Sevimlilərə əlavə edin
Paylaşın

Kolpozol 400MG N3 Cap

Məhsul Kodu : 111-14971
İstehsalçı ölkə : Misir
0 Şərh Şərh
5,50 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

KOLPOZOL, vaginal yumşaq jelatin kapsullar

KOLPOZOL tərkibi

Təsiredici maddə: 1 yumşaq vaqinal jelatin kapsulun tərkibində 400 mq mikonazol nitrat vardır.

İstifadəsinə göstərişlər

Preparat, yalnız yetkin yaşlı qadınlarda istifadə üçün nəzərdə tutulmuşdur. Həssas qrammüsbət bakteriyaların törətdiyi superinfeksiyalar da daxil olmaqla vulvovaginal kandida infeksiyalarının yerli müalicəsi üçün.

Əks göstərişlər

Preparatın istənilən komponentinə və digər imidazol törəmələrinə qarşı yüksək həssaslıq. Sizdə anamnezdə Kolpozol və göbələk xəstəliklərinin müalicəsində istifadə olunan digər göbələkəleyhinə vasitələrə qarşı allergik reaksiyalar vardırsa, preparatın istifadəsi əks göstərişdir. Kolpozolun istifadəsi zamanı allergik reaksiyalar infeksiya yerində səpgilər, qaşınma və s. şəklində ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Laktasiya: vaginal azolların ana südünün tərkibinə keçib-keçməməsi məlum deyil. İnsanlarda bu istiqamətdə heç bir qeydlər sənədləşdirilməmişdir. Hamilə qadınlar: Mikonazol nitrat insanlarda az miqdarda uşaqlıq yolundan sorulduğundan, həkim onun pasiyentin sağlamlığı üçün vacib olduğu qənaətinə gəlməyincə hamiləliyin ilk trimesterində ondan istifadə olunmamalıdır. Mikonazol nitratın 14 günə yaxın müddətdə intravaginal istifadəsinə dair klinik tədqiqatlara 514 hamilə pasiyentin daxil edildiyi barədə məlumat verilmişdir.

Hesabatlara əsasən bu pasiyentlərdən Mikonazol nitrat müalicəsi alan 471 ananın körpə uşaqlarında heç bir əlavə təsir və ya ağırlaşmaların aşkar edilmədiyi məlumat verilmişdir.

KOLPOZOL istifadə qaydası və dozası

Yalnız intravaginal istifadə üçün. 3 gün müddətində yatmazdan əvvəl gündə 1 dəfə bir Kolpozol vaginal jelatin kapsul (400 mq Mikonazol nitrat) uşaqlıq yoluna (vaginaya) dərinə yeridilməlidir (hamiləlik dövrü istisna olmaqla). Ehtiyac olduqda, müalicə təkrar oluna bilər. Üç günlük müalicə hamilə, diabeti olan və ya kortikosteroid istifadə edən qadınlar üçün kifayət deyildir.

Belə vəziyyətlərdə müalicə kursunun təkrar edilməsi tövsiyə olunur. O cümlədən residiv maya göbələkləri infeksiyaları ağır yerli vaginal infeksiyalar və Kandida glabrata kimi az həssas olan patogenlərin törətdiyi infeksiyalarda 10-14 günlük müalicə tələb oluna bilər. Əgər Kolpozol vaginal yumşaq jelatin kapsulun bir dozasını istifadə etmək yaddan çıxarsa, onu uşaqlıq yoluna mümkün qədər tez yeritmək lazımdır. Əgər növbəti dozanın vaxtına az qalmışdırsa, o zaman unudulmuş dozanı istifadə etmək lazım deyil

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-14971

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
Betadin 200 Mq N14 Şam
10,66 AZN -%0
10,66AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce