hətta əgər bu vaxt iki tableti eyni zamanda q əbul etm ək lazım g əlsə belə. Sonra o, tabletl əri öz normal vaxtlarında q əbul etməkdə davam edir v ə əlavə kontraseptiv ehtiyat tədbirlərinin görülm əsinə ehtiyac qalmır. Buna baxmayaraq, əgər 1 -dən çox sayda tabletin q əbulu ötürülmüşdürsə, qadına 7 gün ərzində əlavə ehtiyat tədbirləri görməsi məsləhət görülməlidir. Əgər bir tabletin qəbulunu 3-cü həftədə unutmusunuzsa Əgər qadın 3 -cü həftə ərzində bir tablet q əbul etməyi unudarsa aşağıdakı iki variantdan h ər hansı birin ə riayət etdikdə, əlavə kontraseptiv mühafizəyə ehtiyac qalmır, bir şərtlə ki, ilk tabletin ötürüldüyü günd ən əvvəlki 7 gün ərzində qadın bütün tabletl əri düzgün vaxtlarda q əbul etmiş olsun.
Əg ər bu cür olmamışdırsa, qadına aşağıdakı iki variantdan birini istifad ə etməsi və həmçinin növbəti 7 gün ərzində əlavə ehtiyat tədbirləri görməsi məsləhət görülməlidir. 1. Qadın qəbulunu unutduğu sonuncu tableti yadına düşən kimi mümkün q ədər tez qəbul etməlidir, hətta əgər bu vaxt iki tableti eyni zamanda q əbul etm ək lazım g əlsə belə. Sonra o, tabletl əri öz normal vaxtlarında q əbul etməkdə davam edir.
Növb əti qablaşdırmadan tabletl ərin qəbuluna, cari qablaşdırma qurtardıqdan sonra mümkün qədər tez başlanmalıdır, y əni qablaşdırmalar arasında fasiləyə yol verilməməlidir. İstifad əçidə ikinci qablaşdırmanın sonunad ək qanaxmanın baş verm əsi ehtimalı azdır, lakin onda tabletləri qəbul etdiyi dövrdə yaxıntı və ya sürəkli qanaxma ola bilər. 2. Qadına h əmçinin cari qablaşdırmadan tabletl ərin qəbulunu dayandırmaq m əsləhət görülə bilər.
Onda, qadında tabletl ərin ötürüldüyü günl ər d ə daxil olmaqla (tarixi qeyd edin), 7 gün ədək tabletd ən azad interval olur, bu 7 gündən sonra o, növbəti qablaşdırmadan tabletlərin qəbuluna başlaya bilər. Əgər bir yox bir neçə tablet qəbul etməyi unutmusunuzsa, həkiminizlə məsləhətləşin. Mədə-bağırsaq pozuntuları olduğu halda məsləhətlər Kəskin m ədə-bağırsaq pozuntuları olduqda, sorulma tam olmaya bil ər, bel ə halda əlavə kontraseptiv tədbirlər görülməlidir. Əgər Tablet qəbul edildikdən 3-4 saat sonra qusma və ya ishal baş ver ərsə, bu hal tabletin q əbul edilməməsi (tabletin q əbulunun unudulması) il ə eyni hesab edil ə bilər.
İshal v ə ya qusmadan sonra 12 saat ərzində yeni tablet q əbul edilm əyi m əsləhətdir. Əg ər bu mümkün de yilsə “unudulmuş tabletlərin qəbul qaydası” bölməsində verilən tövsiyələrə uyğun h ərəkət edilm əsi məsləhət görülür. Menstruasiyanın başlanma vaxtının sürətləndirilməsi və ya ləngidilməsi Tabletlərin q əbulu zamanı menstrual qanaxmanın adi vaxtından tez başlaması üçün arzu olunan sayda günlərdə tabletlərin q əbulları arasındakı fasil əni qısaltmaq tövsiy ə olunur. İkinci qablaşdırmadan tabletlərin q əbulu zamanı fasil ə nə qədər qısa olarsa, intensiv qanaxmaların v ə ya yaxıcı ifrazatın başvermə riski də bir o qədər yüksək olacaqdır (menstrual qanaxma ləngidiyi hallarda olduğu kimi).
Menstrual qanaxmanı yubatmaq üçün yeni qablaşdırmadan tablet q əbuluna cari qablaşdırmadan qəbul olunan tabletlər qurtaran kimi dərhal başlamaq lazımdır ki, qəbullar arasında fasilə olmasın. Menstruasiyanı tələb olunan vaxta qədər, ikinci qablaşdırmadan bütün tabletlər qurtarana qədər saxlamaq olar. İkinci qablaşdırmadan tabletlərin qəbulu zamanı intensiv qanaxma və ya yaxıcı ifrazat baş verə bilər. Gestinil 20® preparatının müntəzəm qəbulunu adi 7-günlük fasilədən sonra bərpa etmək olar.
Əgər Siz Gestinil 20® preparatının qəbulunu dayandırmısınızsa Əgər Siz qablaşdırma qurtarana q ədər Gestinil 20® preparatının q əbul etm əyi dayandırmısınızsa kontraseptiv müdafi ə tam olmayacaq, ona gör ə də əlavə kontrasepsiya üsullarından istifad ə edilməsi tövsiyə olunur. Əgər Sizdə əlavə suallar meydana çıxarsa, həkiminizə müraciət edin.