Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 20 mq tadalafil vardır.
Kişilərdə erektil disfunksiyanın müalicəsi. Tadalafilin kişilərdə erektil disfunksiyanın müalicəsi üçün effektiv olmağı üçün seksual stimulyasiya tələb olunur. Yalnız Leks* 5 mq: Kişilərdə prostat vəzinin xoşxassəli hiperplaziyasının əlamətləri və simptomlarının müalicəsi. Leks” preparatının qadınlar tərəfindən istifadəsi nəzərdə tutulmayıb.
Təsiredici maddəyə və ya istənilən köməkçi maddəyə qarşı yüksək həssaslıq. Klinik tədqiqatlarda göstərilmişdir ki, tadalafil nitratların hipotenziv effektini gücləndirir ki, bu da nitratlar və tadalafilin eyni zamanda azot oksidi/SQMF yoluna təsiri nəticəsində baş verir. Beləliklə, üzvi nitratların istənilən formalarını qəbul edən pasiyentlərə tadalafilin təyini əks göstərişdir. Seksual aktivlik tövsiyə edilməyən ürək xəstəlikləri olan pasiyentlərdə Leks” preparatı istifadə olunmamalıdır. Mövcud itiril itiril
olan ürək-damar xəstəlikləri ilə pasiyentlərdə seksual aktivliyin potensial ürək-damar riski həkimlər tərəfindən nəzərə alınmalıdır. Ürək-damar xəstəlikləri olan aşağıda sadalanan pasiyent qrupları klinik tədqiqatlara daxil edilməmişdir, bu səbəbdən həmin pasiyentlərdə tadalafilin istifadəsi əks göstərişdir:
- Son 90 gün müddətində miokard infarktı olan pasiyentlər,
- Qeyri-stabil stenokardiya və ya cinsi əlaqə zamanı yaranan stenokardiya ilə pasiyentlər,
- Son 6 ay müddətində Nyu-York Ürək Assosiasiyasının (NYHA) təsnifatı üzrə 2-ci və ya daha yüksək sinif ürək çatışmazlığı ilə pasiyentlər,
- Nəzarət olunmayan aritmiya, hipotenziya (x90/50 mm.c.st.) və ya nəzarət olunmayan arterial hipertenziya ilə pasiyentlər,
- Son 6 ay müddətində insult keçirmiş pasiyentlər. Qeyri-arterial ön işemik optik neyropatiya səbəbindən bir gözün görmə qabiliyyətinin itirilməsi ilə pasiyentlədə Leks” preparatının istifadəsi əks göstərişdir, həmin epizodun FDE5 inhibitorunun təsiri ilə əlaqəli olub-olmamağından asılı olmayaraq. FDES inhibitorlarının (tadalafil daxil olmaqla) quanilatsiklaza stimulyatorları (məsələn, riosiquat) ilə yanaşı istifadəsi əks göstərişdir, çünki potensial olaraq simptomatik hipotenziyanın inkişafına səbəb ola bilər.
Leks” qadınlarda istifadə üçün nəzərdə tutulmamışdır. Hamiləlik Tadalafilin hamilə qadınlarda istifadəsinə dair məhdud məlumatlar mövcuddur. Ehtiyat tədbiri olaraq hamiləlik zamanı Leks” preparatının istifadəsindən qaçınmaq lazımdır. Laktasiya Heyvanlara dair farmakoloji/toksikoloji məlumatlara əsasən tadalafil ana südünə nüfuz edir. Leks” preparatı ana südü ilə qidalandırma dövründə istifadə olunmamalıdır.
Tadalafilin nəqliyyat vasitələrini idarə etmək və mexanizmlər ilə işləmək qabiliyyətinə təsiri əhəmiyyətsizdir. Klinik tədqiqatlarda plasebo və tadalafil qruplarında başgicəllənmənin tezliyinin eyni olmasına baxmayaraq, pasiyentlər nəqliyyat vasitələrini idarə etməyə və ya mexanizmlər ilə işləməyə başlamazdan əvvəl özlərinin Leks” preparatına qarşı reaksiyaları haqqında bilməlidir.
Leks” örtüklü tabletlər daxilə qəbul üçün nəzərdə tutulmuşdur. Kişilərdə erektil disfunksiya Adətən, tövsiyə edilən doza 10 mq təşkil edir, təxmin edilən cinsi əlaqədən əvvəl qida qəbulu ilə yanaşı və ya qida qəbulundan asılı olmayaraq qəbul olunur. Preparatın 10 mq dozada qəbulu zamanı istənilən effekt əldə edilmədiyi halda 20 mq doza istifadə oluna bilər. Cinsi əlaqədən ən azı 30 dəqiqə əvvəl qəbul edilməlidir. Gündə 1 dəfədən artıq qəbul edilməməlidir. Tadalafil 10 mq və 20 mq cinsi əlaqədən əvvəl istifadə üçün nəzərdə tutulmuşdur və daimi gündəlik istifadə üçün tövsiyə edilmir. Leks” preparatının tez-tez istifadəsini (ən azı həftədə 2 dəfə) planlaşdıran pasiyentlərdə Leks* preparatının minimal dozalarının gündə 1 dəfə istifadəsi ən optimal hesab oluna bilər (pasiyentin seçiminə və həkimin qərarına əsaslanaraq). Bu pasiyentlərdə tövsiyə edilən doza 5 mq gündə 1 dəfə təşkil edir və həmin doza günün təxmini eyni vaxtında qəbul edilir. Fərdi dözümlülükdən asılı olaraq doza gündə 1 dəfə 2,5 mq-a qədər azaldıla bilər. Gündəlik qəbulun məqsədəuyğunluğuna vaxtaşırı yenidən baxılmalıdır. Kişilərdə prostat vəzinin xoşxassəli hiperplaziyası (yalnız Leks” 5 mq) Tövsiyə edilən doza gündə 5 mq təşkil edir, hər gün təxmini eyni vaxtda və qida qəbulu zamanı və ya qida qəbulundan asılı olmayaraq qəbul edilməlidir. Prostat vəzinin xoşxassəli hiperplaziyası və eyni zamanda erektil disfunksiyaya görə müalicə alan kişilərdə tövsiyə edilən doza həmçinin 5 mq təşkil edir və hər gün təxmini eyni vaxta qəbul edilir. Prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi üçün 5 mq tadalafil dozasına qarşı dözümsüzlüyü olan pasiyentlərdə alternativ müalicəyə baxılmalıdır, çünki tadalafilin 2,5 mq dozasının prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi üçün effektivliyi nümayiş etdirilməmişdir. Xüsusi pasiyent qrupları Yaşlı kişilər Yaşlı pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur. Böyrək çatışmazlığı ilə pasiyentlər Orta və ağır dərəcəli böyrək çatışmazlığı ilə pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur. Ağır dərəcəli böyrək
çatışmazlığı ilə pasiyentlərdə maksimal tövsiyə edilən doza 10 mq teşkil edir. Ağır dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə erektil disfunksiyanın və ya prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi üçün tadalafilin 2,5 mq və ya 5 mq dozada gündəlik istifadəsi tövsiyə olunmur. Qaraciyər çatışmazlığı ilə pasiyentlər Erektil disfunksiyanın Leks” preparatının istifadəsi ilə müalicəsi zamanı tadalafilin tövsiyə edilən dozası 10 mq təşkil edir, cinsi əlaqədən əvvəl qida qəbulu zamanı və ya qida qəbulundan asılı olmayaraq qəbul edilir. Ağır dərəcəli (Çayld- Pyu şkalası üzrə C sinfi) qaraciyər çatışmazlığı ilə pasiyentlərdə tadalafilin təhlükəsizliyinə dair məhdud klinik məlumatlar mövcuddur, tadalafilin qəbulu zəruri olduğu halda müalicə həkimi fərdi fayda/risk nisbətinin ciddi qiymətləndirilməsini aparmalıdır. Qaraciyər funksiyasının pozulması ilə pasiyentlərə tadalafilin 10 mq-dan yüksək dozalarda təyin edilməsinə dair məlumatlar mövcud deyil. Qaraciyər çatışmazlığı ilə pasiyentlərdə erektil disfunksiyanın və prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi üçün gündəlik dozalanmanın qiymətləndirilməsi aparılmamışdır, bu səbəbdən preparatın qəbulu zəruri olduğu halda müalicə həkimi fərdi fayda/risk nisbətinin ciddi qiymətləndirilməsini aparmalıdır. Şəkərli diabet ilə pasiyentlər Şəkərli diabet ilə pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur. Uşaqlar Leks” preparatı uşaqlarda erektil disfunksiyanın müalicəsi üçün istifadə olunmur.