Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq, 100 mq, 150 mq, 200 mq və 300 mq kvetiapin (müvafiq olaraq, 28,78 mq, 115,13 mq, 172,70 mq, 230,26 mq və 345,40 mq kvetiapin fumarat şəklində) vardır.
Ketilept® preparatının örtüklü tabletləri aşağıda göstərilən xəstəliklərin müalicəsi üçün istifadə olunur:
- bipolyar depressiya: əhval-ruhiyyə düşkünlüyü, enerjinin olmaması, günahkar olma hissi, iştahanın itməsi və ya yuxusuzluqla xarakterizə olunan vəziyyət;
- maniya: pasiyentin özünü həddindən artıq “gümrah”, oyanıqlı, həyəcanla dolu hiss edən, hiperaktiv olan vəziyyət və ya aqressiya və dağıdıcı (destruktiv) davranış daxil olmaqla, vəziyyəti yanlış qiymətləndirməsi;
- şizofreniya: hallüsinasiyalarla müşayiət olunan xəstəlik (pasiyent mövcud olmayan səslər eşidir və ya mövcud olmayan vəziyyəti hiss edir, mövcud olmayan hadisənin reallığına inanır və ya həddindən artıq şübhəli, narahat olur, sinir gərginliyi hiss edir, depressiya vəziyyətinə düşür, günah hissi və şüurun dumanlanması hissi keçirir). Pasiyentin vəziyyəti yaxşılaşdığı halda belə, xəstəlik simptomlarının residivlərinin (geri qayıtmasının) qarşısının alınması məqsədi ilə, həkim pasiyentə Ketilept® preparatının təyin olunmasını davam etdirə bilər. Ehtimal var ki, pasiyent qohumuna və ya yaxın dostuna göstərilən simptomlardan əziyyət çəkdiyini bildirsə və onlardan, həmin içlik vərəqənin oxunmasını xahiş etsə, onlar hər hansı yardım göstərə bilərlər. Həmin şəxslər, pasiyentdə müşahidə olunan sipmtomların pisləşməsi və ya pasiyentin davranışının dəyişməsinin aşkar edilməsi barədə pasiyenti məlumatlandırmalıdırlar. Ketilept® preparatının örtüklü tabletlərinin təsiri və ya preparatın pasiyentə hansı məqsədlə təyin olunması barədə suallar meydana çıxdığı halda, həkimlə məsləhətləşmək vacibdir.
Aşağıda göstərilən hallarda Ketilept® preparatının örtüklü tabletlərindən istifadə etmək olmaz Pasiyentdə kvetiapinə və ya preparatın tərkibinə daxil olan, həmin içlik vərəqənin “Tərkibi” bölməsində göstərilən hər hansı digər köməkçi maddələrə qarşı yüksək həssaslıq. Pasiyent aşağıda göstərilən preparatlardan hər hansı birindən istifadə etdiyi halda:
- İİV infeksiyasının müalicəsi üçün istifadə olunan preparatlar;
- azol-tərkibli preparatlar (göbələk infeksiyalarının müalicəsi üçün preparatlar);
- eritromisin, klaritromisin (infeksiyaların müalicəsi üçün istifadə olunan antibiotiklər);
- nefazodon (depressiyanın müalicəsi üçün istifadə olunan preparat). Yuxarıda göstərilən məlumatlardan hər hansı biri pasiyentə aid olduğu halda, Ketilept® preparatından istifadə etmək olmaz. Hər hansı şübhə olduğu halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Hamiləlik dövrü Pasiyent hamilə olması, körpəsini ana südü ilə qidalandırması, hamiləliyini ehtimal etməsi və ya hamilə olmağı planlaşdırması barədə həkimi məlumatlandırmalıdır. Hamiləlik dövründə, əvvəlcədən həkimlə məsləhətləşməmiş, Ketilept® preparatından istifadə etmək olmaz. Hamiləliyin üçüncü trimestrində (hamiləlik dövrünün son üç ayı) Ketilept® preparatından istifadə edən anaların dünyaya gətirdikləri yenidoğulmuşlarda aşağıda göstərilən simptomlar müşahidə oluna bilər: titrəmə, əzələ gərginliyi və/və ya əzələ zəifliyi, yuxuya meyllilik, oyanıqlıq, hiper- və hipotenziya, tənəffüs pozğunluğu və qidalanmada çətinliklər. Uşaqda yuxarıda göstərilən simptomlardan hər hansı biri inkişaf etdiyi halda, həkimlə məsləhətləşmək lazımdır. Laktasiya dövrü Laktasiya dövründə Ketilept® preparatından istifadə etmək olmaz. Hər hansı dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Ketilept® preparatı yuxuya meylliliyin meydana çıxmasına səbəb ola bilər. Ketilept® preparatının pasiyentə hansı təsir göstərməsini müəyyən etməyənə qədər, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz.
Göstərilən preparatı hər zaman yalnız həkim təyinatına müvafiq istifadə etmək vacibdir. Hər hansı şübhə meydana çıxdığı halda, mütləq həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Dozalanma rejimi Ketilept® preparatının istifadə qaydası həkim tərəfindən müəyyən edilir. Həkim pasiyentə preparatın müvafiq başlanğıc dozasını təyin etməlidir; gələcəkdə həmin dozanın həkim tərəfindən artırılması mümkündür. Müxtəlif göstərişlərdə müxtəlif fərdi dozalanma rejimlərinin
istifadəsi tövsiyə olunur. Pasiyentə adətən tövsiyə olunan doza təyin edilərsə, xəstəlikdən və müalicəyə fərdi tələbatlardan asılı olaraq, preparatın gündə 150 mq-dan 800 mq-a qədər dozası təyin oluna bilər. İstifadə qaydası Pasiyentin xəstəliyindən asılı olaraq, tabletləri gündə 1 dəfə, yuxuya getməzdən əvvəl və ya gündə 2 dəfə qəbul etmək lazımdır. Ketilept® preparatının tabletlərini bütöv, çeynəmədən, su ilə birlikdə qəbul etmək lazımdır. Ketilept® preparatını qida qəbulundan asılı olmayaraq, istifadə etmək olar. Ketilept preparatının istifadəsi ilə aparılan müalicə müddətində qreypfrut şırəsindən istifadə etmək olmaz, çünki qreypfrut şirəsi göstərilən preparatın effektivliyini dəyişə bilər. Həkim preparatın istifadəsini dayandırmayana qədər, hətta pasiyent özünü yaxşı hiss etdikdə belə, Ketilept® preparatının tabletlərinin istifadəsini dayandırmaq olmaz. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Ketilept® preparatının örtüklü tabletlərini uşaqlara və 18 yaşdan aşağı yeniyetmələrə təyin etmək olmaz. Qaraciyər funksiyalarının pozulması Qaraciyər funksiyalarının pozulması müşahidə olunan pasiyentlərdə həkim preparatın dozasını dəyişə bilər. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə həkim preparatın dozasını dəyişə bilər. Ketilept® preparatının bir və ya bir neçə dozasının istifadəsinin ötürülməsi Preparatın dozasının istifadəsi ötürüldükdə, onu mümkün qədər tez qəbul etmək lazımdır. İstifadəsi ötürülən dozanı növbəti doza ilə birlikdə və ya ondan az müddət əvvəl qəbul etmək olmaz. Bundan sonra, preparatın istifadəsini həkim tərəfindən təyin olunan rejimdə və dozalarda davam etdirmək lazımdır. Ötürülən dozanı bərpa etmək məqsədi ilə preparatın ikiqat dozasını qəbul etmək olmaz. Ketilept® preparatı tabletlərinin istifadəsinin dayandırılması Həkim preparatın istifadəsini dayandırmayana qədər, hətta pasiyent özünü yaxşı hiss etdikdə belə, Ketilept® preparatının istifadəsini dayandırmaq olmaz. Ketilept® preparatının istifadəsini qəflətən dayandırdıqda, ürəkbulanma, qusma, yuxusuzluq, başgicəllənmə, baş ağrısı, ishal və ya qıcıqlanma kimi simptomlar təkrar meydana çıxa bilər; pasiyentdə xəstəlik simptomları həmçinin, yenidən təkrarlana bilər. Preparatın istifadəsini dayandırmaqdan əvvəl, həkim pasiyentə preparatın dozasının aşağı salınmasını tövsiyə edə bilər. Gələcəkdə, göstərilən dərman preparatının istifadəsi barədə hər hansı sual meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.