Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

IPIGRIKS 20MG N50 TB

Məhsul Kodu : 111-23831
Reseptlə satılır
İstehsalçı ölkə: Latviya
25,07 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

İPİQRİKS, 20 mq tabletlər

İPİQRİKS tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq ipidakrin hidroxlorid (susuz maddəyə nəzərən) vardır.

İstifadəsinə göstərişlər

- Periferik sinir sisteminin xəstəlikləri (nevrit, polinevrit, nevropatiya, poliradikuloneyropatiya, miasteniya və müxtəlif etiologiyalı miastenik sindrom). - Bulbar ifliclər və parezlər. - Hərəki pozğunluqlarla müşayiət olunan MSS-in üzvi zədələnməlirindən sonra bərpa dövrü. - Demielinləşmiş xəstəliklərin kompleks müalicəsi.

- Müxtəlif mənşəli yaddaş pozğunluqları (Altsheymer xəstəliyi və qocalıq demensiyasının digər formaları). - Bağırsağın atoniyası.

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. - Epilepsiya. - Hiperkinezli ekstrapiramid pozğunluqlar. - Stenokardiya.

- Bradikardiya. - Bronxial astma. - Bağırsaq və ya sidikçıxarıcı yolların keçməzliyi. - Kəskinləşmə dövründə mədə və onikibarmaq bağırsağın xora xəstəliyi.

- Vestibülyar pozğunluqlar. - Hamiləlik və laktasiya dövrü. - Uşaqlar və 18 yaşa qədər yeniyetmələr. Əgər Sizdə yuxarıda sadalanan xəstəliklər və ya hallar olarsa, bu haqda preparatı qəbul etməzdən əvvəl həkimə məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İpidakrin uşaqlığın tonusunu gücləndirir və vaxtından əvvəl doğuşa səbəb ola bilər, bu səbəbdən preparatı hamiləlik dövründə istifadə etmək olmaz. Preparatın laktasiya dövründə istifadəsinin təhlükəsizliyi barədə məlumat olmadığı üçün bu dovrdə onu istifadə etmək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

İpidakrin sedativ təsir göstərə bilər. Buna görə preparatın qəbulu zamanı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır.

İPİQRİKS istifadə qaydası və dozası

Preparat kifayət qədər maye ilə daxilə qəbul edilir. Doza və müalicənin müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq fərdi müəyyən olunur. Böyüklər Periferik sinir sisteminin xəstəlikləri, miasteniya və miastenik sindrom: gündə 1-3 dəfə 10-20 mq təyin edilir. Müalicə müddətinin davamlılığı 1-2 ay təşkil edir.

Birdəfəlik 10 mq doza qəbulu üçün başqa dərman formasından istifadə edilir (1 ml-də 5 mq ipidakrin olan, 2 ml-lik inyeksiya üçün məhlul). Miastenik krizin inkişafının qarşısını almaq məqsədilə sinir-əzələ keçiriciliyinin ağır pozuntusu zamanı qisa müddətə parenteral 15-30 mq yeridilir (1 ml-də 15 mq ipidakrin olan 1-2 ml-lik inyeksiya üçün məhlul). Müalicə preparatın tablet forması ilə davam etdirilir, doza gündə 5-6 dəfə 20-40 mq-a (1-2 tablet) qədər artırılır. Maksimal sutkalıq doza 240 mq-a (12 tablet 6 qəbula) qədər çatdırıla bilər.

Müxtəlif mənşəli yaddaş pozuntusu (Alsheymer xəstəliyi və qocalıq demensiyasının digər formaları): maksimal sutkalıq doza 200 mq-a (10 tablet 5 qəbula) qədər çatdırıla bilər. Müalicə kursunun davamlılığı 1-12 ay təşkil edir. Bağırsaq atoniyası: Doza 1-2 həftə ərzində gündə 2-3 dəfə 20 mq təşkil edir. Yaşlı və qaraciyər və/və ya böyrək fəaliyyətinin pozulması olan pasiyentlərdə dozaya düzəliş edilməsi tələb edilmir.

Uşaqlar: preparatın istifadəsinin təhlükəsizliyi öyrənilmədiyi üçün uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə istifadəsi əks göstərişdir. Növbəti dozanın qəbulu unudularsa, preparatın qəbulu pasiyentin yadına düşən kimi dərhal həmin dozanı qəbul etməlidir. əgər növbəti doza qəbulunun vaxtı yaxınlaşırsa, ötürülən dozanı qəbul etmək olmaz. Preparatın dozasını ikiqat artırmadan həkim təyinatı ilə qəbul etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.