Sevimlilərə əlavə edin
Paylaşın

Albex-Saga 400MG N6 Tab

Məhsul Kodu : 111-28880
İstehsalçı ölkə : Hindistan
0 Şərh Şərh
5,39 AZN
Kateqoriya: Parazitlər-qurdlar
KolleksiyaQiymət Xəbərdarlığı

ALBEKS-SAQA, 400 mq çeynəmə tabletlər

ALBEKS-SAQA tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq albendazol vardır.

İstifadəsinə göstərişlər

Tək və ya qarışıq bağırsaq parazitar xəstəliklərin müalicəsi. Klinik tədqiqalarda Albendazol Ascaris lumbricoides (girdə qurdlar), Trichuris trichiura (tükbaş qurd), Enterobius vermicularis, Ancylostoma duodenale və Necator americanus, Taenia spp (lentşəkilli) və Strongyloides stercoralis müalicəsində effektiv təsir göstərmişdir. Uşaqlarda Giardia (duodenalis və ya intestinalis və ya lyamblia) infeksiyalarının müalicəsində təsirli olduğu göstərilmişdir.

Əks göstərişlər

Preparat albendazola və ya tərkibndə olan maddələrə qarşı hiperhəssaslığı olan pasiyentlərdə istifadə edilmir. Hamiləlik və laktasiya, laktoza çatışmazlığı, laktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı albendazolun istifadəsinə dair adekvat və yaxşı nəzarət olunan tədqiqatlar yoxdur. Albendazolun heyvanlarda teratogen və embriotoksik təsiri məlumdur. Albendazolun hamiləlik və laktasiya dövründə təhlükəsizliyi müəyyən edilməmişdir və bu səbəbdən hamiləlik dövründə, hamiləliyin hər hansı bir mərhələsində və ya hamilə qalma ehtimalı olan zaman və ya bir müddət sonra qəbul edilməməlidir. Albendazol heyvanlarda ana südünə nüfuz edir.

İnsan südünə nüfuz edib-etməməsi məlum deyil.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Başgicəllənmə səbəbindən nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən, ehtiyatlı olmaq lazımdır.

ALBEKS-SAQA istifadə qaydası və dozası

Daxilə qəbul edilir. İki yaşdan yuxarı uşaqlarda və böyüklərdə tövsiyə olunan adi doza: 400 mq albendazol birdəfəlik qəbul edilir. Tabletləri qida ilə çeynəmək olar. 1-2 yaşında olan uşaqlarda adi doza birdəfəlik 200 mq albendazol təşkil edir.

1 yaşdan aşağı uşaqlarda istifadə edilməməlidir. Stronqiloidoz və ya Tenioz ilə əlaqəli ağır qarışıq infeksiya zamanı birdəfəlik doza qeyri-kafi ola bilər və preparat ardıcıl üç gün ərzində təyin oluna bilər. Qeyd: pasiyent üç həftədən sonra müalicə olunmadıqda, ikinci müalicə kursu verilə bilər. Pəhriz və ya imalə kimi xüsusi prosedurlar tələb olunmur.

Lyamblioz (2 yaşdan yuxarı uşaqlarda): 400 mq gündəlik doza 5 gün ərzində qəbul edilir. Tableti udmadan əvvəl çeynəmək lazımdır. Yaşlı pasiyentlər 65 yaşlı və yuxarı pasiyentlərdə istifadə təcrübəsi məhduddur. Qaraciyər disfunksiyası əlamətləri olan yaşlı pasiyentlərdə albendazol ehtiyatla istifadə edilməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-28880

Oxşar Məhsullar

Advermis 200 Mq/5 ml 10 ml Damla
3,60 AZN -%0
3,60AZN
Alba 200MG/10 ml 60 ml Srp
13,00 AZN -%0
13,00AZN
Albentox 400 Mq N6 Tablet
5,92 AZN -%0
5,92AZN
Benazol 40 Mg 10 ml Damla
7,12 AZN -%0
7,12AZN
Epafen N10 Şam
30,00 AZN -%0
30,00AZN
Helmintoks 250MG N3 Tb
5,00 AZN -%0
5,00AZN
Helmizol 200 Mq N40 Tablet
18,31 AZN -%0
18,31AZN
Helmizol 200 Mq N6 Tablet
3,25 AZN -%0
3,25AZN
Helmizol 400MG N3 Tb
3,11 AZN -%0
3,11AZN
Megaller 100 ml Sirop
41,80 AZN -%0
41,80AZN
Novornid Forte 500 Mq N10 Tablet
11,69 AZN -%0
11,69AZN
Pedeks 5% 60 ml Məhlul
10,00 AZN -%0
10,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce