Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

LUSETAM 1200MG N20 TB

Məhsul Kodu : 111-00446
Reseptlə satılır
5,42 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LUSETAM, 400 mq, 800 mq, 1200 mq örtüklü tabletlər

LUSETAM tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq, 800 mq və ya 1200 mq pirasetam vardır.

İstifadəsinə göstərişlər

Baş beyinin zədələnməsi və ya funksiyalarının pozulması nəticəsində inkişaf edən yaddaş pozğunluqlarının, diqqət və motivasiya çatışmazlığının müalicəsi. Beyin qan dövranı pozğunluqlarının (ən əvvəl afaziyanın) nəticələrinin müalicəsi. Monoterapiya şəklində və ya digər dərman preparatlarına əlavə vasitə kimi, kortikal miokloniyanın (mərkəzi sinir sistemində baş verən pozğunluqlar nəticəsində əzələlərin qeyrinormal dartınmasının) müalicəsi. Hərlənmə hissinin (vertiqo) meydana çıxması və tarazlıq hissinin pozulması ilə (damarlarda baş verən dəyişikliklərlə əlaqəli pozğunluqlar və psixi xarakterli pozğunluqlar istisna olmaqla) müşayiət olunan başgicəllənmənin müalicəsi.

Alkoqol abstinent sindromunun və həmçinin alkoqoldan xroniki sui-istifadə ilə əlaqəli koqnitiv pozğunluqların kompleks müalicəsinin komponenti şəklində istifadə olunur. Uşaqlar və 8 yaşdan yuxarı yeniyetmələr Disleksiyadan (oxuma zamanı çətinlikdən) əziyyət çəkən 8 yaşdan yuxarı uşaqların, digər üsullarla (o cümlədən, loqopedik) birlikdə müalicəsi.

Əks göstərişlər

Aşağıdakı hallarda Lusetam ® tabletlərini qəbul etmək olmaz: - pirasetama, digər pirrolidon törəmələrinə və ya preparatın “Tərkibi” bölməsində göstərilmiş, hər hansı digər köməkçi maddəsinə qarşı allergiya; - böyrək çatışmazlığının terminal mərhələsi; - beyin qan dövranının kəskin pozulması (hemorragik insult adlanan, beyinə qansızma); - Hentinqton xoreyasından əziyyət çəkən pasiyentlər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın istifadəsinə başlamazdan əvvəl, qadın hamilə olması, körpəsini ana südü ilə qidalandırması, hamiləliyini ehtimal etməsi və ya hamiləliyinin planlaşdırılması barədə həkimi və ya əczaçını məlumatlandırmalıdır. Hamiləlik dövrü Hamiləlik dövründə preparatın klinik istifadə təcrübəsinin olmamasını nəzərə alaraq, hamilə qadınlar tərəfindən pirasetamın istifadəsindən çəkinmək lazımdır; xüsusi hallarda, preparatın riskini və faydasını hərtərəfli qiymətləndirdikdən sonra, onun istisna şəklində istifadəsi mümkündür. Laktasiya dövrü Preparatın aktiv maddəsi olan pirasetam, ana südünə nüfuz edir və bu səbəbdən, Lusetam ® preparatını laktasiya dövründə istifadə etmək olmaz və ya Lusetam® preparatının istifadəsi ilə aparılan müalicə müddətində ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. İstənilən dərman preparatının istifadəsindən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Pirasetamın ehtimal edilən əlavə təsirlərini nəzərə alaraq, preparatın nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirini istisna etmək olmaz. Bu səbəbdən, məhdudiyyət və ya qadağa dərəcəsini həkim, hər pasiyent üçün fərdi olaraq, müəyyən etməlidir.

LUSETAM istifadə qaydası və dozası

Preparatı ciddi olaraq həkim təyinatına uyğun qəbul etmək lazımdır. Hər hansı sual meydana çıxdıqda, həkimə müraciət etmək lazımdır. Preparatın dozası və davametmə müddəti pasiyentin vəziyyətindən, yaşından və digər xəstəliklərdən asılı olaraq həkim tərəfindən müəyyən edilir. Dozalanma rejimi Müxtəlif göstərişlərdə məsləhət görülən dozalar Baş beyinin zədələnməsi və ya funksiyalarının pozulması nəticəsində inkişaf edən yaddaş pozğunluqlarının, diqqət və motivasiya çatışmazlığının müalicəsi Məsləhət görülən sutkalıq doza 2-3 qəbula sutkada 2,4-4,8 q-dır.

Beyin qan dövranı pozğunluqlarının nəticələrinin müalicəsi Yarımkəskin və ya xroniki xəstəliklər zamanı (15 gündən artıq davam edən) 4,8-6 q dozada qəbulu məsləhət görülür. Kortikal miokloniyanın (mərkəzi sinir sistemində baş verən pozğunluqlar nəticəsində əzələlərin qeyri-normal dartınmasının) müalicəsi Məsləhət görülən başlanğıc sutkalıq doza 7,2 q-dır, bundan sonra ehtiyac olduqda, dozanı 3-4 gün intervalla 4,8 q artıraraq, sutkada 2-3 qəbula 24 q dozaya maksimal dozaya qədər artırmaq olar. Başgicəllənmə Məsləhət görülən doza sutkada 2-3 qəbula 2,4-4,8 q təşkil edir. Alkoqolun ləğv edilməsi sindromu Sutkada 12 q, sonradan dəstəkləyici terapiya məqsədilə sutkada 2,4 q təyin edilir.

Müalicənin davametmə müddəti pasiyentin vəziyyətindən asılıdır. Xroniki xəstəliklər zamanı optimal effekt 6-12 həftədən sonra əldə edilir. 3 aylıq müalicədən sonra terapiyanın davam etdirilməsinin vacibliyini qiymətləndirmək lazımdır. Daha uzun müddətli müalicə vacib olduqda, terapiyanın davam etdirilməsinin vacibliyinin qiymətləndirilməsi hər 6 aydan bir aparılır.

Böyrəklərin funksiyasının pozulması zamanı preparatın dozasının dəyişdirilməsi vacibliyi yarana bilər. Uşaqlar və 8 yaşdan yuxarı yeniyetmələr Disleksiyası olan 8 yaşdan yuxarı uşaqlara və yeniyetmələrə Lusetam ® preparatı loqopedik müalicə ilə yanaşı təyin edilir, maksimalməsləhət görülən doza 2 qəbula 3,2 q təşkil edir. İstifadə qaydası Tabletlər daxilə qəbul edilir. Məsləhət görülən sutkalıq dozanı 2-4 qəbula bölmək lazımdır.

Tabletlər qida ilə və ya qida qəbulundan asılı olmayaraq, maye ilə qəbul edilir. Lusetam® tabletlərinin qəbulu unudulduqda Lusetam® tabletlərinin təyin edilən dozasının qəbulu unudulduqda, ötürülən doza mümkün qədər tez qəbul edilməlidir. Tabletlərin növbəti qəbuluna az vaxt qaldıqda, preparatın ikiqat dozasını qəbul etmək olmaz. Bu, ötürülən dozanı kompensasiya etmir, əksinə, doza həddinin aşılması təhlükəsini yüksəldə bilər.

Vaxtında qəbul edilməyən tabletin istifadəsini ötürmək və adi rejimdə preparatın qəbulunu davam etdirmək lazımdır. Lusetam ® tabletlərinin qəbulunu dayandırdıqda Həkim preparatın ləğv edilməsi qərarını verməyincə, Lusetam® tabletlərinin qəbulunu dayandırmaq olmaz. Darman vasitəsinin istifadəsi üzrə əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Preparatın qida, içkilərlə və alkoqolla eyni vaxtda istifadəsi Dərman vasitəsini acqarnına və ya qida ilə istifadə etmək olar.

Tabletlər maye ilə qəbul edilir.

Prepared by  T-Soft E-Commerce.