Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

KETILEPT 100MG N60 TB

Məhsul Kodu : 111-52258
Reseptlə satılır
İstehsalçı ölkə: Macaristan
20,70 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Ketilept, 25 mq, 100 mq, 150 mq, 200 mq, 300 mq örtüklü tabletlər

Ketilept tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq, 100 mq, 150 mq, 200 mq və 300 mq kvetiapin (müvafiq olaraq, 28,78 mq, 115,13 mq, 172,70 mq, 230,26 mq və 345,40  
mq kvetiapin fumarat şəklində) vardır.

Əks göstərişlər  

Aşağıda göstərilən hallarda Ketilept preparatının örtüklü tabletlərindən istifadə etmək olmaz  Pasiyentdə kvetiapinə və ya preparatın tərkibinə daxil olan, həmin içlik vərəqənin “Tərkibi” bölməsində göstərilən hər hansı digər köməkçi maddələrə qarşı yüksək həssaslıq.  
Pasiyent aşağıda göstərilən preparatlardan hər hansı birindən istifadə etdiyi halda:        - İİV infeksiyasının müalicəsi üçün istifadə olunan preparatlar;                                          - azol-tərkibli preparatlar (göbələk infeksiyalarının müalicəsi üçün preparatlar);              - eritromisin, klaritromisin (infeksiyaların müalicəsi üçün istifadə olunan antibiotiklər);    - nefazodon (depressiyanın müalicəsi üçün istifadə olunan preparat).  
Yuxarıda göstərilən məlumatlardan hər hansı biri pasiyentə aid olduğu halda, Ketilept 
preparatından istifadə etmək olmaz.  
Hər hansı şübhə olduğu halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi  

Hamiləlik dövrü  
Pasiyent hamilə olması, körpəsini ana südü ilə qidalandırması, hamiləliyini ehtimal etməsi və ya hamilə olmağı planlaşdırması barədə həkimi məlumatlandırmalıdır.  
Hamiləlik dövründə, əvvəlcədən həkimlə məsləhətləşməmiş, Ketilept® preparatından istifadə etmək olmaz.  
Hamiləliyin üçüncü trimestrində (hamiləlik dövrünün son üç ayı) Ketilept preparatından 
istifadə edən anaların dünyaya gətirdikləri yenidoğulmuşlarda aşağıda göstərilən simptomlar müşahidə oluna bilər: titrəmə, əzələ gərginliyi və/və ya əzələ zəifliyi, yuxuya meyllilik, oyanıqlıq, hiper- və hipotenziya, tənəffüs pozğunluğu və qidalanmada çətinliklər. Uşaqda yuxarıda göstərilən simptomlardan hər hansı biri inkişaf etdiyi halda, həkimlə məsləhətləşmək 
lazımdır.   
Laktasiya dövrü    
Laktasiya dövründə Ketilept preparatından istifadə etmək olmaz.   
Hər hansı dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.

İstifadə qaydası və dozası  

Göstərilən preparatı hər zaman yalnız həkim təyinatına müvafiq istifadə etmək vacibdir. Hər hansı şübhə meydana çıxdığı halda, mütləq həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.  
Dozalanma rejimi  
Ketilept preparatının istifadə qaydası həkim tərəfindən müəyyən edilir. Həkim pasiyentə preparatın müvafiq başlanğıc dozasını təyin etməlidir; gələcəkdə həmin dozanın həkim 
tərəfindən artırılması mümkündür. Müxtəlif göstərişlərdə müxtəlif fərdi dozalanma rejimlərinin istifadəsi tövsiyə olunur.  
Pasiyentə adətən tövsiyə olunan doza təyin edilərsə, xəstəlikdən və müalicəyə fərdi tələbatlardan asılı olaraq, preparatın gündə 150 mq-dan 800 mq-a qədər dozası təyin oluna bilər.  
İstifadə qaydası  
Pasiyentin xəstəliyindən asılı olaraq, tabletləri gündə 1 dəfə, yuxuya getməzdən əvvəl və ya gündə 2 dəfə qəbul etmək lazımdır.  
Ketilept preparatının tabletlərini bütöv, çeynəmədən, su ilə birlikdə qəbul etmək lazımdır.  
Ketilept preparatını qida qəbulundan asılı olmayaraq, istifadə etmək olar.  
Ketilept preparatının istifadəsi ilə aparılan müalicə müddətində qreypfrut şırəsindən istifadə etmək olmaz, çünki qreypfrut şirəsi göstərilən preparatın effektivliyini dəyişə bilər.  Həkim preparatın istifadəsini dayandırmayana qədər, hətta pasiyent özünü yaxşı hiss etdikdə belə, Ketilept preparatının tabletlərinin istifadəsini dayandırmaq olmaz.  
Uşaqlar və 18 yaşa qədər yeniyetmələr  
Ketilept preparatının örtüklü tabletlərini uşaqlara və 18 yaşdan aşağı yeniyetmələrə təyin etmək olmaz.  
Qaraciyər funksiyalarının pozulması  
Qaraciyər funksiyalarının pozulması müşahidə olunan pasiyentlərdə həkim preparatın dozasını dəyişə bilər.  
Yaşlı pasiyentlər  
Yaşlı pasiyentlərdə həkim preparatın dozasını dəyişə bilər.  
Ketilept preparatının bir və ya bir neçə dozasının istifadəsinin ötürülməsi  
Preparatın dozasının istifadəsi ötürüldükdə, onu mümkün qədər tez qəbul etmək lazımdır. 
İstifadəsi ötürülən dozanı növbəti doza ilə birlikdə və ya ondan az müddət əvvəl qəbul etmək olmaz. Bundan sonra, preparatın istifadəsini həkim tərəfindən təyin olunan rejimdə və dozalarda davam etdirmək lazımdır.  
Ötürülən dozanı bərpa etmək məqsədi ilə preparatın ikiqat dozasını qəbul etmək olmaz.  
Ketilept preparatı tabletlərinin istifadəsinin dayandırılması  
Həkim preparatın istifadəsini dayandırmayana qədər, hətta pasiyent özünü yaxşı hiss etdikdə belə, Ketilept preparatının istifadəsini dayandırmaq olmaz.  
Ketilept preparatının istifadəsini qəflətən dayandırdıqda, ürəkbulanma, qusma, yuxusuzluq, başgicəllənmə, baş ağrısı, ishal və ya qıcıqlanma kimi simptomlar təkrar meydana çıxa bilər; pasiyentdə xəstəlik simptomları həmçinin, yenidən təkrarlana bilər.  
Preparatın istifadəsini dayandırmaqdan əvvəl, həkim pasiyentə preparatın dozasının aşağı salınmasını tövsiyə edə bilər.  
Gələcəkdə, göstərilən dərman preparatının istifadəsi barədə hər hansı sual meydana çıxdığı 
halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

    

Prepared by  T-Soft E-Commerce.