Sevimlilərə əlavə edin
Paylaşın

MIDOKALM 150MG N30 TB

Məhsul Kodu : 111-00499
İstehsalçı ölkə : Macaristan
Reseptlə satılır
1 Şərh Şərh
8,10 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

MİDOKALM, 50 mq; 150 mq örtüklü tabletlər

MİDOKALM tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq tolperizon hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Üzvi nevroloji xəstəliklər zamanı skelet əzələlərinin patoloji artmış tonusunun təxirəsalınmaz və ya uzunmüddətli müalicəsi (piramid yollarının zədələnməsi, dağınıq skleroz, serebrovaskulyar pozğunluqlar, mielopatiya, ensefalomielit və s.zamanı). Dayaq-hərəkət apparatının xəstəliklərini müşayiət edən əzələ hipertonusunun və əzələ spazmlarının müalicəsi (məsələn spondilyoz, spondiloartrit, servikal və lyumbal sindromlar, iri oynaqların artrozları). Ortopediya və travmatologiyada operativ müdaxilələrdən sonra bərpaedici müalicə. Damarların obliterasiyaedici xəstəliklərinin, həmçinin damarların innervasiyasının pozulması nəticəsində yaranan sindromların müalicəsi (məsələn, akrosianoz, intermittasiyaedici angionevrotik disbaziya). Pediatrik praktikada spesifik göstərişlər Littl xəstəliyi və əzələ distoniyası ilə müşayiət olunan digər ensefalopatiyalardır.

Əks göstərişlər

Tolperizona və ya digər analoji kimyəvi maddələrə (eperizon), həmçinin preparatın köməkçi maddələ- rinə qarşı hiperhəssaslıq reaksiyaları. Miasteniya. Laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Heyvanlar üzərində aparılan eksperimental tədqiqatlarda tolperizonun teratogen təsiri aşkar edilməmişdir. Kliniki əhəmiyyət kəsb edən məlumatların olmaması səbəbindən Midokalm hamiləlik dövründə (xüsusilə birinci trimesterdə) istifadə edilməməlidir və yalnız gözlənilən fayda ehtimal olunan riskdən daha yüksək olduğu hallarda istifadə oluna bilər. Laktasiya dövrü Tolperizonun ana südünə nüfuz edib-etməməsi barədə məlumat olmadığından, laktasiya dövründə bu preparatın istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Başgicəllənmə, yuxululuq, diqqətin pozulması, qıcolmalar, görmə pozğunluğu və ya əzələ zəifliyi kimi simptomların inkişafı mümkündür. Preparatın qəbulu zamanı başgicəllənmə, yuxululuq, diqqətin pozulması, qıcolmalar, görmə pozğunluğu və ya əzələ zəifliyi olan pasiyentlər həkimə müraciət etməlidirlər!

MİDOKALM istifadə qaydası və dozası

Böyüklər İndividual təlabatdan və preparatın keçirilməsindən asılı olaraq pasiyentlər üçün 3 qəbula bölünmüş orta sutkalıq doza 150-450 mq təşkil edir. Uşaqlar Dərman vasitəsi çəkisi 30 kq-dan çox (10 yaşdan yuxarı) olan uşaqlara üç qəbula bölünmüş 2-4 mq/kq/sut dozada təyin olunur.

Yüksək olmayan sutkalıq dozaları nəzərə alaraq, uşaqların müalicəsi zamanı 50 mq-lıq örtüklü tabletlərdən istifadə edilməlidir. Tabletlər 2 hissəyə bölmək üçün nəzərdə tutulmadığı üçün, preparat çəkisi 30 və daha çox kq olan uşaqlara təyin olunmalıdır. Böyrək funksiyasının pozğunluqları Böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə preparatın istifadəsinə dair məlumatlar məhduddur. Bu qrup pasiyentlərdə əlavə reaksiyaların inkişaf tezliyi daha yüksək idi Böyrək funksiyasının orta dərəcəli pozğunluqları olan pasiyentlərdə dozanın titrlənməsi lazımdır və diqqətli müşahidə aparılmalıdır. Böyrək funksiyasının ağır dərəcəli pozğunluqları olan pasiyentlərə tolperizon preparatını tətbiq etmək tövsiyə edilmir. Qaraciyər funksiyasının pozğunluqları Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərdə preparatın istifadəsinə dair məlumatlar məhduddur. Bu qrup pasiyentlərdə əlavə reaksiyaların inkişaf tezliyi daha yüksək idi. Qaraciyər funksiyasının orta dərəcəli pozğunluqları olan pasiyentlərdə dozanın titrlənməsi lazımdır və diqqətli müşahidə aparılmalıdır. Qaraciyər funksiyasının ağır dərəcəli pozğunluqları olan pasiyentlərə tolperizon preparatını tətbiq etmək tövsiyə edilmir. Uşaqlarda istifadəsi Uşaqlarda tolperizonun istifadəsinin təhlükəsizliyi və effektivliyi barədə məlumatlar məhduddur. İstifadə qaydası Daxilə qəbul üçün nəzərdə tutulub. Preparatı yeməkdən sonra, bir stəkan su ilə qəbul etmək lazımdır. Acqarına qəbul etmək tövsiyə edilmir, çünki qidanın kifayət qədər olmaması tolperizonun biomənimsənilməsini azalda bilər.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00499

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
ALZEPIL 10MG N28 TB
27,00 AZN -%0
27,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce