Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

KAVINTON 25MG 5ML N10 AMP

Məhsul Kodu : 111-16507
Reseptlə satılır
İstehsalçı ölkə: Macaristan
11,00 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KAVİNTON, 5 mq/ml inyeksiya üçün məhlul

KAVİNTON tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq vinposetin vardır.

İstifadəsinə göstərişlər

Nevrologiya Serebrovaskulyar patologiyanın müxtəlif formalarında: tranzitor işemik həmlə, işemik insult, keçirilmiş insultdan sonrakı vəziyyətlər, damar mənşəli demensiya, serebral ateroskleroz, posttravmatik və hipertenziv ensefalopatiya, vertebrobazilyar çatışmazlıq. Baş beynin qanla təchiz olunmasının pozğunluqları ilə əlaqəli psixi və nevroloji simptomatikanın zəiflədilməsi məqsədi ilə təyin olunur. Oftalmologiya Gözün damar qişasının və torlu qişasının xroniki xəstəliklərinin (məsələn, torlu qişanın mərkəzi arteriyasının və ya venasının trombozu və ya obstruksiyası) müalicəsi. Otorinolarinqologiya Eşitmə qabiliyyətinin kəskin damar və ya toksik (dərmanla əlaqəli) və ya digər mənşəli (idiopatik, səs təsiri nəticəsində) itirilməsi, Menyer xəstəliyi və qulaqlarda küy.

Əks göstərişlər

Hemorragik serebral insultun kəskin mərhələsi, ürəyin ağır işemik xəstəliyi, aritmiyanın ağır formaları. Hamiləlik dövründə, laktasiya dövründə, etibarlı kontrasepsiya üsullarından istifadə etməyən reproduktiv funksiyaları saxlanılmış qadınlarda istifadəsi əks göstərişdir. Təsiredici maddəyə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq. Preparatın uşaqlarda istifadəsi əks göstərişdir (müvafiq klinik tədqiqatlardan məlumatların olmaması əsasında).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə və laktasiya dövründə və eləcədə, etibarlı kontrasepsiya üsullarından istifadə etməyən reproduktiv funksiyaları saxlanılmış qadınlarda vinposetinin istifadəsi əks göstərişdir. Hamiləlik dövrü Vinposetin plasentadan nüfuz edir, lakin, ana qanı ilə müqayisədə, plasentada və döl qanında daha aşağı konsentrasiyalarda aşkar olunur. Heyvanlar üzərində aparılan tədqiqatlarda siçovullarda inkişaf qüsurları da daxil olmaqla, preparatın reproduktiv toksikliyi nümayiş etdirilmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlarda vinposetinin yüksək dozalarının yeridilməsi, bəzi hallarda plasentar qanaxma ilə və əsasən, plasentar qan dövranının güclənməsi nəticəsində düşüklərlə müşayiət olunmuşdur.

Laktasiya dövrü Vinposetin ana südü ilə xaric olunur. Nişanlanmış vinposetinin istifadəsi ilə aparılan tədqiqatlarda radioaktivlik, ana qanı ilə müqayisədə, ana südündə 10 dəfə yüksək olmuşdur. Preparatın ana südü ilə 1 saat müddətində xaric olunan miqdarı, orqanizmə yeridilən dozanın 0,25 %-ni təşkil edir. Vinposetin ana südü ilə xaric olunur, bununla belə, yenidoğulmuş uşağın orqanizminə preparatın təsiri barədə heç bir məlumatın olmamasını nəzərə alaraq, laktasiya dövründə vinposetinin istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur.

KAVİNTON istifadə qaydası və dozası

Preparat, yalnız vena daxilinə tədricən damcı üsulu ilə yeridilən infuziya şəklində istifadə üçün nəzərdə tutulmuşdur! İnfuziyanın sürəti maksimal 80 damcı/dəqiqədə göstəricidən yüksək olmamalıdır! Damcılarla yeridilən infuziyanın başlanğıc sutkalıq dozası adətən, 500 ml infuziya üçün məhlulda 20 mq təşkil edir. Bu doza, pasiyentin preparata qarşı tolerantlığından asılı olaraq, 2-3 gün müddətində sutkada 1 mq/kq bədən kütləsinə qədər artırıla bilər.

Müalicə kursunun orta davametmə müddəti 10-14 gün təşkil edir, 70 kq bədən kütləsi hesabı ilə adətən istifadə edilən sutkalıq doza – 50 mq/sutkada (500 ml infuziya üçün məhlulda 50 mq) təşkil edir. Böyrək və ya qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə dozanın xüsusilə seçilməsi tələb olunmur. Preparatı əzələ daxilinə yeritmək olmaz. Preparat durulaşdırılmadan vena daxilinə yeridilə bilməz!

İnfuzion müalicə kursu tamamlandıqdan sonra, pasiyentin müalicəsini preparatın tablet formasının istifadəsi ilə davam etdirmək tövsiyə olunur: sutkada 3 dəfə 1 tablet Kavinton forte preparatı və ya 2 tablet Kavinton preparatı 5 mq dozada (3 dəfə 10 mq dozada). Kavinton preparatının inyeksiya üçün məhlulu istənilən növ fizioloji məhlulla və ya infuziya üçün qlükoza məhlulu ilə (məsələn, Salsol, Ringer, Rindeks, Reomakrodeks) durulaşdırıla bilər. Preparatın infuziya üçün məhlulu hazırlandıqdan sonra, 3 saat müddətində istifadə edilməlidir. Uşaqlar Kavinton preparatının inyeksiya üçün məhlulunun uşaqlarda istifadəsi əks göstərişdir.

Prepared by  T-Soft E-Commerce.