Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MEKSISOFT 50MG 5ML N5 AMP

Məhsul Kodu : 111-20729
Reseptlə satılır
İstehsalçı ölkə: Rusiya
16,48 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MEKSİSOFT, venadaxili və əzələdaxili yeridilmə üçün məhlul

MEKSİSOFT tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq etilmetilhidroksipiridin suksinat vardır.

İstifadəsinə göstərişlər

- Beyin qan dövranının kəskin pozğunluğu (kompleks müalicənin tərkibində); - dissirkulyator ensefalopatiya; - vegetativ damar (neyrosirkulyator) distoniyası sindromu; - ateroskleroz mənşəli yüngül koqnitiv pozğunluqlar; nevrotik və nevroza bənzər vəziyyətlərdə həyəcan pozğunluqları; - kəskin miokard infarktı (ilk sutkalar) kompleks müalicədə; - nevrozabənzər və vegetativ-damar pozğunluğunluqlarının üstünlüyü ilə gedən alkoqolizmdə abstinent sindromun aradan qaldırılması; - antipsixotik dərman vasitələri ilə kəskin intoksikasiya; - qarın boşluğunun kəskin irinli-iltihabi prosesləri (kəskin nekrotik pankreatit, peritonit) kompleks müalicədə.

Əks göstərişlər

- Preparata qarşı yüksək fərdi həssaslıq; - kəskin qaraciyər və/və ya böyrək çatışmazlığı; - uşaq yaş dövrü; - hamiləlik; - laktasiya dövrü - effektivliyi və təhlükəsizliyi haqqında məlumat yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Eksperimental tədqiqatlar zamanı teratogen, mutagen, embriotoksik təsiri aşkar olunmayıb. Hamiləlik və laktasiya dövründə təhlükəsizlik və effektivliklə bağlı adekvat və ciddi nəzarət olunan kliniki tədqiqatlar olmadığından preparatın göstərilən hallarda istifadəsi əks-göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə nəqliyyat vasitələrini idarə edərkən və yüksək diqqət, konsentrasiya və cəld psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşgul olan zaman ehtiyatlı olmaq lazımdır.

MEKSİSOFT istifadə qaydası və dozası

Preparat əzələ daxilinə və ya vena daxilinə (şırnaq, yaxud damcı üsulu ilə) yeridilir. İnfuzion yeridilmə zamanı preparat natrium xloridin 0,9 %-li məhlulunda həll edilir. Dozalar individual seçilir. Şırnaq üsulu ilə 5-7 dəqiqə müddətində, damcı üsulu ilə - dəqiqədə 40- 60 damcı sürətlə yeridilir.

Maksimal sutkalıq doza 1200 mq-dan artıq olmamalıdır. Kəskin beyin qan dövranı pozğunluğunda ilk 10-14 gün gündə 2-4 dəfə 200-500 mq vena daxilinə damcı üsulu ilə, bundan sonra 2 həftə ərzində gündə 2-3 dəfə 200-250 mq əzələ daxilinə yeridilir. Dissirkulyator ensefalopatiya zamanı (dekompensasiya fazası) preparat 10-14 gün ərzində gündə 1-2 dəfə 200-500 mq dozada vena daxilinə şırnaq və ya damcı üsulu ilə yeridilir. Daha sonra 2 həftə ərzində gündə 100-250mq olmaqla əzələ daxilinə yeridilir.

Diskulyator ensefalopatiyanın profilaktik kurs müalicəsi preparat 10-14 gün ərzində gündə 2 dəfə 200-250 mq əzələ daxilinə yeridilir. Ahıl yaşlı xəstələrdə yüngül koqnitiv pozğunluqlarda və həyəcan pozğunluqlarında preparat 14-30 gün ərzində gündə 1 dəfə 100-300 mq əzələ daxilinə yeridilir. Kəskin miokard infarktında kompleks müalicədə preparat nitratlar, beta-adrenoblokatorlar, angiotenzinçevirici fermentin inhibitorları, trombolitiklər, antikoaqulyant və antiaqreqantlar, eləcə də göstərişə uyğun simptomatik vasitələr daxil olan standart terapiyanın fonunda 14 gün ərzində vena və ya əzələ daxilinə yeridilir. İlk 5 gün ərzində maksimum effekt əldə etmək üçün preparatı vena daxilinə, sonrakı 9 gün ərzində əzələ daxilinə yeritmək tövsiyyə olunur.

Vena daxilinə yeridilmə infuziya üsulu ilə, yavaş sürətlə (əlavə təsirlər olmasın deyə) 30-90 dəqiqə ərzində (100-150 ml 0,9 %-li natrium xlorid və ya 5 %-li dekstroza(qlükoza) məhlulu ilə) yeridilir. Ehtiyac varsa vena daxilinə şırnaq üsulu ilə 5 dəqiqə ərzində yeridilir. Preparat (vena daxilinə və ya əzələ daxilinə) gündə 3 dəfə hər 8 saatdan bir yeridilir. Sutkalıq terapevtik doza - 6-9 mq/kq/sutka, bir dəfəlik doza 2-3 mq/kq təşkil edir.

Maksimal sutkalıq doza 800 mq-ı, bir dəfəlik doza 250 mq-ı aşmamalıdır. Antipsixotik dərman vasitələri ilə kəskin intoksikasiya preparat 7-14 gün ərzində gündə 200-500 mq əzələ daxilinə yeridilir. Qarın boşluğunun kəskin irinli-iltihabi prosesləri (kəskin nekrotik pankreatit, peritonit) preparat ilk gündən həm əməliyyatdan qabaq, həm də əməliyyatdan sonra təyin olunur. Yeridilən dozalar xəstəliyin forması və ağırlığından, prosesin yayılmasından, klinik gedişin variantlarından aslıdır.

Preparatın dayandırılması yalnız davamlı müsbət klinik-laborotor effektdən sonra tədricən həyata keçirilməlidir. Kəskin ödemli (interstisial) pankreatitdə preparat gündə 3 dəfə 200-5—mq vena daxilin ə damcı üsulu ilə (0,9 %-li natrium xlorid məhlulunda) və ya əzələ daxilinə təyin olunur. Nekrotik pankreatitin yüngül dərəcəsində preparat gündə 3 dəfə 100-200mq vena daxilinə damcı üsulu ilə (0,9 %-li natrium xlorid məhlulunda) və ya əzələ daxilinə təyin olunur. Orta ağır dərəcədə - preparat gündə 3 dəfə 200 mq vena daxilinə damcı üsulu ilə (0,9 %-li natrium xlorid məhlulunda) təyin olunur.

Ağır dərəcədə - preparat ilk gün 800mq, gündə 2 dəfə olmaqla, sonra 200-500mq gündə 2 dəfə təyin olunur və tədricən doza aşağı salınır. Çox ağır dərəcədə - preparat gündə 800 mq başlanğıc dozada pankreatik şokun təzahürlərinin davamlı aradan qalxmasına qədər, vəziyyət stabilləşdikdən sonra gündə 2 dəfə 300-500 mq vena daxilinə damcı üsulu ilə (0,9 %-li natrium xlorid məhlulunda) təyin olunur, tədricən doza aşağı salınır.

Prepared by  T-Soft E-Commerce.