Bitib
Stokda olanda mənə xəbər verin.Tərkibi: Ozonlaşdırılmış küncüt yağı. Məhsulun xüsusiyyətləri: Ozonlaşdırılmış masaj yağı dərini qidalandırır, nəmləndirir, bərpasını sürətləndirir, dərinin elastikliyini artırır, onu cavanlaşdırır və qırışları azaldır. Sellülitin aradan qaldırılması, iltihabi əlamətlərin azaldılması üçün istifadə olunur. Raxit xəstəliyi olan uşaqların masajı zamanı effektiv təsir göstərir. Uşaq və böyüklərin masajı üçün istifadə olunur.
İstifadə qaydası: Təmiz əllə dəriyə çəkilir. Əks göstəriş: Fərdi həssaslıq. Yararlılıq müddəti: 2 il. Saxlanma şəraiti: +5 – 25°C temperaturda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Yağın tərkibi ozonlaşdırılmış küncüt yağından ibarətdir və xaricə istifadəsi ozonun dəriyə yüksək konsentrasiyada nüfuz etməsinə şərait yaradır. Sonuncu isə mikroorqanizmlərin membranına birbaşa oksidləşdirici təsir göstərir. Ozon demək olar ki, bütün bakteriya, göbələk, virus və ibtidailərə qarşı aktivdir.
Dəri və dırnağın göbələk xəstəliklərində ozonlaşdırılmış masaj yağının dezinfeksiyaedici xüsusiyyətlərindən istifadə olunur.
Masaj yağı oksigenin yumşaq toxumalara aktiv çatdırılmasını təmin edir. Yara və xora sahələrində sağalma proseslərini sürətləndirir. Masaj yağının tərkibi eyni zamanda həm vitamin D, həm də kalsiumla zəngin olduğu üçün saçların və dırnaqların möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malikdir.
Çünki kalsium vitamin D olmadan orqanizm tərəfindən mənimsənilmir. Saçların uzanmasını təmin edir, dırnaqların qırılması və laylanmasının qarşısını alır.
Fitooil ozonlaşdırılmış masaj yağı yüksək konsentrasiyadakı ozon hesabına dərinin daha dərin qatlarında oksidləşmə-reduksiya proseslərini sürətləndirir. Antioksidant madələrlə zəngin olduğu üçün dəri hüceyrələrini sərbəst radikalların zərərli təsirlərindən qoruyur, onların hüceyrə membranını stabilləşdirir. Nəticədə dəri hüceyrələrinin sərbəst radikallar tərəfindən dağılmasının qarşısını alır.
Fitooil ozonlaşdılrılmış küncüt yağı dəriyə anti-aginq effekt verərək dəri hüceyrələrində erkən qocalma proseslərini ləngidir, onun elastikliyini bərpa edir, cavanlaşdırır və qırışları azaldır. Bunlardan əlavə, küncüt yağı möhtəşəm UB-filtri olub dərini şüalanmadan qoruyur.
Fitooil ozonlaşdırılmış masaj yağı dəri səthindən daxilə sorularaq limfa dövranını da sürətləndirir, nəticədə bədəndə sellülitlərin əmələ gəlməsinin qarşısını alır və dəri hüceyrələrinin regenerasiyanı sürətləndirir, onların yeniləri ilə əvəz olunmasını təmin edir. Ozonlaşdırılmış Fitooil masaj yağı bütün yuxarıda deyilənlərə əlavə olaraq dərini həm də toksinlərdən təmizləyir, iltihab əlamətlərini aradan qaldırır. Həm böyüklərə osteoporoz zamanı, həm də uşaqlara raxit zamanı istifadəsi çox faydalıdır.
Herba Flora ilə qalın!