Sevimlilərə əlavə edin
Paylaşın

Humagotropin 2 ml N1 Amp 2000iu

Məhsul Kodu : 111-28140
İstehsalçı ölkə : Hindistan
0 Şərh Şərh
12,00 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

HUMAQOTROPİN, inyeksiya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz

HUMAQOTROPİN tərkibi

Təsiredici maddə: 1 flakonun tərkibində 2000 BV və ya 5000 BV xorionik qonadtropin alfa vardır.

İstifadəsinə göstərişlər

Anatomik obstruksiya ilə bağlı olmayan prepubertal kriptorxizm. Ümumiyyətlə, insan xorionik qonadotropinin yetkinlik dövründə enmənin baş verəcəyi vəziyyətlərdə testisin enməsinə səbəb olduğu ehtimal olunur. Beləliklə, insan xorionik qonadotropini gələcəkdə orxiopeksiyaya ehtiyac olub-olmayacağını təxmin etməyə kömək edə bilər. Bəzi hallarda, İXQ tətbiqindən sonra enmə qalıcı olsa da, əksər hallarda cavab müvəqqəti olur.

Kişilərdə hipoqonadotropik hipoqonadizmin (hipofiz çatışmazlığından ikincili hipoqonadizm) seçilmiş halları. Anovulyasiyanın səbəbi birincili yumurtalıq çatışmazlığı ilə əlaqədar olmayan, ikincili yumurtalıq çatışmazlığı olan və insan menotropinləri ilə müvafiq qaydada müalicə olunan anovulyasiya müşahidə olunan, sonsuz qadınlarda ovulyasiya və hamiləliyin induksiyası

Əks göstərişlər

Erkən yetkinlik, prostat xərçəngi və ya digər androgendən asılı yenitörəmələr, insan xorionik qonadotropinə qarşı əvvəllər allergik reaksiya. Hipofiz və hipotalamus törəmələri. Polikistik yumurtalıq sindromu ilə əlaqəli olmayan yumurtalıq böyüməsi və ya kistası. Etiologiyası bilinməyən ginekoloji qanaxmalar.

Yumurtalıq, süd vəzi və uşaqlıq törəmələri. Aktiv tromboembolik xəstəliklər. Effektiv cavab alınmayacağı üçün birincili yumurtalıq çatışmazlığı, cinsiyyət orqanlarında hamiləliyə maneə ola biləcək malformasiyalar, hamiləliyə maneə ola biləcək uşaqlıq miomaları, postmenopauzal qadınlarda istifadə olunmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Xorionik qonadotropin hamilə qadına verildikdə dölə zərər verə bilər. Superovulyasiyanı stimullaşdırmaq üçün dozalarda kombinə edilmiş qonadotropin və xorionik qonadotropin ilə müalicə alan siçanlarda ön ətrafların və mərkəzi sinir sisteminin qüsurları və cins nisbətində dəyişikliklər bildirilmişdir. Xorionik qonadotropin ilə müalicədən sonra baş verən hamiləliklərin təxminən 20%-də çoxdöllü hamiləliklərin (əsasən əkizlər) çoxsaylı ovulyasiyaların baş verdiyi bildirilmişdir. Hamiləlik zamanı istifadə olunmamalıdır.

Ana südü ilə qidalandırma dövrü Xorionik qonadotropinin ana südü ilə xaric olub-olmadığı məlum deyil. Bir çox dərman vasitələri ana südü ilə xaric edildiyi üçün, xorionik qonadotropin körpəsini ana südü ilə qidalandıran qadınlarda istifadə olunmamalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bu dərman vasitəsinin nəqliyyat vasitəsini idarə etmək və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaq qabiliyyətinə təsir etməsi ehtimal olunmur.

HUMAQOTROPİN istifadə qaydası və dozası

Yalnız əzələdaxili/dərialtı istifadə üçün Hər hansı xüsusi halda istifadə edilən dozalanma rejimi istifadə göstərişindən, pasiyentin yaşından və bədən çəkisindən və həkimin seçimindən asılı olur. Anatomik obstruksiya ilə bağlı olmayan prepubertal kriptorxizm 2 yaşa qədər uşaqlar: 6 həftə ərzində həftədə 2 dəfə 250 BV yeridilir. 6 yaşa qədər uşaqlar: 6 həftə ərzində həftədə 2 dəfə 500-1000 BV yeridilir. 6 yaşdan yuxarı uşaqlar: 6 həftə ərzində həftədə 2 dəfə 1500 BV yeridilir.

Ehtiyac olduqda, müalicə kursunu təkrar etmək olar. Kişilərdə hipoqonadotropik hipoqonadizmin seçilmiş halları 1.Üç həftə ərzində həftədə üç dəfə 500-1000 BV, sonra üç həftə ərzində həftədə iki dəfə eyni doza. 2. Üç ay ərzində həftədə üç dəfə 2000 BV.

Anovulyasiyanın səbəbi birincili yumurtalıq çatışmazlığı ilə əlaqədar olmayan, ikincili yumurtalıq çatışmazlığı olan və insan menotropinləri ilə müvafiq qaydada müalicə olunan anovulyasiya müşahidə olunan, sonsuz qadınlarda ovulyasiya və hamiləliyin induksiyası Menotropinlərin son dozasının qəbulundan sonra bir gün 5000-10000 BV. (Menotropinlərin istifadə təlimatında 10000 BV doza tövsiyə olunur). İstifadə qaydası Yalnız əzələdaxili və ya dərialtı yeridilə bilər.df

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-28140

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
Betadin 200 Mq N14 Şam
10,66 AZN -%0
10,66AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce