Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 5 ml məhlulun tərkibində 1,25 mq triprolidin hidroxlorid, 30 mq psevdoefedrin hidroxlorid, 5 mq kodein fosfat vardır.
Şərbət tənəffüs yollarının quru və ya bəlğəmli öskürəklə müşayiət olunan xəstəlikləri zamanı və H1-histamin antaqonisti kimi yuxarı tənəffüs yollarının xəstəliklərinin əlamətlərini, m əsələn, burunda və sinuslardakı ödemi aradan qaldırmaq üçün istifadə edilir.
Aşağıdakı hallar sizdə müşahidə olunursa, preparatı istifadə etməyin. Preparatın komponentlərinə, opioid qrupunun digər üzvlərinə və ya köməkçi maddələrə qarşı hiperhəssaslıq. 12 yaşdan kiçik uşaqlar. Müəyyən miqdar morfin qəbul edən şəxslərə kodein fosfat tərkibli preparatı qəbul etmək məsləhət deyil, bel ə ki, t əsir etibarilə kodein morfinə yaxın olduğu üçün preparat ciddi əlavə təsirlərə səbəb ola bilər.
Hamiləlik və laktasiya dövrü. Epilepsiya. Ağır hipertenziya, koronar arterial xəstəliklər, sidik saxlama qabiliyyətinin pozulması; Qlaukoma (yüksək gözdaxili təzyiq). Peptik xora xəstəliyi.
Astmatik tutmalar. Siqaretçəkmə ilə müşayiət olunan davamlı və xroniki öskürək, astma, emfizema, yüks ək bəlğəmlə müşayiət olunan öskürək. MAO inhibitorları ilə yanaşı müalicə zamanı, eyni zamanda müalicəni kəsdikdən 14 gün sonra. Ürək-damar xəstəlikləri: ürəyin işemik xəstəlikləri, hipertoniya.
Şəkərli diabet. Kəskin böyrək çatışmazlığı. Feoxromositoma (böyrəküstü vəzin şişi). Qalxanabənzər vəzin hiperaktivliyi.
Prostatın hiperplaziyası. Burun tutulmaları zamanı istifadə olunan spreylərlə yanaşı. Furazolidonla yanaşı. Keçmişdə və ya indi əziyyət çəkdiyiniz xəstəliklər: qaraciy ər çatışmazlığı, k əllə-beyin travmaları, kəllədaxili təzyiq, bağırsaq keçməzliyi, alkoqolizm, diareya, antibiotiklə zəhərlənmə.
Uşaqlar və 12-18 yaş arası yeniyetmələrdə tonzilo- və adenoidektomiya zamanı.
Hamiləlik və laktasiya dövründə preparatı qəbul etmək olmaz. Nəqliyyat vasit ələrini v ə digər potensial t əhlükəli mexanizml əri idar əetmə qabiliyyətinə təsiri Preparatla müalicə zamanı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır.
Preparat həkim məsləhəti ilə qəbul olunmalıdır. Dozalanması və müalicə sxemi həkim tərəfindən təyin olunur. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara: gündə 3 dəfə, hər 8 və ya 6 saatdan bir 10 ml. Tövsiyə olunmuş dozanı artırmaq olmaz.
Preparat 12 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulmamışdır. Qeyd Maye formasında olan preparatları düzgün dozalamaq üçün xüsusi ölçü qabları, şpris v ə pipetkadan istifad ə olunmalıdır. Düzgün dozalanma üsulu üçün əczaçıya müraci ət edin, belə ki, preparatı evd ə istifadə olunan qaşıqla dozalamaq düzgün deyil, çünki onların ölçüsü preparat üçün nəzərdə tutulan ölçü qabları ilə uyğun deyildir. Müalicə müddəti Preparatın təsirini 3 gün ərzində hiss etməsəniz, həkimə müraciət edin.
Müalicə müddəti 5 gündən çox olmamalıdır. Preparatı q əbul etm ək yaddan çıxdığı halda, sonrakı q əbulda ikiqat doza qəbul etm ək olmaz. Həkim tərəfindən tövsiyə olunan müalicə sxeminə riayət edin. Preparatı qaranlıq yerd ə qəbul etməyin və hər dəfə qəbul etməzdən qabaq dozalanmaya diqqət yetirin.
Əlavə suallarla həkimə və ya əczaçıya müraciət edin. Preparat yemək vaxtı və ya yeməkdən sonra qəbul olunur. Preparatla müalicə zamanı spirtli içkilər qəbul etmək olmaz. Preparat yuxusuzluğa səbəb ola bilər, belə ki bunun qarşısını almaq üçün preparatı yatmazdan bir neçə saat əvvəl qəbul etmək lazımdır.
Preparatı istifadə etməzdən əvvəl içliyi diqqətlə oxuyun. İçlik preparat haqqında qısa məlumatı özündə saxlayır. Əlavə suallarla həkimə və ya əczaçıya müraciət edin. Preparat sizin üçün t əyin olunmuşdur.
İstifad ə üçün dig ər ş əxslərə verməyiniz m əsləhət görülmür, belə ki, sizin xəstəlikləriniz oxşar olsa bel ə, bu onların sağlamlığına mənfi təsir göstərə bilər. Preparat 12 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulmayıb. Preparat uşaqlar və 12-18 yaş arası yeniyetmələrdə müşahidə olunan respirator xəstəliklərdə nəzərdə tutulmayıb. Müəyyən miqdar morfin qəbul edən şəxslərə kodein fosfat tərkibli preparatı q əbul etmək məsləhət görülmür, belə ki, təsir etibarilə kodein morfinə yaxın olduğu üçün preparat ciddi əlavə təsirlərə səbəb ola bilər.