İstifadə qaydası: Qarazirə yağını daxilə qəbul etmək, həmçinin soyuq qəlyanaltıların və salatların hazırlanmasında istifadə etmək olar. Qarazirə yağı gündə 2 dəfə böyüklər üçün 1 xörək qaşığı, uşaqlar üçün 1 çay qaşığı yeməkdən 30 dəqiqə əvvəl içilir. 3 ay müddətində qəbul edilə bilər. Həmçinin gündə 2 dəfə ağrıyan yerlərə çəkilə bilər. Saxlanması: Yağ 25°C-dən yüksək olmayan temperaturda, qapağı bağlı şəkildə, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır. Qapağı açıldıqdan sonra 1 ay müddətində istifadə oluna bilər. Saxlanma müddəti: 2 ildir. Məhsul təbiidir, çöküntü verə bilər. Buraxılış forması: 100 ml və 250 ml şüşə flakonda, içlik vərəqəsi ilə birlikdə karton qutuda.