Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq klomifen sitrat vardır.
Qadınlarda istifadəsi Preparat, yumurtalıqların və ya hipofizin bəzi xəstəlikləri zamanı və həmçinin, mayalanmaəleyhinə preparatların uzunmüddətli qəbulundan sonra, yumurta hüceyrələrinin yetişməsinin stimullaşdırılması üçün istifadə olunur. Preparat həmçinin, hamiləlikdən sonra ana südünün qeyrinormal yüksək ifraz olunmasının (qalaktoreyanın) qarşısını almaq üçün istifadə olunur. Kişilərdə istifadəsi Klostilbegit® preparatını həmçinin, oliqospermiyanın (spermanın miqdarının aşağı düşməsi) müalicəsi üçün istifadə etmək olar.
Aşağıdakı hallarda Klostilbegit® preparatından istifadə etmək olmaz: - pasiyentdə təsiredici maddəyə və ya preparatın “Tərkibi” bölməsində qeyd olunmuş hər hansı köməkçi maddəyə qarşı allergiya olduqda; - pasiyent hamilə olduğu zaman. Klostilbegit® preparatının tabletləri ilə müalicəyə başlamazdan əvvəl hamiləliyi istisna etmək məqsədi ilə, hamiləliyin müəyyən edilməsi üçün test aparmaq lazımdır; - pasiyentdə qaraciyər xəstəliyi və ya qaraciyər funksiyalarının pozulması olduqda; - pasiyentdə yumurtalıq kistası olduğu halda (yumurtalıq polikistozu istisna olmaqla); - hipofizin funksiyaları aşağı olan pasiyentlərdə; - qalxanabənzər vəzinin və ya böyrəküstü vəzilərin funksiyalarının pozulması müşahidə olunan pasiyentlərdə; - pasiyentdə mənşəyi məlum olmayan uşaqlıq qanaxması və ya diaqnozu təsdiq olunmayan qanaxma müşahidə olunduqda; - görmə qabiliyyətinin pozulması (az müddət əvvəl inkişaf edən və ya əvvəllər qeyd olunan) müşahidə olunan pasiyentlərdə; - pasiyentdə hormon-asılı şiş olduqda (hormonların təsiri altında xəstəliyin gedişinin pisləşməsi baş verdiyi halda); - erkən menopauza və ya sonsuzluq müşahidə olunan pasiyentlərdə.
Bu preparatın istifadəsinə başlamazdan əvvəl pasiyent, hamilə olması, körpəsini ana südü ilə qidalandırması, hamiləliyini ehtimal etməsi və ya hamiləliyinin planlaşdırılması barədə həkimi və ya əczaçını məlumatlandırmalıdır. Hamiləlik dövrü Hamiləlik baş verdikdən sonra, Klostilbegit® preparatının istifadəsi əks gösərişdir. Laktasiya dövrü Klomifenin istifadəsinə başlamazdan əvvəl pasiyent, körpəsini ana südü ilə qidalandırması və ya ana südü ilə qidalandırmanı planlaşdırması barədə həkimlə məsləhətləşməlidir. Klostilbegit® preparatı ana südünün miqdarını aşağı sala bilər.
Hamiləlik və ya laktasiya dövründə istənilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl, həkimlə məsləhətləşmək lazımdır.
Müalicə kursunun əvvəlində görmə qabiliyytinin pisləşməsi ehtimalını nəzərə alaraq, pasiyentə nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.
Klostilbegit® preparatının tabletlərini hər zaman, həkim təyinatına ciddi riayət edərək, qəbul etmək lazımdır. Hər hansı şübhə meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Əlavə reaksiyaların baş vermə ehtimalını nəzərə alaraq, müalicəyə başlamazdan əvvəl qadınları hərtərəfli ginekoloji müayinədən keçirmək lazımdır. Klostilbegit® preparatı ilə müalicə, mütəxəssis-həkim tərəfindən təyin olunur; preparatı yalnız, ginekoloqun daimi nəzarəti altında istifadə etmək lazımdır.
Dozalanma rejimi Sonsuzluq zamanı, hər bir pasiyent üçün preparatın dozasını, yumurtalıqların həssaslığından (reaktivliyindən) asılı olraq, fərdi seçmək lazımdır. Müntəzəm siklik qanaxmalar zamanı müalicəni, siklin 5-ci günündən (və ya 12 gündən az davam edən erkən ovulyator/follikulyar mərhələnin 3-cü günündən) başlamaq tövsiyə olunur. Menstruasiya müşahidə olunmadıqda, müalicəni istənilən gün başlamaq olar. Sxem I.
Klinik və laborator müayinə üsulları ilə yumurtalıqların reaksiyalarına nəzarət aparmaqla, 5 gün müddətində, gündə 50 mq dozada. Adətən ovulyasiya siklin 11-ci və 15-ci günləri arasında baş verir. Sxem II. 1-ci sxem müvəffəqiyyətsiz olduqda, bu sxemdən istifadə etmək lazımdır.
Növbəti siklin 5-ci günündən başlayaraq, preparatı 5 gün müddətində, gündə 100 mq dozada təyin etmək lazımdır. Ovulyasiyanın induksiyası müşahidə olunmadıqda, eyni kursu (bir daha 100 mq/sutkada) təkrar etmək olar. Əvvəlki kimi, ovulyasiya baş vermədiyi halda, 3-aylıq fasilədən sonra, əlavə 3-aylıq müalicə kursunun aparılması mümkündür. Bundan sonra, preparatın gələcəkdə istifadəsinin heç bir əhəmiyyəti yoxdur.
Preparatın 5 gün müddətində 100 mq/sutkada dozasını və müalicənin davametmə müddətini aşmaq olmaz. Yumurtalıqların polikistozu sindromu zamanı, başlanğıc dozanı aşağı salmaq (25 mq sutkada) lazımdır. Kontraseptivlərin qəbulundan sonra müşahidə olunan amenoreya zamanı, sutkada 50 mq dozadan istifadə etmək lazımdır; adətən, hətta 1-ci sxemdən istifadə etdikdə belə, beşgünlük müalicə kursu müvəffəqiyyətli olur. Oliqospermiya zamanı, kişilərə 6 həftə müddətində gündə 50 mq dozada təyin etmək lazımdır.
Uşaqlara, yeniyetmələrə və postmenopauza dövründə olan qadınlara Klostilbegit® preparatının istifadəsi əks göstərişdir. İstifadə qaydası Klostilbegit® preparatının tabletlərini gündə 1 dəfə yeməkdən əvvəl qəbul etmək lazımdır. Klostilbegit® preparatı tabletlərinin qida və içkilərlə birlikdə istifadəsi Tabletləri gündə 1 dəfə, yeməkdən əvvəl qəbul etmək lazımdır. Klostilbegit® tabletlərinin istifadəsi ötürüldükdə Klostilbegit® preparatı tabletlərinin qəbulu ötürüldükdə, həkimə müraciət etmək lazımdır, çünki, müalicə kursunun dəyişdirilməsi tələb oluna bilər.
Növbəti tabletin qəbul vaxtı yaxınlaşdığı halda, ötürülən dozaları bərpa etmək məqsədi ilə preparatı ikiqat dozada qəbul etmək olmaz; çünki bununla, pasiyent ötürülən dozanı bərpa etmir, lakin, doza həddinin aşılması riskini yüksəldir. Preparatı müntəzəm qəbul etmədikdə, gözlənilən terapevtik effekt (yumurta hüceyrəsinin yetişməsi) baş verməyə bilər. Klostilbegit® preparatı tabletlərinin istifadəsinin dayandırılması Bir siklin gedişində qadınlarda Klostilbegit® preparatının istifadə müddəti 5 gün təşkil edir. Preparatın istifadəsini vaxtından əvvəl dayandırdıqda, gözlənilən terapevtik effekt baş verməyə bilər.
Göstərilən dərman preparatının istifadəsi barədə əlavə suallar meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.