Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MEKSIDOL 5% 2ML N10 AMP

Məhsul Kodu : 111-06580
Reseptlə satılır
İstehsalçı ölkə: Rusiya
14,21 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MEKSİDOL, venadaxili və əzələdaxili yeritmə üçün məhlul

MEKSİDOL tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq etilmetilhidroksipiridin suksinat vardır.

İstifadəsinə göstərişlər

− Beyin qan dövranının kəskin pozğunluqları; – Kəllə-beyin travması, kəllə-beyin travmalarının nəticələri; – Dissirkulyator ensefalopatiya; – Vegetativ distoniya sindromu; – Aterosklerotik mənşəli yüngül koqnitiv pozğunluqlar; – Nevrotik və nevrozabənzər vəziyyətlərdə həyacan pozğunluqları; – Kəskin miokard infarktında (ilk sutkada) kompleks müalicənin tərkibində; – Müxtəlif mərhələlərdə birincili açıqbucaqlı qlaukomada kompleks müalicənin tərkibində; – Nevrozabənzər və vegetativ-damar pozğunluqlarının üstünlük təşkil etdiyi alkoqolizm zamanı abstinent sindromun aradan qaldırılması; – Antipsixotik maddələrlə kəskin intoksikasiya; – Qarın boşluğunun kəskin irinli -iltihablı prosesləri (kəskin nekrotik pankreatit, peritonit) zamanı kompleks terapiyanın bir hissəsi kimi.

Əks göstərişlər

Qaraciyər və böyrək funksiyalarının kəskin pozğunluğu, dərman preparatına qarşı fərdi həssaslığın artması. Uşaqlarda, hamiləlik zamanı və laktasiya dövründə Meksidol ® preparatının istifadəsinin təhlükəsizliyi ilə əlaqəli ciddi nəzarət edilən klinik tədqiqatlar aparılmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Meksidol® preparatının hamiləlik zamanı və laktasiya dövründə istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.

MEKSİDOL istifadə qaydası və dozası

Venadaxili (şırnaq və damc ı üsulu ilə) və ya əzələdaxili yeridilir. İnfuziya yeridilməsi zamanı, Meksidol® 0,9%-li natrium xlorid məhlulu ilə durulaşdırılmalıdır. Şırnaq üsulu ilə – Meksidol® yavaş-yavaş, 5-7 dəqiqə ərzində, damcı üsulu ilə – bir dəqiqədə 40- 60 damcı sürətilə yeridilir. Maksimal gündəlik doza 1200 mq-dan artıq olmamalıdır.

Beyin qan dövranının kəskin pozğunluqları zamanı Meksidol® ilk 10-14 gün ərzində 200-500 mq dozada, gün ərzində 2 -4 dəfə venadaxilinə (v/d) damcı üsulu ilə, sonradan əzələdaxilinə (ə/d) 200-250 mq dozada gündə 2-3 dəfə iki həftə ərzində yeridilir. Kəllə-beyin travmaları və kəllə -beyin travmalarının nəticələri zamanı Meksidol® 200-500 mq dozada gün ərzində 2-4 dəfə venadaxilinə damcı üsulu ilə 10-15 gün ərzində yeridilir. Dissirkulyator ensefalopatiya zamanı dekompensasiya fazasında Meksidol® 200-500 mq dozada gündə 1 -2 dəfə venadaxilinə şırnaq və ya damcı üsulu ilə 14 gün ərzində yeridilməlidir. Sonradan gün ərzində 100-250 mq dozada əzələdaxilinə növbəti 2 həftə ərzində yeridilir.

Dissirkulyator ensefalopat iyanın profilaktikası məqsədilə dərman preparatı gündə 2 dəfə 200 - 250 mq dozada əzələdaxilinə 10-14 gün ərzində yeridilir. Yaşlı pasiyentlərdə yüngül koqnitiv pozğunluqlar və həyacan pozğunluqları zamanı preparat gün ərzində 100-300 mq dozada 14-30 gün ərzində əzələdaxilinə yeridilir. Kəskin miokard infarktı zamanı kompleks müalicənin tərkibində Meksidol® nitratlar, β- blokatorlar, angiotenzin çevirici ferment (AÇF) inhibitorları, trombolitiklər, antikoaqulyantlar və antiqreqant maddələr, eləcə də göstərişlərə uyğun olaraq simptomatik maddələr də daxil olmaqla miokard infarktının ənənəvi müalicəsi fonunda 14 gün ərzində venadaxilinə və ya əzələdaxilinə yeridilir. İlk 5 gündə maksimal effektə nail olmaq üçün də rmanın venadaxilinə yeridilməsi tövsiyə edilir, növbəti 9 gün ərzində Meksidol ® əzələdaxilinə yeridilə bilər.

Dərmanın venadaxilinə yeridilməsi damcı infuziya üsulu ilə, yavaş-yavaş (yan təsirlərin qarşısını almaq üçün) 0,9%-li natrium xlorid məhlulu və ya 5% -li dekstroza (qlükoza) məhlulu durulaşdırılaraq 100 -150 ml həcmdə 30 -90 dəqiqə ərzində həyata keçirilir. Lazım gələrsə, preparatın yavaş şırnaq üsulu ilə 5 dəqiqədən az olmayan müddətdə yeridilməsi də mümkündür. Dərmanın yeridilməsi (venadaxilinə və ya əzələdaxilinə) gündə 3 dəfə, hər 8 saatdan bir həyata keçirilir. Gündəlik terapevtik doza bədən çəkisinin hər kiloqramına 6 -9 mq, sadə doza bədən çəkisinin hər kiloqramına 2 -3 mq təşkil edir.

Maksimal gündəlik doza 800 mq -dən, sadə doza 250 mq-dən çox olmamalıdır. Müxtəlif mərhələdə açıqbucaqlı qlaukoma zamanı kompleks müalicənin tərkibində Meksidol® gündə 100-300 mq dozada, gündə 1-3 dəfə 14 gün ərzində əzələdaxilinə yeridilir. Abstinent alkoqol sindromu zamanı Meksidol® 200-500 mq dozada venadaxilinə damcı üsulu ilə və ya əzələdaxilinə gündə 2-3 dəfə 5-7 gün ərzində yeridilir. Antipsixotik maddələrlə kəskin intoksikasiyalar zamanı Meksidol® sutkada 200-500 mq dozada venadaxilinə 7-14 gün müddətində yeridilir.

Qarın boşluğunun kəskin irinli -iltihabi prosesləri (kəskin nekrotik pankreatit, peritonit) zamanı Meksidol® preparatı ilk sutkada həm əməliyyatdan əvvəl, həm də əməliyyatdan sonrakı dövrdə təyin edilir. Yeridilən dozalar xəstəliyin forması və ağırlığından, prosesin yayılmasından və klinik gedişatından asılı olaraq təyin edilir. Dərmanın istifadəsinin dayandırılması yalnız müsbət klinik və laborator təsirlərdən sonra tədricən edilməlidir. Kəskin ödemli (interstisial) pankreatit zamanı Meksidol® 200-500 mq dozada gündə 3 dəfə, venadaxilinə damcı üsuli ilə (0,9% -li natrium xlorid məhlulu ilə durulaşdırılaraq) və əzələdaxilinə təyin edilir.

Nekrotik pankreatitin yüngül dərəcəli ağırlığı zamanı – Meksidol® 100-200 mq dozada gündə 3 dəfə, venadaxilinə damcı üsuli ilə (0,9% -li natrium xlorid məhlulu ilə durulaşdırılaraq) və əzələdaxilinə təyin edilir. Nekrotik pankreatitin orta dərəcəli ağırlığı zamanı – Meksidol® 200 mq dozada gündə 3 dəfə, venadaxilinə damcı üsulu ilə (0,9% -li natrium xlorid məhlulu ilə durulaşdırılaraq) təyin edilir. Ağır dərəcəli nekkrotik pankreatit zamanı ilk gündə 800 mq nəbz dozasında, ikiqat yeridilmə rejimi ilə; sonradan 200 -500 mq dozada gündə iki dəfə gündəlik dozanın tədricən azaldılması ilə təyin edilir. Son dərəcə ağır nekkrotik pankreatit zamanı – pankreatogen şok təzahürlərinin aradan qaldırılmasına qədər 800 mq/gün ilkin dozada, vəziyyət sabitləşdikdən sonra gündə 2 dəfə 300 -500 mq venadaxilinə damcı üsulu ilə (0,9% natrium xlorid məhlulu ilə durulaşdırılaraq) tədricən gündəlik dozanın azaldılması ilə təyin edilir.

Xüsusi qrup pasiyentlərdə istifadəsi Uşaqlarda istifadəsi 18 yaşdan kiçik pasiyentlərdə Meksidol® preparatının istifadəsi əks göstərişdir. Yaşlılarda istifadəsi Yaşlı pasiyentlərdə istifadəsi zamanı dozanın tənzimlənməsi tələb olunmur. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadəsi Kəskin qaraciyər çatışmazlığı olan pasiyentlərdə Meksidol ® preparatının istifadəsi əks göstərişdir. Böyrək çatışmazlığı olan pasiyentlərdə istifadəsi Kəskin böyrək çatışmazlığı olan pasiyentlərdə Meksidol® preparatının istifadəsi əks göstərişdir.

Prepared by  T-Soft E-Commerce.