Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq metronidazol, 100 mq mikonazol nitrat vardır.
Qadınlarda sidikçıxarıcı yolların trixomoniaz və/və ya göbələk infeksiyasının yerli müalicəsi.
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. Hamiləliyin birinci trimestri.
Hamiləlik Hamiləliyin ilk trimestrində preparatın istifadəsi əks göstərişdir. Metronidazol peroral istifadə zamanı plasentar baryeri keçir və tez bir zamanda dölün qan axınına düşür. Siçovullar üzərində aparılan reproduktiv toksiklik tədqiqatlarda insanlarda istifadə olunan dozadan 5 dəfə çox dozası istifadə olunmuşdur. Bu tədqiqatların gedişində metronidazolla fertilliyin pozulması və ya dölün zədələnməinə dair heç bir məlumat aşkar edilməmişdir.
Siçanlara təqribən insanda istifadə olunan intraperitoneal yeridilmə zamanı metronidazol fetotoksik təsir göstərmişdir. Lakin hamilə siçanlara peroral yeridildikdən sonra fetotoksik effekt qeyd olunmayıb. Buna baxmayaraq, hazırkı vaxtda hamilə qadınlar üzərində adekvat və nəzarət olunan tədqiqatlar yoxdu. Hamiləliyin ilk üç ayı ərzində meta-analiz tədqiqatların əsasında aparılmış tədqiqatardan belə nəticəyə gəlmişlər ki, fetotoksik təsirin güclənməsi müşahidə edilməmişdir.
Hamiləliyin II və III trimestrində Klion-D-ni o zaman istifadə etmək olar ki, gözlənilən fayda mümkün riskdən üstün olsun. Laktasiya Metronidazol daxilə qəbul olunan zaman ana südünə, plazmadakı konsentrasiyası qədər nüfuz edir. O, südə acı dad verə bilər. Körpəni preparatın təsirindən qorumaq üçün metronidazolun qəbulunu dayandırmaq və ya metronidazol qəbul edərkən ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır, eləcə də müalicə kursunun ana üçün nə qədər vacib olduğunu nəzərə alaraq müalicə qurtarandan 12-24 saat sonra istifadə etmək olar.
Uşaqlarda və yeniyetmələrdə istifadəsi Uşaqlarda və yeniyetmələrdə istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Əldə məlumat yoxdur.
Klion-D 100 vaginal tabletləri nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
Dozası Trixomoniaz 10 gün ərzində metronidazolun daxilə qəbulu ilə eyni zamanda bir Klion-D 100 vaginal tableti azacıq isladılaraq gündə 1 dəfə (axşamlar yatmazdan əvvəl) uşaqlıq yoluna dərinə yeridilməlidir. Bu 10 gün ərzində hər gün Klion preparatının 1 tableti gündə 2 dəfə (250 mq x 2dəfə) daxilə (1 tablet səhər və 1 tablet axşam) yemək vaxtı və ya yeməkdən sonra çeynəmədən qəbul edilməlidir. Təkrar yoluxmanın qarşısını almaq üçün cinsi partnyorun da eyni vaxtda Klion preparatının daxilə qəbul üçün tablet forması ilə müalicəsi vacibdir. Müalicə effektiv olmadıqda: 10 günlük müalicə kursunu təkrar etmək olar.
Göbələk infeksiyası 1 vaginal Klion-D tableti gündə 1 dəfə (axşam yatmazdan əvvəl) 10 gün ərzində istifadə edilir. İstifadə qaydası Preparat, yalnız intravaginal istifadə edilir. Vaginal tableti əvvəlcədən azacıq islatmaq, uşaqlıq yoluna dərinə yeritmək vacibdir.