Sevimlilərə əlavə edin
Paylaşın

LUSETAM 400MG N60 TB

Məhsul Kodu : 111-00443
İstehsalçı ölkə : Macaristan
Reseptlə satılır
0 Şərh Şərh
7,73 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Lusetam, 400 mq, 800 mq, 1200 mq örtüklü tabletlər

Lusetam tərkibi

Lusetam tərkibi, 1 tabletin tərkibində 400 mq, 800 mq və ya 1200 mq pirasetam vardır. Köməkçi maddələr: maqnezium stearat, povidon K-30, makroqol 6000, dibutilsebakat, titan dioksid, talk, etilsellüloza, hipromelloza.

Lusetam, istifadəsinə göstərişlər

Baş beyinin zədələnməsi və ya funksiyalarının pozulması nəticəsində inkişaf edən yaddaş pozğunluqlarının, diqqət və motivasiya çatışmazlığının müalicəsi. Beyin qan dövranı pozğunluqlarının nəticələrinin müalicəsi. Monoterapiya şəklində və ya digər dərman preparatlarına əlavə vasitə kimi, kortikal miokloniyanın müalicəsi. Hərlənmə hissinin meydana çıxması və tarazlıq hissinin pozulması ilə müşayiət olunan başgicəllənmənin müalicəsi. Alkoqol abstinent sindromunun və alkoqoldan xroniki sui-istifadə ilə əlaqəli koqnitiv pozğunluqların kompleks müalicəsinin komponenti kimi. 8 yaşdan yuxarı uşaqlarda disleksiyanın loqopedik müalicəsi ilə birlikdə müalicəsi.

Əks göstərişlər

Pirasetama, digər pirrolidon törəmələrinə və ya köməkçi maddələrə qarşı allergiya; böyrək çatışmazlığının terminal mərhələsi; hemorragik insult; Hentinqton xoreyası.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə klinik istifadə təcrübəsinin olmaması səbəbindən istifadəsi tövsiyə edilmir. Laktasiya dövründə preparatın aktiv maddəsi südə keçdiyi üçün istifadə edilməməli və ya südvermə dayandırılmalıdır.

Lusetam, istifadə qaydası

Doza və müalicə müddəti həkim tərəfindən pasiyentin vəziyyətinə əsasən təyin edilir.
Baş beyinin zədələnməsi: gündə 2,4–4,8 q (2-3 qəbula).
Beyin qan dövranı pozğunluğu: 4,8–6 q/gün.
Kortikal miokloniya: başlanğıc doza 7,2 q/gün, maksimal 24 q/gün.
Başgicəllənmə: 2,4–4,8 q/gün.
Alkoqol sindromu: başlanğıc 12 q/gün, dəstəkləyici 2,4 q/gün.
Disleksiya (8 yaşdan yuxarı): maksimal doza 3,2 q/gün (2 qəbula bölünərək).
Tabletlər qida ilə və ya qidasız, maye ilə qəbul edilir. Dozalar 2–4 qəbula bölünməlidir.
Qəbulu unudulduqda ikiqat doza qəbul edilməməlidir. Müalicənin dayandırılması yalnız həkim qərarı ilə aparılmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00443

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALORA 100ML SRP
5,81 AZN -%0
5,81AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce