Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq ornidazol vardır. Köməkçi maddələr:hidroksipropilmetilsellüloza E-15, mikrokristallik sellüloza (tip 102), qarğıdalı nişastası, maqnezium stearat. Örtük: Opadry ağ II 85F18422 (talk, makroqol/PEQ, polivinil spirti, titan dioksid.
İstifadəsinə göstərişlər:
NOVORNİD FORTE, aşağıda göstərilən hallarda göstərişdir: • Trixomoniaz (trixomonoz): qadınlarda və kişilərdə sidik-cinsiyyət traktının Trichomonas vaginalis tərəfindən törədilən infeksiyaları, • Amöbiaz: amöb dizenteriyası daxil olmaqla, Entamoeba histolytica tərəfindən törədilən bütün bağırsaq infeksiyaları. Amöbiazın bütün bağırsaqdankənar formaları, xüsusilə, qaraciyərin amöb absesi. • Giardiaz (lyamblioz).
Əks göstərişlər:
NOVORNİD FORTE-yə (ornidazola), digər nitroimidazol törəmələrinə və ya dərman preparatının tərkibində olan maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Ümumi tövsiyə Hamiləlik kateqoriyası: C-dir. Doğuş potensialı olan qadınlar/Doğuşa nəzarət (Kontrasepsiya) Ornidazol üçün, hamiləlik zamanı preparatın təsirinə məruz qalma ilə bağlı məlumat yoxdur. . Heyvanlar üzərində aparılan tədqiqatlarda hamiləliklə/embrionun/ dölün inkişafı/doğuşla bağlı hər hansı birbaşa və dolayı əlavə təsir aşkar edilməmişdir (bax: “Klinikayaqədərki təhlükəsizlik məlumatları”). Ornidazol-un doğuş potensialı olan qadınlara və kontrasepsiya metodlarına təsiri məlum deyil. Hamiləlik dövrü Fərqli növlər üzərində aparılan geniş tədqiqatlarda dərman heç bir teratogen və ya fetotoksik təsir göstərməmişdir. Ancaq hamilə qadınlarda nəzarət olunan tədqiqat aparılmamışdır. Ümumi bir prinsip olaraq NOVORNİD FORTE, hamilə qadınlara verilərkən ehtiyatlı olmaq və hamiləliyin erkən mərhələsində zərurət olmadığı hallarda istifadə edilməməlidir. Laktasiya dövrü Ornidazol-ün insanda ana südünə nüfuz edib-etməməsi məlum deyil. Ornidazolun südlə xaric olması heyvanlar üzərində araşdırılmamışdır. NOVORNİD FORTE ilə müalicənin ana üçün faydası və ya ana südü ilə qidalanmanın südəmər uşaq üçün faydası nəzərə alınmaqla, NOVORNİD FORTE ilə müalicənin dayandırılması və ya ana südü ilə qidalandırmanın dayandırılması barədə qərar qəbul edilməlidir. Reproduktiv qabiliyyət / Fertillik Ornidazol, erkək siçanlarda 400 mq/kq/gün kimi yüksək dozada istifadə edildikdə, spermatozoidlərin aşağı sürətli olmasına görə epididimal spermatozoidlərin hərəkətliliyinin tormozlanması yolu ilə sonsuzluğa səbəb olur. İnsanlar üzərində aparılan tədqiqatlardan əldə edilmiş məlumatlar yoxdur.
Dozası/istifadə tezliyi və müddəti Standart doza Trixomoniaz: daxilə qəbul edilən 500 mq oral tabletlərin istifadəsi birdəfəlik müalicə və 5günlük müalicə şəklindədir. Ornidazol istifadə edərkən və onun istifadəsi dayandırıldıqdan sonra ən azı 3 gün boyunca qızartı, yuxululuq, qızdırma, ürəkbulanma və qusma, hipotenziya, iynəbatma hissi ilə xarakterizə olunan reaksiyalar törədə bildiyindən, alkoqoldan istifadə edilməməlidir.