Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Keday 50 mq N60 tablet

Məhsul Kodu : 111-26381
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
14,24 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Keday XR, 50 mq, 150 mq, 200 mq uzunmüddətli təsirə malik tabletlər

Keday XR tərkibi

Təsiredici maddə:     1 tabletin tərkibində 50 mq, 150 mq və ya 200 mq kvetiapinə ekvivalent miqdarda  57,57 mq, 172,7 mq və ya 230,27 mq kvetiapin fumarat vardır.  

Əks göstərişlər 

Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq reaksiyaları 
olduqda. 
İİV proteaza inhibitorları, azol qrupundan göbələk əleyhinə preparatlarla, eritromisin, klaritromisin 
və nefazodon kimi P450 3A4 sitoxromun inhibitorları ilə birlikdə istifadəsi əks göstəriş hesab olunur. 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Birinci trimestr 
Dərmanın istifadəsi zamanı əldə olunacaq fayda potensial riskdən üstün olduğu təqdirdə kvetiapin 
hamiləlik zamanı istifadə oluna bilər. 
Üçüncü trimestr  
Hamiləliyin üçüncü trimestrində antipsixotiklərin (kvetiapin də daxil olmaqla) qəbuluna məruz qalan yeni doğulmuş körpələr doğuşdan sonra kəskinliyinə və davam etmə müddətinə görə fərqlənən ekstrapiramid və abstinent simptomlar da daxil olmaqla bir sıra əlavə təsirlərə məruz qala bilərlər. Həyəcan, hipertoniya, hipotoniya, tremor, yuxululuq, respirator pozğunluq və yaxud qidalanmanın pozulması kimi hallar müşahidə olunmuşdur. Buna görə də yeni doğulmuş körpələrə ciddi nəzarət olunmalıdır. 
Laktasiya dövrü 
Kvetiapinin ana südündə izlənilməsi barədə etibarlı məlumatların məhdud olmasına görə ana südünün körpə üçün faydasını və yaxud müalicənin qadın üçün faydasını nəzərə alaraq ana südü ilə qidalanmanı və ya Keday XR müalicəsini dayandırmaqla bağlı qərar qəbul edilməlidir.  
Fertillik 
Kvetiapinin insan fertilliyinə təsirinə dair yoxlamalar aparılmamışdır. Siçovullar üzərində aparılan tədqiqatlar zamanı prolaktin səviyyəsinin artması ilə bağlı təsirlər aşkar olunmuşdur, lakin bunların insanlarla birbaşa olaraq əlaqəsi yoxdur.

İstifadə qaydası və dozası 

Hər bir göstəriş üçün müxtəlif doza həddi mövcuddur. Buna görə də, pasiyentlərin öz vəziyyətlərinə uyğun doza həddi ilə bağlı ətraflı məlumat aldıqlarından əmin olmaq lazımdır.  
Keday XR gündə bir dəfə, yeməkdən 1 saat öncə və ya yeməkdən 1 saat sonra qəbul edilməlidir. 
Tabletlər bölünmədən, çeynənmədən və əzilmədən tam şəkildə udulmalıdır.  
Böyüklər  
Bipolyar pozğunluq zamanı orta və kəskin maniakal epizodların və şizofreniyanın müalicəsi  
Keday XR yeməkdən ən azı bir saat öncə qəbul edilməlidir. Müalicəyə başladıqda 1-ci gün gündəlik doza həddi 300 mq, 2-ci gün isə 600 mq təşkil etməlidir. Tövsiyə olunan gündəlik doza həddi 600 mq-dır, buna baxmayaraq klinik cəhətdən sübut olundu ki, doza həddi 800 mq-dək qaldırıla bilər. 
Müalicənin effektivliyindən və pasiyentin tolerantlığından asılı olaraq effektiv doza həddi gündəlik olaraq 400-800 mq arasında olmalıdır. Şizofreniya xəstəliyi zamanı dəstəkləyici terapiya üçün doza həddinin nizamlanmasına ehtiyac yoxdur.  
Bipolyar pozğunluq zamanı böyük depressiv epizodların müalicəsi  
Keday XR yatmazdan öncə qəbul edilməlidir. İlk dörd gün ərzində sutkalıq doza həddi 50 mq (1-ci gün), 100 mq (2-ci gün), 200 mq (3-cü gün) və 300 mq (4-cü gün) təşkil edir. Tövsiyə olunan gündəlik doza 300 mq təşkil edir. Klinik tədqiqatlar zamanı 600 mq-lıq qruplar ilə 300 mq-lıq qruplar arasında heç bir əlavə üstünlük aşkar edilməmişdir. 600 mq-lıq doza ayrı-ayrı şəxslərdə təsirli ola bilər. 300 mq-dan yuxarı doza həddi bipolyar pozğunluğun müalicəsində təcrübəyə malik həkimlər tərəfindən təyin olunmalıdır. Klinik tədqiqatlar zamanı aşkar olunmuşdur ki, ayrı-ayrı şəxslərdə dərman preparatına dözümsüzlük zamanı doza həddinin minimal 200 mq dozaya kimi azaldılması nəzərə alınmalıdır.  
Bipolyar pozğunluq zamanı residivlərin qarşısını almaq məqsədilə  
Bipolyar pozğunluq zamanı maniakal, kompleks və yaxud depressiv epizodların təkrar meydana 
gəlməsinin qarşısını almaq məqsədilə kəskin bipolyar pozğunluğun müalicəsində Keday XR 
preparatına müsbət reaksiya verən pasiyentlərdə Keday XR preparatının təyinatı yatmazdan öncə 
eyni dozada davam etdirilməlidir. Keday XR dərman preparatının doza həddi klinik effektivlikdən 
və ayrı-ayrı şəxslərin dərmana dözümlülük dərəcəsindən asılı olaraq gündə 300 mq ilə 800 mq 
arasında dəyişir. Dəstəkləyici müalicə məqsədilə ən aşağı doza həddi tövsiyə olunur.  
Böyük Depressiv Pozğunluq zamanı ağır dərəcəli depressiv epizodların əlavə müalicəsi məqsədilə  Keday XR yatmazdan öncə qəbul edilməlidir. Müalicəyə başlayarkən gündəlik doza 1 və 2-ci günlər 50 mq, 3 və 4-cü günlər isə 150 mq təşkil edir. Aparılan qısa müddətli tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, antidepressant təsir, əlavə müalicə zamanı (amitriptilin, bupropion, sitalopram, duloksetin, essitalopram, fluoksetin, paroksetin, sertralin və venlafaksin kimi preparatlarla yanaşı) gündə 150 və 300 mq dozada qəbul olunduqda, qısa müddətli monoterapiya tədqiqatlarında isə gündə 50 mq doza qəbulu zamanı müşahidə olunmuşdur. Daha yüksək dozada əlavə təsir riski artır. Buna görə də, həkimlər müalicə məqsədilə, gündə 50 mq-dan başlayaraq, ən aşağı dozadan dərman qəbulunu təmin etməlidirlər. Doza həddinin gündə 150 mq-dan 300 mq-a qaldırılması yalnız pasiyentin vəziyyətinin individial olaraq qiymətləndirilməsinə əsasən həyata keçirilməlidir.  
Keday dərhal azad olan tabletlərdən istifadənin dayandırılması  
Daha rahat titrləmə məqsədi ilə hal-hazırda bölünmüş doza həddində, dərhal azad olan kvetiapin 
tabletlərlə müalicə olunan pasiyentlər gündə bir dəfə ekvivalent dozada qəbul etməklə Keday XR 
dərman preparatı ilə müalicəyə keçə bilərlər. Doza həddinin individual olaraq tənzimlənməsi tələb 
oluna bilər.  
Yaşlılar 
Digər neyroleptiklər və antidepressantlarda olduğu kimi, Keday XR xüsusilə də dərman preparatının ilk qəbul günlərində yaşlı xəstələrdə xüsusi ehtiyatla təyin olunmalıdır. Keday XR dərman preparatında dozanın titrlənməsi cavan xəstələrə nisbətən yaşlı xəstələrdə daha yavaş aparılmalı, gündəlik terapevtik doza isə daha aşağı olmalıdır. Yaşlı xəstələrdə kvetiapinin orta klirensi cavan xəstələrə nisbətən 30-50 % azdır. Yaşlı pasiyentlərdə müalicə gündə 50 mq olmaqla başlanmalıdır. Dərmanın klinik təsirindən və ayrı-ayrı xəstələrin dərman preparatına dözümlülüyəndən asılı olaraq doza həddi gündə 50 mq olmaqla mərhələli şəkildə effektiv dozaya kimi qaldırıla bilər.  Ağır depressiv epizodlar fonunda Böyük Depressiv Pozğunluqdan əziyyət çəkən yaşlı pasiyentlərdə doza həddi 1-3-cü gün sutkada 50 mq, 4-cü gün sutkada 100 mq, 8-ci gün isə sutkada 150 mq təşkil etməlidir. Gündə 50 mq olmaqla ən aşağı effektiv dozadan başlamaq tövsiyə olunur. Pasiyentin vəziyyətinin individual olaraq qiymətləndirilməsi əsasında doza həddinin gündə 300 mq-dək qaldırılması zərurəti yarandıqda belə doza artımı müalicənin 22-ci günündən tez olmamalıdır.  Bipolyar pozğunluq fonunda depressiv epizodlardan əziyyət çəkən 65 yaşdan yuxarı xəstələrdə dərman preparatının effektivliyi və təhlükəsizliyi qiymətləndirilməmişdir.  
Uşaqlar 
Keday XR dərman preparatının uşaqlarda və 18 yaşdan aşağı yeniyetmələrdə istifadəsini 
təsdiqləyəcək məlumatın olmaması səbəbindən dərman vasitəsinin bu yaş qruplarında istifadəsi 
tövsiyə olunmur. Plasebo ilə nəzarət olunan klinik tədqiqatların nəticələri Xüsusi göstərişlər və ehtiyat tədbirləri, Əlavə təsirləri, Farmakoloji xüsusiyyətləri bəndlərdə təqdim olunmuşdur.  
Böyrək çatışmazlığı  
Böyrək çatışmazlığı olan xəstələrdə doza həddinin tənzimlənməsi tələb olunmur.  
Qaraciyər çatışmazlığı   
Kvetiapinin böyük hissəsi qaraciyər vasitəsilə metobolizə olunur. Buna görə də, xüsusilə dərman 
preparatının ilk qəbul günlərində Keday XR məlum qaraciyər çatışmazlığı olan xəstələrə ehtiyatla 
təyin olunmalıdır. Qaraciyər çatışmazlığı olan xəstələrdə müalicə gündə 50 mq olmaqla 
başlanmalıdır. Dərmanın klinik təsirindən və ayrı-ayrı xəstələrin dərman preparatına 
dözümlülüyəndən asılı olaraq doza həddi gündə 50 mq olmaqla mərhələli şəkildə effektiv dozaya 
kimi qaldırıla bilər. 

Prepared by  T-Soft E-Commerce.