Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MEKSILEK 100 MG/2 ML N10 AMP

Məhsul Kodu : 111-27360
Reseptlə satılır
İstehsalçı ölkə: Belarus
16,90 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MEKSİLEK, vena daxilinə və ya əzələ daxilinə yeritmək üçüm məhlul

MEKSİLEK tərkibi

Təsiredici maddələr: 1 ampulda 100 mq etilmetilhidroksipiridin suksunat vardır.

İstifadəsinə göstərişlər

Aşağıdakı patologiyalı xəstələrin kompeks terapiyasının tərkibində: Kəskin beyin qan dövranı pozğunluğu; Kəllə-beyin travması, kəllə-beyin travmalarının nəticələri; Dissirkulyator ensefalopatiya; Vegetativ sinir sisteminin pozğunluqları; Yüngül koqnitiv pozğunluqlar; Vegetativ sinir sisteminin somatoform disfunksiyası və digər nevrotik pozğunluqlar; Müxtəlif mərhələlərdə olan ilkin açıqbucaqlı qlaukoma, kompleks terapiyanaın tərkibində; Nevrozabənzər və vegetativ-damar pozğunluqlarının üstünlük təşkil etdiyi alkoqolizm zamanı abstinent sindromun aradan qaldırılması; Antipsixotik vasitələrlə kəskin intoksiyakasiya; Qarın boğluğunun kəskin irinli-iltihabi prosesləri (kəskin nekrotik pankreatit, kəskin ödemli pankreatit, peritonit), kompleks terapiyanın tərkibində. Əks-göstərişlər Qaraciyərin funksiyasının kəskin pozulması Böyrəklərin funksiyasının kəskin pozulması Preparata qarşı fərdi yüksək həssasıq 18 yaşadək uşaqlar və yeniyetmələr Hamiləlik və laktasiya dövrü. Xüsusu göstərişlər və ehtiyat tədbirləri Xüsusi hallarda, meyilliliyi olan bronxial astmalı xəstələrdə, sulfitlərə qarşı həssaslığın artması zamanı ağır hiperhəssaslıq reaksiyasının inkişafı mümkündür. Arterial təzyiqi 180/110 mm.c.s.

yüksək olan, krizşəkilli gedişatlı arterail hipertenziyalı xəstələrə arterial hipertenziyanın qabaqcadan korreksiyası və sedativ terapiya, həmçinin, terapiya aparılarkən arteral təzyiqə nəzarət etmələri tövsiyə olunur. Digər dərman maddəri ilə qarşılıqlı təsiri Benzodiazepin anksiolitiklərinin, parkinsona qarşı vasitələrin (levodopa) və qıcolmaya qarşı vasitələrin (karbamazepin) təsirini gücləndirir. Etil spirtinin toksik təsirini azaldır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Kifayət qədər məlumat olmadığından, hamiləlik və laktasiya (əmizdirmə) dövründə istifadəsi əksgöstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə avtonəqliyyatı idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb olunan digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən ehtiyatlı olmaq zəruridir.

MEKSİLEK istifadə qaydası və dozası

Meksilek əzələ daxilinə və ya vena daxilinə yeridilir (şırnaqla və ya damcı yolu ilə). Dərman maddəsi şırnaqla 5-7 dəqiqə ərzində, damcı yolu ilə - dəqiqədə 40-60 damcı sürəti ilə yavaşyavaş yeridilir. Dərman maddəsinin infuzion yeridilməsi zamanı o 0,9% natrium-xlorid məhlulunda həll edilir.Dozalanma rejimi xəstəliyini ağırlıq dərəcəsindən asılı olaraq, sərbəst seçilir. Gündə 800 mq.

olmamaq şərtilə, gündə 5-10 mq. doza tövsiyə olunur. Müalicə dərman maddəsinin gündə 50-100 mq. olmaqla 1-3 dəfə dozası ilə başlanır, doza tədricən terapevtik effekt alınanadək artırılır.

Beyin qan dövranının kəskin pozulmasının müalicəsi zamanı dərman maddəsi kompleks terapiyanın tərkibində ilk 5-7 gündə gündə 1 dəfə vena daxilinə damcı yolu ilə 200-300 mq. dozada istifadə olunu, sonra isə gündə 2 dəfə 200 mq. olmaqla əzələ daxilinə yeridilir. Xəstəliyin daha ağır gedişatı zamanı dərman maddəsinin dozası 500 mq.

qədər artırıla bilər. Müalicə 10-14 gün davam edir. Kəllə-beyin travması və kəllə-beyin travmalarının nəticələri zamanı dərman maddəsi kompleks terapiyanın tərkibində 10-15 gün ərzində vena daxilinə damcı yolu ilə gündə 1-2 dəfə 200-400 mq. olmaqla istifadə olunur.

Dissirkulyator ensefalopatiya zamanı dekompensasiya fazasında dərman maddəsi vena daxilinə şırnaqla və ya damcı yolu ilə 14 gün ərzində gündə 2 dəfə 100-200 mq. dozada, sonra isə növbəti 2 həftə ərzində gündə 200 mq. dozada əzələ daxilinə istifadə edilir. Dissirkulyator ensefalopatiyanın kurs müalicəsi zamanı dərman maddəsi 10-14 gün ərzində gündə 2 dəfə 100 mq.

dozada əzələ daxilinə yeridilir. Yaşlı xəstələrdə aterosklerotik mənşəli yüngül koqnitiv pozuntular, vegetativ sinir sistemi pozğunluqları və nevrotik pozuntular zamanı preparat 14-30 gün ərzində gündə 100-300 mq. dozada əzələ daxilinə əzələ daxilinə zamanı yeridilir. Açıqbucaqlı qlaukomanın kompleks terapiyası zamanı dərman maddəsi 14 gün ərzində gündə 1-3 dəfə 100-300 mq.

dozada əzələ daxilinə yeridilir. Abstinent alkoqol sindromu zamanı dərman maddəsi gündə 2-3 dəfə 5-7 gün ərzində gündə 1-2 dəfə əzələ daxilinə 100-200 mq. və ya vena daxilinə şırnaqla 200-300 mq. dozada, 16 mq.natrium xloridin izotonik məhlulunda yeridilir.

Antipsixotik maddələrlə kəskin intoksikasiya zamanı dərman maddəsi 7-14 gün ərzində vena daxilinə gündə 100-300 mq. dozada yeridilir. Qarın boğluğununun kəskin irinli-iltihabi prosesləri (kəskin nekrotik pankreatit, kəskin ödemli pankreatit, peritonit) zamanı dərman maddəsinin dozası xəstəliyin forma və ağırlığından, prosesin yayılmasından, kliniki gedişat variantlarından asılıdır. Dərmanın istifadəsinin dayandırılması tədricən, yalnız qalıcı müsbət kliniki-laborator təsir alındıqdan sonra olmalıdır.

Kəskin ödemli (interstisial) pankreatit zamanı dərman maddəsi gündə 3 dəfə 100 mq.olmaqla venadaxili damcı yolu və əzələdaxili təyin edilir. Yüngül ağırlıq dərəcəli nekrotik pankreatit zamanı dərman maddəsi gündə 3 dəfə 100-200 mq.olmaqla venadaxili damcı yolu ilə təyin edilir. Orta ağırlıq dərəcəli nekrotik pankreatit zamanı dərman maddəsi gündə 3 dəfə 200 mq.olmaqla venadaxili damcı yolu ilə təyin edilir. Ağır gedişatlı nekrotik pankreatit zamanı - dərman maddəsi ilk günlərdə iki yeritməyə bölünərək, 800 mq.

dozada nəbzə təyin olunur, sonra gündəlik dozanı tədricən azaltmaqla gündə 2 dəfə 300 mq. yeridilir. Nekrotik pankreatitin çox ağır formasında ilkin doza pankreatogen şokun dayanıqlı keçməsinə qədər gündə 800 mq., vəziyyətin stabilləşməsi zamanı dərman maddəsi gündəlik doza tədricən azaldılmaqla, gündə 2 dəfə 300-400 mq. dozada vena daxilinə damcı yolu ilə təyin edilir.

Dərmanın istifadəsinin dayandırılması tədricən, yalnız kliniki-laborator göstəricilərin qalıcı yaxşılaşması əldə olunduqdan sonra həyata keçirilməlidir.

Prepared by  T-Soft E-Commerce.