Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq və ya 15 mq ipidakrin hidroxlorid (susuz maddə hesabı ilə) vardır.
- Periferik sinir sisteminin xəstəlikləri (nevrit, polinevrit, polinevropatiya, poliradikulonevropatiya). - Müxtəlif etiologiyalı miasteniya və miastenik sindrom. - Bulbar iflic və parezlər. - MSS-in hərəki pozulmalarla müşayiət edilən üzvi zədələnmləri zamanı bərpa dövrü.
- Demielinizəedici xəstəliklərin kompleks terapiyası. - Müxtəlif mənşəli yaddaş pozuntusu (Alzheymer xəstəliyi və qocalıq demensiyasının digər formaları). - Bağırsaq atoniyası.
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. - Epilepsiya. - Hiperkinezlə ekstrapiramid pozuntular. - Stenokardiya.
- İfadəolunmuş bradikardiya. - Bronxial astma. - Bağırsaq və ya sidikçıxarıcı yolların keçməzliyi. - Mədə və ya onikibarmaq bağırsaq xorasının kəskinləşməsi.
- Vestibülyar pozuntular. - Hamiləlik. - Laktasiya dövrü. - 18 yaşınadək uşaqlarda və yeniyetmələrdə istifadəsi.
Pasiyentdə yuxarıda sadalanan xəstəliklər və ya hallar olduqda, preparatın istifadəsindən əvvəl bu barədə həkimə məlumat verilməlidir.
İpidakrin miometriyanın tonusunu artırır və vaxtından əvvəl doğuşa səbəb ola bilər, bu səbəbə görə hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Bu dərman vasitəsi laktasiya dövründə əks göstərişdir.
İpidakrin sedativ təsir göstərə bilər. Bu səbəbə görə preparatın bu təsirləri yaranan pasiyentlər ehtiyatlı olmalıdırlar.
Doza və müalicənin müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, fərdi müəyyən edilir. Tərkibində 5 mq/ml və 15 mq/ml ipidakrin olan məhlul əzələdaxili və dərialtı yeridilir. ● Miastenik sindromla periferik sinir sisteminin xəstəlikləri Sutkada 1-2 dəfə əzələdaxili və ya dərialtı 5-15 mq dozada ipidakrin təşkil edir (inyeksiya üşüm 1 ml İpiqriks 5 mq/ml və ya İpiqriks 15 mq/ml). Müalicə kursunun müddəti 1-2 təşkil edir.
Ehtiyac olduqda, kurslar arasında 1-2 aylıq fasilə ilə müalicə kursunu təkrar etmək olar. ● Ağır sinir-əzələ keçiriciliyi zamanı miastenik krizin inkişafının qarşısını almaq üçün İpidakrin 15-30 mq qısa müddətə parenteral yeridilir (1-2 ml İpiqriks 15 mq/ml inyeksiya üçün məhluluna müvafiqdir). Sonra müalicə ipidakrinin tablet forması ilə davam etdirilir və doza sutkada 5-6 dəfə 20-40 mq-a (1 tabletdən 20 mq-lıq 2 tabletə qədər) qədər artırılır. ● Müxtəlif mənşəli yaddaş pozuntusu (Alzheymer xəstəliyi və qocalıq demensiyasının digər formaları) Doza və müalicənin müddəti fərdi müəyyən edilir.
Maksimal sutkalıq doza 200 mq-a qədər artırıla bilər. Müalicənin müddəti 1 aydan 1 ilədək təşkil edə bilər. ● Bağırsaq atoniyası Doza sutkada 2-3 dəfə 10-20 mq ipidakrin təşkil edir. Müalicə kursunun müddəti 1-2 həftədir.
Pediatrik populyasiya Uşaqlarda və 18 yaşadək yeniyetmələrdə bu dərman vasitəsinin istifadəsinin təhlükəsizliyi istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir.