Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Letrozol Denk 2,5 mq N30 tablet

Məhsul Kodu : 111-25559
İstehsalçı ölkə: Almaniya
74,23 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Letrozole Denk, 2,5 örtüklü tabletlər

Letrozole Denk tərkibi

Təsiredici maddə:  1 tabletin tərkibində 2,5mq letrozol vardır. 

Əks göstərişlər 
 

Təsiredici mаddəyə və yа prеpаrаtın istənilən komponentinə qаrşı hiperhəssаslıq.  
 Mеnоpаuzаönü dövr üçün хаrаktеrik оlаn еndоkrin stаtus. 
 Hamiləlik. 
 Laktasiya dövrü. 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Perimenopoz dövrü və ya reproduktiv potensiala malik qadınlarda 
Letrozol yalnız dəqiq müəyyən edilmiş postmenopauza statusu olan qadınlarda istifadə edilməlidir. 
Müalicənin başlanğıcında dəqiq postmenopauza statusuna baxmayaraq, letrozol ilə müalicə zamanı yumurtalıq funksiyasının bərpası ilə bağlı məlumatlar olduğu üçün həkim lazım olduqda adekvat kontrasepsiya tətbiqi barədə düşünməlidir. 
Hamiləlik 
Doğuş qüsurlarının (labial birləşmə, qeyri-müəyyən genital) təcrid olunmuş hallarının olduğu 
insanlar üzərində aparılan  təcrübələrə əsaslanaraq, letrozol hamiləlik dövründə istifadə edildikdə 
anadangəlmə qüsurlara səbəb ola bilər. Heyvanlar üzərində aparılan tədqiqatlarda  reproduktiv 
toksikilik müşahidə edilmişdir. 
Letrozolun istifadəsi hamiləlik dövründə əks göstərişdir. 
Laktasiya 
Letrozol və onun metabolitlərinin ana südü ilə xaric olub-olmadığı məlum deyil. 
Yenidoğulmuşlar/körpələr üçün riski istisna etmək olmaz. Letrozolun istifadəsi laktasiya  dövründə əks göstərişdir. 
Fertillilik 
Letrozolun farmakoloji təsiri aromatazanı inhibə etməklə estrogen sintezini azaltmaqdır. 
Premenopauza dövründə olan  qadınlarda estrogen sintezinin inhibəsi qonadotropin (LH, FSH) 
səviyyələrində əks əlaqənin artmasına səbəb olur. Artan FSH səviyyələri öz növbəsində follikulların böyüməsini stimullaşdırır və ovulyasiyaya səbəb ola bilər. 

İstifadə qaydası və dozası 

Pozologiya 
Böyüklərdə və yaşlı pasiyentlərdə 
Letrozolun tövsiyə оlunаn dоzаsı hər gün, gündə 1 dəfə 2,5 mq təşkil еdir. Yaşlı xəstələr üçün dozanın tənzimlənməsi tələb olunmur.  İnkişaf etmiş və ya metastatik döş xərçəngi olan xəstələrdə letrozol ilə müalicə şişin inkişafı aşkar olunana qədər davam etdirilməlidir. Аdyuvаnt və gеnişləndirilmiş tеrаpiyа zаmаnı letrozol ilə müаlicə 5 il ərzində və yа хəstəliyin rеsidivi bаş vеrənə qədər dаvаm еtdirilməlidir. Adyuvant qəbul edərkən ardıcıl müalicə sxemi də nəzərdən keçirilə bilər (letrozol 2 il, sonra tamoksifen 3 il). Neoadyuvant (əməliyyatdan əvvəl) hazırlıq şəraitində şiş ölçülərinin optimal azalmasını əldə etmək üçün letrozol ilə müalicə 4-8 ay ərzində davam etdirilə bilər. Qeyri-adekvat cavab olduqda letrozol ilə müalicə dayandırılmalı, cərrahi müdaxilə planlaşdırılmalı və/ya müalicənin digər üsulları xəstə ilə müzakirə edilməlidir. 
Pediatriyada 
Letrozolun uşaqlarda və yeniyetmələrdə istifadəsi məsləhət görülmür. 17 yaşa qədər uşaqlarda və 
yeniyetmələrdə Letrozol preparatının effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb. Məlumatlar 
məhdud olduğu üçün tövsiyə edilən dozanı müəyyən etmək mümkün deyil. 
Böyrək çatışmazlığı 
Kreatinin klirensi ≥ 10ml/dəq olduqda böyrək çatışmazlığı ilə xəstələr üçün preparatın dozasının 
tənzimlənməsi tələb olunmur. Kreatinin klirensi < 10ml/dəq olduğu zaman böyrək funksiyasının 
pozulması ilə xəstələrdə əldə edilmiş məlumatlar kifayət qədər deyil.  
Qaraciyər çatışmazlığı 
Yüngül və ya orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələr üçün (Çayld-Pyu şkalası üzrə A və B sinifi) dozasının tənzimlənməsi tələb olunmur. Qaraciyər funksiyasının ağır pozulmaları ilə xəstələr üzrə kifayət qədər məlumat yoxdur. Bu xəstələr (Çayld-Pyu şkalası üzrə C sinifi) ciddi nəzarət altında olmalıdırlar.                                                                                                          İstifadə qaydası 
Letrozol qida qəbulundan asılı olmadan daxilə qəbul edilir. 
Buraxılan dozanı mümkün qədər tez qəbul etmək lazımdır. Lakin növbəti dozanın vaxtı yaxınlaşarsa (2 və ya 3 saat ərzində), unudulmuş dozanı buraxıb, müntəzəm dozalaşma rejimi ilə davam etmək lazımdır. Dozanı iki dəfə artırmaq olmaz, çünki 2,5 mq olan gündəlik tövsiyə edilən dozanın artırılmasında sistem ekspozisiyanın həddindən artıq proporsionallığı müşahidə olunub. 

Prepared by  T-Soft E-Commerce.