Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

KAVINTON 5MG N50 TB

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-00527
Reseptlə satılır
İstehsalçı ölkə: Macaristan
7,69 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KAVİNTON FORTE, 10 mq tabletlər

KAVİNTON FORTE tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq vinposetin vardır.

İstifadəsinə göstərişlər

Nevrologiya Beyin qan dövranının müxtəlif formalı pozuntuları: insult keçirdikdən sonrakı vəziyyət, vertebrobazilyar çatışmazlıq, damar demensiyası, baş beyinin damarlarının aterozklerozu, posttravmatik və hipertonik ensefalopatiya. Baş beyinin qanla təchizatının pozulması ilə əlaqədar psixi və nevroloji pozuntuların təzahürünün azaldılması üçün. Oftalmologiya Gözün və torlu qişanın damar təbəqəsinin xroniki damar xəstəlikləri. Otorinolarinqologiya Qocalıqla bağlı perseptiv tipli ağır eşitmənin, Menyer xəstəliyinin və qulaqlarda küy.

Əks göstərişlər

Hamiləlik, laktasiya dövrü və etibarlı kontrasepsiya üsulundan istifadə etməyən doğmaq qabiliyyəti olan qadınlarda istifadəsi. Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Preparatın uşaqlarda istifadəsi əks göstərişdir (müvafiq klinik tədqiqat məlumatlarının olma- masına görə).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə, eləcə də eitbarlı kontrasepsiya üsulundan istifadə etməyən doğmaq qabiliyyəti olan qadınlarda preparatın istifadəsi əks göstərişdir. Hamiləlik Vinposetin plasentar beryerdən keçir, lakin bu zaman preparatın konsentrasiyası plasentada və dölün qanında hamilə qadının qanına nisbətən az olur. Heyvanlar üzərində aparılan tədqiqatlar siçovullarda qüsur inkişafı daxil olmaqla, reproduktiv toksiklik nümayiş etdirmişdir. Heyvanlarda preparatın yüksək dozaları ilə aparılan tədqiqatlarda bəzi hallarda plasentadan qanaxma və hamiləliyin spontan kəsilməsi baş vermişdir, bunun plasentar qan təchizatının güclənməsi nəticəsində baş verməsi ehtimal edilir. Laktasiya Vinposetin ana südünə nüfuz edir. Radioaktiv izotopun istifadəsilə preklinik tədqiqatlarda ana südünün radioaktivliyi yetkin heyvanın qanına nisbətən 10 dəfə artıq olmuşdur. Vinposetinin bir

dozasının qəbulundan sonra 1 saat ərzində ana südünə preparatın qəbul edilən dozasının 0,25%-i nüfuz edir. Vinposetinin ana südünə keçməsi və preparatın südəmər uşaqlar üçün təhlükəsizliyi üzrə klinik müşahidələrin kifayət qədər sayı olmadığı üçün laktasiya dövründə vinposetinin istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Vinposetinin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy- yətinə hər hansı təsirinə dair məlumat yoxdur.

KAVİNTON FORTE istifadə qaydası və dozası

Preparatın adi dozası sutkada 3 dəfə 5-10 mq təşkil edir (sutkada 15-30 mq). Tabletləri yeməkdən sonra qəbul etmək vacibdir. Qaraciyər və böyrək xəstəlikləri olan pasiyentlər üçün heç bir xüsusi doza seçimi tələb edilmir. Uşaqlar Kavinton və Kavinton Forte preparatının uşaqlarda istifadəsi əks göstərişdir

Prepared by  T-Soft E-Commerce.