Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 tabletin tərkibində 100 mq sildenafilə ekvivalent miqdarda sildenafil sitrat vardır.
Ereksiyanın pozulmasının müalicəsi, qənaətbəxş cinsi əlaqə üçün cinsiyyət üzvündə ereksiyanın əmələ gəlmə və saxlanılma qabiliyyətinin olmaması ilə xarakterizə olunan ereksiya pozğunluqlarının müalicəsi. Sildenafil yalnız seksual stimulyasiya zamanı effektli olur.
Azot oksidinin donatorlarının, üzvi nitratlar və nitroqliserin (qliserin trinitrat), nitroprussid natrium, amilnitrit kimi nitratlarla birlikdə istifadə. Ürək-damar xəstəlikləri ilə bağlı risk faktorlarına görə cinsi akt məqsədəuyğun olmayan kişilərdə istifadəsi, kardiovaskulyar pozğunluqlar Ağır qaraciyər çatışmazlığı (qaraciyər funksiyasının zəifləməsi). Böyrək funksiyasının ağır pozulması. Hipotenziya (aşağı qan təzyiqi).
Yaxınlarda keçirilmiş insult və ya ürək tutması. Gözün tor qişasının irsi degenerativ pozğunluqları (tor qişada fosfodiesterazalarının genetik pozğunluqları). Görmə sinirinin patologiyası, əvvəlcədən FDE-5 inhibitorlarının qəbul edilib-edilməməsindən asılı olmayaraq, arteriitlə bağlı olmayan ön işemik neyropatiyası nəticəsində bir gözdə görmənin itməsi 18 yaşa qədər uşaq və yeniyetmə yaş dövrü Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Quanilatsiklazanın riosiquat kimi aktivatorları ilə birlikdə istifadə
Qadınlarda istifadə üçün nəzərdə tutulmayıb.
Erektil disfunksiyanın (yetərli qənaətbəxş cinsi akt üçün gərəkli ereksiyaya nail olmasının və saxlanmasının mümkün olmaması) simptomatik müalicəsində əksər xəstələr üçün tövsiyə olunan doza planlaşdırılan cinsi aktivlikdən təqribən 1 saat əvvəl 50 mq təşkil edir. Effektivliyini və pasiyentin preparata qarşı dözümlülüyünü nəzərə alaraq ən yüksək doza 100 mq-a qədər artırıla və ya 25 mq-a qədər azaldıla bilər. Maksimal tövsiyə olunan doza 100 mq təşkil edir və gündə 1 dəfə qəbul olunur. Sitoxrom P450 CYP3A4-ün güclü inhibitorları (məs., eritromisin, sakvinavir, ketokonazol, itrakonazol) ilə birlikdə istifadəsi sildenafilin plazma konsentrasiyasının artmasına səbəb olur.
Yüksək plazma konsentrasiyasına görə həm effektivliyin, həm də əlavə təsirlərin artma ehtimalına görə 25 mq başlanğıc dozada qəbulu nəzərdən keçirilməlidir. Böyrək/qaraciyər çatışmazlığı Yüngül və orta ağır dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi 30-80 ml/dəq) doza tənzimlənməsində ehtiyac yoxdur. Ağır böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi 30 ml/dəq-dən az) sildenafil klirensi aşağı olduğundan 25 mq dozada istifadə olunması düşünülməlidir. Yaşlı pasiyentlər Yaşlı xəstələrdə (65 və yuxarı yaşda) dozaya düzəliş edilməsinə ehtiyac yoxdur.
Uşaqlarda və yeniyetmələrdə istifadə: Sildenafil 18 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb.