Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 ampulda (1 ml) 200 mq kofein-benzoat natrium (80 mq kofein) vardır.
Tənəffüsün zəifləməsində (o cümlədən, narkotik analgetiklərlə və yuxugətirici dərman vasitələri ilə (DV), karbon qazı ilə yüngül zəhərlənmə zamanı) və ümumi anesteziyanın istifadəsindən sonra ağciyərin ventilyasiyasının bərpası üçün köməkçi vasitə kimi.
Hiperhəssaslıq (o cümlədən, digər ksantinlərə qarşı), həyəcan pozulmaları (aqorafobiya, panik pozulmalar), ürək-damar sisteminin üzvi xəstəlikləri (o cümlədən, kəskin miokard infarktı, ateroskleroz), paroksizmal taxikardiya, tez-tez baş verən mədəcik ekstrasistoliyası, arterial hipertenziya, yuxunun pozulması, hamiləlik, laktasiya dövrü, ahıl yaş dövrü.
Dölün orqanizmindən kofeinin ləng eliminasiyasını nəzərə alaraq, hamiləlik zamanı onun istifadəsi, yalnız ana və döl üçün fayda/risk nisbi qiymətləndirilməsindən sonra mümkündür. Hamiləlik zamanı kofeinin həddindən artıq istifadəsi spontan abortlara, ana bətnində dölün inkişafının ləngiməsinə, döldə aritmiyaların yaranmasına səbəb ola bilər; yüksək dozaları istifadəsi zamanı skeletin inkişafının pozulması və kiçik dozaların fonunda skeletin inkişafının ləngiməsi mümkündür. Kofein və onun metabolitləri əhəmiyyətsiz miqdarda ana südünə nüfuz edir, lakin südəmər körpələrdə toplanır və hiperaktivlik və yuxusuzluğa səbəb ola bilər. Laktasiya dövründə onun istifadəsinə ehtiyac olduqda, ana və döl üçün fayda/risk nisbətini qiymətləndirmək lazımdır.
Neonatologiyada istifadəsi Yenidoğulmuşlarda və südəmər körpələrdə apnoenin müalicə və profilaktikası üçün əməliyyatdan sonrakı dövrdə kofein və ya kofein sitrat istifadə edilir, lakin kofein-benzoat natrium istifadə edilmir.
Yüksək dozalarla istifadə etdikdə, kofein diqqətin cəmləşdirilməsini çətinləşdirir və yüksək diqqət tələb edən fəaliyyət növlərini yerinə yetirdikdə, operator səhvlərin sayını artırır.
Böyüklərə dəri altına 0,5-1 ml (100-200 mq) təyin edilir. Yüksək birdəfəlik doza 400 mq, yüksək sutkalıq doza 1000 mq-dır. 12 yaşdan yuxarı uşaqlara (yaşdan asılı olaraq) dəri altına 25-100 mq yeridilir.