Sevimlilərə əlavə edin
Paylaşın

Managra 100MG N4 Cap

Məhsul Kodu : 111-18156
İstehsalçı ölkə : Belarus
0 Şərh Şərh
9,84 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

MANAQRA, 50 mq, 100 mq kapsullar

MANAQRA tərkibi

Təsiredici maddə: 1 kapsulda 50 mq və ya 100 mq sildenafil (sildenafil sitrat şəklində) vardır.

İstifadəsinə göstərişlər

Sildenafil qənaətbəxş cinsi əlaqə həyata keçirmək üçün tələb olunan ereksiya səviyyəsini əldə etmək və ya qoruyub saxlamaq bacarığının olmaması ilə xarakterizə olunan erektil disfunksiyası olan yetkin yaşlı kişilərin istifadəsi üçün göstərilir. Dərman preparatının effektiv təsir göstərməsi üçün cinsi stimulyasiya vacibdir.

Əks göstərişlər

- hiperhəssaslıq; - eyni zamanda nitratların və ya azot oksid azad edən dərman preparatlarının (diazoksid, nebivolol) istifadəsi; - ekstravaskulyar mənşəli işemik optik nefropatiya olan pasiyentlərdə, bir gözün görmə qabiliyyətinin itməsi; - ağır dərəcəli qaraciyər çatışmazlığı, arterial hipotenziya (AT < 90/50 mm c.s) olduqda, yaxın keçmişdə insult və ya miokard infarktı keçirən pasiyentlər, piqment retiniti kimi, gözün tor qişasının irsi degenerativ xəstəlikləri olduqda; - cinsi fəaliyyət tövsiyə olunmayan insanlar (qeyri-stabil stenokardiya və ya ağır ürək çatışmazlığı kimi, ağır dərəcəli ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlər).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Manaqra qadınlarda istifadə etmək üçün nəzərdə tutulmayıb.

MANAQRA istifadə qaydası və dozası

Preparatı tövsiyə edilən dozalanma rejiminə müvafiq istifadə etmək lazımdır. Kapsullar daxilə qəbul etmək üçün nəzərdə tutulub. Pasiyentlərin əksəriyyəti üçün tövsiyə edilən doza, cinsi fəaliyyətə başlamazdan təqribən 1 saat əvvəl 50 mq təşkil edir (tələb olunduqda qəbul edilir). Effektivlikdən və preparatın kecirilməsindən asılı olaraq dozanı tövsiyə edilən maksimal dozaya olan 100 mq-a qədər artırmaq və ya 25 mq-a qədər aşağı salmaq olar.

Maksimal tövsiyə edilən dozanın qəbul tezliyi gündə 1 dəfədir. 50 mq və 100 mq-lıq Manaqra kapsullarını hissələrə bölmək olmaz. Sildenafili 25 mq dozada təyin etmək tələb olunduğu halda digər dərman vasitəsindən istifadə etmək lazımdır. Böyrək funksiyalarının pozulması olan pasiyentlərdə istifadəsi Yüngül və orta dərəcəli böyrək funksiyalarının pozulması (kreatinin klirensi 30-80 ml/dəq arasında) olan pasiyentlərdə dozanın korreksiyası tələb olunmur.

Ağır dərəcəli böyrək funksiyalarının pozulması (kreatinin klirensi < 30 ml/dəq) olan pasiyentlərdə sildenafilin klirensinin aşağı düşməsini nəzərə alaraq, preparatın 25 mq olan başlanğıc dozasını istifadə etmək lazımdır. Qaraciyər funksiyalarının pozulması olan pasiyentlərdə istifadəsi Qaraciyər funksiyalarının pozulması (məsələn, sirroz zamanı) olan pasiyentlərdə sildenafilin klirensinin aşağı düşməsini nəzərə alaraq, preparatı başlanğıc 25 mq dozada istifadə etmək tövsiyə edilir. Digər preparatlar qəbul edən pasiyentlərdə istifadəsi Eyni zamanda istifadə olunması əks göstəriş olan ritonavir istisna olmaqla, CYP3A4 izofermentinin inhibitorlarını (məsələn, eritromisin, ketokonazol, simetidin) qəbul edən pasiyentlərə, sildenafili başlanğıc 25 mq dozada istifadə etmək tövsiyə edilir. Postural hipotenziyanın inkişaf etmə ehtimalını minimuma endirmək məqsədi ilə, α- adrenoblokarorlarla müalicə qəbul edən pasiyentlərin vəziyyətləri sildenafil istifadəsinə başlamazdan əvvəl sabit olmalıdır.

Bundan əlavə, belə hallarda sildenafilin istifadəsini 25 mqdan başlamaq lazımdır. Uşaqlarda istifadəsi Sildenafil uşaqlarda və yeniyetmələrdə istifadə etmək üçün nəzərdə tutulnayıb (18 yaşa qədər). Yaşlı pasiyentlərdə istifadəsi Yaşlı pasiyentlərdə sildenafilin dozasının korreksiyası tələb olunmur. Yaşı 65-dən yuxarı olan pasiyentlərə sildenafilin istifadəsini 25 mq dozadan başlamaq tövsiyə olunur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-18156

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Astrogen N60 Kapsul
57,80 AZN -%0
57,80AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce