Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Helmizol 200 mq N40 tablet

Məhsul Kodu : 111-01494
18,31 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

HELMİZOL, 200 mq örtüklü tabletlər

Helmizol tərkibi

 Təsiredici maddə:   1 tabletin tərkibində 200 mq albendazol vardır. Köməkçi maddələr: sellaktoza 80™, natrium nişasta qlükolyat,(A tipi), qarğıdalı nişastası,  povidon K30 (E1201), natrium laurilsulfat, natrium saxarin (E954),  maqnesium stearat (E572), polivinil spirti (E1203), titan dioksid (E171), talk  (E553b), lesitin soya (E322), ksantan qətranı (E415).

İstifadəsinə göstərişlər:

 Helmizolu aşağıdakı bağırsaq helmintozlarının müalicəsi məqsədilə təyin edirlər. Nematodozlar − Askaridoz (Ascaris lumbricoides) − Enterobioz (Oxyuris (enterobius) vermicularis) − Ankilostomoz (Ancylostoma duodenale) − Nekatoroz (Necator americanus) − Trixinellyoz (Trichuris trichiura) − Strongiloidoz (Strongyloides stercoralis) − Trixostrongilyoz (Trichostrongylus) − Kapilyarioz (Capillaria philipensis) − Toksokaroz (Toxocara canis) Sestodozlar − Tenioz (Taenia saginata) − Teniarinxoz (Taenia solium) − Himenolepidoz (Hymenolepis nana) Qarışıq helmintozlar − Lyamblioz − Exinokokkoz (Echinococcus granulosus) Exinokokkozun müalicəsi, əsasən, cərrahi yolladır. Lakin cərrahi müdaxiləyə əks göstərişlər olduqda, xəstə əməliyyatdan imtina etdikdə, əməliyyatdan sonra təkrar yoluxma olduqda və ya əməliyyat zamanı kista dağıldıqda Helmizol təyin olunmalıdır. HELMİZOL donuz soliteri və öküz soliteri kimi parazit növlərinin invaziyalarında, itlərdə parazitlik edən lentvari qurdların törətdiyi bir çox infeksiyaların müalicəsində istifadə edilir. HELMİZOL bu istifadə təlimatında qeyd edilməmiş digər məqsədlər üçün də istifadə edilə bilər. 

Əks göstərişlər:

 Əgər sizdə albendazola və ya mebendazol kimi buna bənzər dərmanlara qarşı allergiya (yüksək həssaslıq) varsa.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminiz və əczaçı ilə məsləhətləşin. Əgər Siz hamiləsinizsə və ya hamilə olmağı planlaşdırırsınızsa, HELMİZOL istifadə etməyin. HELMİZOLla müalicə müddətində və müalicədən sonra bir ay müddətində effektiv kontraseptiv vasitələrdən istifadə edin. Əgər müalicə kursu ərzində hamilə olduğunuz aşkar olunarsa, dərhal həkiminiz və ya əczaçı ilə məsləhətləşin. HELMİZOLun ana südü ilə xaric olub-olmaması haqqında heç bir məlumat yoxdur. Buna baxmayaraq, bir çox dərman vasitələrinin ana südü ilə xaric olmasını nəzərə alaraq, laktasiya zamanı qadınlar ehtiyatlı olmalıdırlar.

Helmizol istifadə qaydası, dozası

 HELMİZOL yalnız peroral istifadə üçündür. Tabletləri tox qarına, ən azı bir stəkan (təxminən 120 ml) su ilə birlikdə qəbul edin. Bəzi şəxslər, xüsusən də uşaqlar, tableti bütövlükdə udmaqda çətinlik çəkə bilərlər. Bu halda, tabletləri əzdikdən və ya çeynədikdən sonra udmaq lazımdır. Tabletləri hər zaman həkiminizin tövsiyə etdiyi qaydada və həkiminizin tövsiyə etdiyi müddət bitənədək qəbul edin. Müalicə müddəti bitmədən xəstəliyinizin simptomları keçib gedə bilər, bu halda müalicəni dayandırmayın. Ümumi dozalanma rejimi aşağıdakı kimidir:  Exinokokk sisti xəstəliyi • Bədən kütləsi 60 kq və daha artıq olan şəxslərdə 400 mq (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə 2 dəfə, qida qəbulu zamanı, 28 gün qəbul edilir. Daha sonra 14 gün fasilə verilir. Dozalanma sxemi intervallarla 3 dəfə təkrar edilir. • Bədən kütləsi 60 kq-dan az olan şəxslərdə 15 mq/kq gündə 2 dəfə, qida qəbulu zamanı, 28 gün qəbul edilir. Daha sonra 14 gün fasilə verilir. Dozalanma sxemi intervallarla 3 dəfə təkrar edilir. Neyrosistoserkoz • Bədən kütləsi 60 kq və daha artıq olan şəxslərdə 400 mq (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə 2 dəfə, qida qəbulu zamanı, 8-30 gün qəbul edilir. • Bədən kütləsi 60 kq-dan az olan şəxslərdə 15 mq/kq gündə 2 dəfə, qida qəbulu zamanı, 8-30 gün qəbul edilir. Digər helmint infeksiyaları zamanı: Böyüklər üçün dozalanma sxemi Askaridoz, Enterobioz (Oksiuroz), Ankilostomoz (N. Americanus, A. Duodenale), Trixosefalyoz, Trixostrongiloidoz:  • 400 mq albendazol (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) tək doza olaraq bir dəfə qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər. Tenioz (T.sainata, T.solium) və Strongiloidoz:  • 400 mq albendazol (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə 1 dəfə ardıcıl 3 gün qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər. Kapillyarioz: • 200 mq albendazol (1 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə 2 dəfə 10 gün qəbul edilir. Trixinellyoz: • 400 mq albendazol (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə 2 dəfə 15 gün qəbul edilir. Klonorxoz: • 400 mq albendazol (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə bir və ya iki dəfə 7 gün və 10 mq/kq albendazol gündə 2 dəfə 7 gün qəbul edilir. Lyamblioz: • 400 mq albendazol (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə bir dəfə 3 gün qəbul edilir. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi 6 yaşdan kiçik uşaqlarda istifadəsinə dair məlumatlar məhduddur. Neyrosistoserkoz və exinokokk sisti xəstəliklərində böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir. Askaridozun, Enterobiozun (Oksiurozun), Ankilostomozun (N.americanus, A.duodenale) Trixosefalyozun müalicəsində: • 2 yaşadək uşaqlarda: 200 mq albendazol (1tablet HELMİZOL 200 mq örtüklü tablet) tək doza şəklində qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər. • 2 yaşdan yuxarı uşaqlarda: böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir. Teniozun və Strongiloidozun müalicəsində: • 2 yaşadək uşaqlarda: 200 mq albendazol (1 tablet HELMİZOL 200 mq örtüklü tablet) tək doza şəklində ardıcıl 3 gün qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər. • 2 yaşdan yuxarı uşaqlarda: böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir. Kapillyariozun müalicəsində:  • 200 mq (1 tablet HELMİZOL 200 mq örtüklü tablet) gündə 2 dəfə qəbul edilir. Trixostrongiloidozun müalicəsində:  • 400 mq albendazol (2 tablet HELMİZOL 200 mq örtüklü tablet) tək doza şəklində qəbul edilir. Yaşlılarda istifadəsi Böyüklər üçün nəzərdə tutulmuş eyni dozalar qəbul edilə bilər.

Prepared by  T-Soft E-Commerce.