Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

HELMIZOL 400MG N3 TB

Məhsul Kodu : 111-28181
İstehsalçı ölkə: Türkiye
3,11 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

HELMİZOL, 400 mq örtüklü tabletlər

HELMİZOL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq albendazol vardır.

İstifadəsinə göstərişlər

Helmizolu aşağıdakı bağırsaq helmintozlarının müalicəsi məqsədilə təyin edirlər Nematodozlar − Askaridoz (Ascaris lumbricoides) − Enterobioz (Oxyuris (enterobius) vermicularis) − Ankilostomoz (Ancylostoma duodenale) − Nekatoroz (Necator americanus) − Trixinellyoz (Trichuris trichiura) − Strongiloidoz (Strongyloides stercoralis) − Trixostrongilyoz (Trichostrongylus) − Kapilyarioz (Capillaria philipensis) − Toksokaroz (Toxocara canis) Sestodozlar − Tenioz (Taenia saginata) − Teniarinxoz (Taenia solium) − Himenolepidoz (Hymenolepis nana) Qarışıq helmintozlar Lyamblioz Exinokokkoz (Echinococcus granulosus) Exinokokkozun müalicəsi, əsasən, cərrahi yolladır. Lakin cərrahi müdaxiləyə əks göstərişlər olduqda, xəstə əməliyyatdan imtina etdikdə, əməliyyatdan sonra təkrar yoluxma olduqda və ya əməliyyat zamanı kista dağıldıqda Helmizol təyin olunmalıdır. HELMIZOL donuz soliteri və öküz soliteri kimi parazit növlərinin invaziyalarında, itlərdə parazitlik edən lentvari qurdların törətdiyi bir çox infeksiyaların müalicəsində istifadə edilir. HELMIZOL bu istifadə təlimatında qeyd edilməmiş digər məqsədlər üçün də istifadə edilə bilər.

Əks göstərişlər

Əgər Sizdə albendazola və ya mebendazol kimi buna bənzər dərmanlara qarşı allergiya (yüksək həssaslıq) varsa.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminiz və əczaçı ilə məsləhətləşin. Əgər Siz hamiləsinizsə və ya hamilə olmağı planlaşdırırsınızsa, Helmizol istifadə etməyin. Helmizolla müalicə müddətində və müalicədən sonra bir ay müddətində effektiv kontraseptiv vasitələrdən istifadə edin. Əgər müalicə kursu ərzində hamilə oldu ğunuz aşkar olunarsa, dərhal həkiminiz və ya əczaçı i lə məsləhətləşin.

Helmizolun ana südü ilə xaric olub-olmaması haqqında heç bir məlumat yoxdur. Buna baxmayaraq, bir çox dərman vasitələrinin ana südü ilə xaric olmas ını nəzərə alaraq, laktasiya zamanı qadınlar ehtiyatlı olmalıdırlar.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təs iri barədə heç bir məlumat yoxdur.

HELMİZOL istifadə qaydası və dozası

HELMIZOL yalnız peroral istifadə üçündür. Tabletləri tox qarına, ən azı bir stəkan (təxminən 120 ml) su ilə birlikdə qəbul edin. Bəzi şəxslər, xüsusən də uşaqlar, tableti bütövlükdə udmaqda çətinlik çəkə bilərlər. Bu halda, tabletləri əzdikdən və ya çeynədikdən sonra udmaq lazımdır.

Tabletləri hər zaman həkiminizin t övsiyə etdiyi qaydada və həkiminizin tövsiyə etdiyi müddət bitənədək qəbul edin. Müalicə müddəti bitmədən xəstəliyinizin simptomla rı keçib gedə bilər, bu halda müalicəni dayandırmayın. Ümumi dozalanma rejimi aşağıdakı kimidir: Exinokokk sisti xəstəliyi • Bədən çəkisi 60 kq və daha artıq olan şəxslərdə 400 mq gündə 2 dəfə, qida qəbulu zamanı, 28 gün qəbul edilir. Daha sonra 14 gün fasi lə verilir.

Dozalanma sxemi intervallarla 3 dəfə təkrar edilir. • Bədən çəkisi 60 kq-dan az olan şəxslərdə 15 mq/kq gündə 2 dəfə, qida qəbulu zamanı, 28 gün qəbul edilir. Daha sonra 14 gün fasilə verilir. Dozalanma sxemi intervallarla 3 dəfə təkrar edilir.

Neyrosistoserkoz • Bədən çəkisi 60 kq və daha artıq olan şəxslərdə 400 mq gündə 2 dəfə, qida qəbulu zamanı, 8-30 gün qəbul edilir. • Bədən çəkisi 60 kq-dan az olan şəxslərdə 15 mq/kq gündə 2 dəfə, qida qəbulu zamanı, 8-30 gün qəbul edilir. Digər helmint infeksiyaları zamanı: Böyüklər üçün dozalanma sxemi Askaridoz, Enterobioz (Oksiuroz), Ankilostomoz (N. Americanus, A.

Duodenale), Tri xosefalyoz, Trixostrongiloidoz: • 400 mq albendazol (1 tablet HELMIZOL 400 mq örtüklü tablet) tək doza olaraq bir dəfə qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər. Tenioz (T.sainata, T.solium) və Strongiloidoz: • 400 mq albendazol (1 tablet HELMIZOL 400 mq örtüklü tablet) gündə 1 dəfə ardıcıl 3 gün qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər.

Kapillyarioz: • 200 mq albendazol (1/2 tablet HELMIZOL 400 mq örtüklü tablet) gündə 2 dəfə 10 gün qəbul edilir. Trixinellyoz: • 400 mq albendazol (1 tablet HELMIZOL 400 mq örtüklü tablet) gündə 2 dəfə 15 gün qəbul edilir. Klonorxoz: • 400 mq albendazol (1 tablet HELMIZOL 400 mq örtüklü tablet) gündə bir və ya iki dəfə 7 gün və 10 mq/kq albendazol gündə 2 dəfə 7 gün qəbul edilir. Lyamblioz: 400 mq albendazol (1 tablet HELMIZOL 400 mq örtüklü tablet) gündə bir dəfə 3 gün qəbul edilir.

Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi 6 yaşdan kiçik uşaqlarda istifadəsinə dair məlumatlar məhduddur. Neyrosistoserkoz və exinokok k sisti xəstəliklərində böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir. Askaridozun, Enterobiozun (Oksiurozun), Ankilostomozun (N.americanus, A.duodenale) Trixosefalyozun müalicəsində: • 2 yaşadək uşaqlarda: 200 mq albendazol (1/2 tablet HELMIZOL 400 mq örtüklü tablet) tək doza şəklində qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər.

• 2 yaşdan yuxarı uşaqlarda: böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir. Teniozun və Strongiloidozun müalicəsində: • 2 yaşadək uşaqlarda: 200 mq albendazol (1/2 tablet HELMIZOL 400 mq örtüklü tablet) tək doza şəklində ardıcıl 3 gün qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər. • 2 yaşdan yuxarı uşaqlarda: böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir.

Kapillyariozun müalicəsində: • 200 mq (1/2 tablet HELMIZOL 400 mq örtüklü tablet) gündə 2 dəfə qəbul edilir. Trixostrongiloidozun müalicəsində: • 400 mq albendazol (1 tablet HELMIZOL 400 mq örtüklü tablet) tək doza şəklində qəbul edilir. Yaşlılarda istifadəsi Böyüklər üçün nəzərdə tutulmuş eyni dozalar qəbul edilə bilər.

Prepared by  T-Soft E-Commerce.