Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 şamın tərkibində 750 mq metronidazol, 200 mq mikonazol nitrat vardır.
- Candida albicans törətdiyi vulvovaginit; - Gardnerella vaginalis və anaerob bakteriyaların törətdiyi bakterial vaginoz; - Trichomonas vaginalis törətdiyi trixomonad vaginit; - qarışıq vaginal infeksiyalar.
- Preparatın komponentlərinə qarşı və ya digər imidazol törəmələrinə qarşı yüksək həssaslıq; - müalicə zamanı və ya müalicənin qurtarmasından sonra 3 gün ərzində alkoqol istifadəsi; - müalicə zamanı və ya müalicəyə qədər 2 həftə ərzində disulfiram qəbulu; - qaraciyər funksiyasının ağır pozulmaları; - epilepsiya; - porfiriya; - hamiləliyin birinci trimestri.
Doğuş potensialına malik qadınlar/kontrasepsiya Limenda preparatı ilə müalicə zamanı müvafiq kontrasepsiya üsullarından istifadə etmək lazımdır, belə ki, preparatın təsiredici maddələrinin dölün inkişafına təsiri məlum deyildir. Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlardan əldə olunan məlumatlar hamiləliyə, embrional/fetal inkişafa, doğuşa və/və ya postnatal inkişafa təsiri baxımından kifayət etmir. İnsan üçün potensial riski məlum deyildir. Preparatın hamiləliyin birinci trimestrində istifadəsinə dair məlumatlar kifayət qədər deyildir.
Limenda şamlarını hamiləliyin birinci trimestrində istifadə etmək olmaz. Hamiləliyin ikinci və üçüncü trimestrlərində fayda və risk nisbəti həkim tərəfindən qiymətləndirilməlidir, aşkar ehtiyac olmadığı halda hamiləlik zamanı preparatı qəbul etmək olmaz. Laktasiya Müalicə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır, belə ki, metronidazol ana südünə keçir. Ana südü ilə qidalandırmanı müalicə qurtardıqdan sonra 24 -48 saat sonrası bərpa etmək olar.
Fertillik Metronidazol və mikonazol nitratın ayrı-ayrılıqda istifadəsi zamanı insan fertilliyinə mənfi təsirini sübut edən dəlillər yoxdur.
Metronidazol sistem i stifadə zamanı nəqliyyat vasitələrin i və mexanizmləri idarəetmə qabiliy - yətinə təsir göstərə bilər. Vaginal yeridilməsi zamanı sistem istifadə ilə müqayisədə metronidazol daha az dərəcədə absorbsiya olunur. Limenda başhərlənmə, ataksiya, yorğunluq və zəiflik yarada bildiyi üçün nəqliyyat vasitəsi və mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.
Preparat intravaginal istifadə olunur, gecə 1 şam uşaqlıq yoluna dərinə yeridilir 7 gün ərzində və ya həkimin digər təyinatına uyğun olaraq. Residivləşən vaginitlər və ya digər növ müalicələrə rezistent vaginitlər zamanı preparatı gecə 1 şam 14 gün ərzində istifadə etmək lazımdır. Limenda vaginal şamları arxasıüstə uzanmış vəziyyətdə, qutunun içində olan birdəfəlik barmaq ucluqları vasitəsilə yeritmək lazımdır. Udmaq və ya hər-hansı digər üsulla istifadə etmək olmaz.
Aybaşı dövründə preparatı istifadə etmək olmaz, belə ki, onun effektivliyinin azalması mümkündür. Böyrək/qaraciyər çatışmazlığı Böyrək çatışmazlığı zamanı metronidazolun yarımxaricolma dövrü dəyişmir. Beləlikə, metronidazolun dozasını azaltmağa ehtiyac yoxdur, lakin hemodializ tələb edən ağır böyrək çatışmazlığı zamanı dozanı korreksiya etmək lazımdır. Ağır qaraciyər çatışmazlığı zamanı metronidazolun klirensi azalır.
Qaraciyər ensefalopatiyası olan pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır, belə ki, plazmada metronidazolun konsentrasiyasının artması ehtimalı olduğu üçün ensefalopatiya simptomları güclənə bilər. Qaraciyər ensefalopatiyası olan pasiyentlərdə metronidazolun gündəlik dozası üçdə birinə qədər azaldılmalıdır. Pediatrik populyasiya Preparat 12 yaşa qədər uşaqlarda istifadə üçün nəzərdə tutulmayıb. Yaşlı pasiyentlər 65 yaşdan yuxarı yaşlı pasiyentlər üçün dozalanma rejiminin korreksiyası tələb olunmur.