Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MIRTAZIN 30MG N30 TB

Məhsul Kodu : 111-20454
Reseptlə satılır
İstehsalçı ölkə: Malta
17,80 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MİRTAZİN, örtüklü tabletlər

Mirtazin tərkibi 

Təsiredici maddə:1 tabletin tərkibində 30 mq mirtazapin vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, hidroksipropilsellüloza, kolloidal silisium dioksid, maqnezium stearat, hidroksipropilmetilsellüloza, titan dioksid, polietilenqlikol 8000, qırmızı dəmir oksidi, sarı dəmir oksidi, qara dəmir oksidi.

İstifadəsinə göstərişlər:

 Depressiv vəziyyətlər, həmçinin:

 - angedoniya

 - psixomotor tormozlanma

 - yuxusuzluq

 - bədən kütləsinin azalması

 - intihara meyillilik

 - həyata marağın itməsi

 - əhval-ruhiyyə dəyişkənliyi

Əks göstərişlər:

 Mirtazapinə və ya preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq. Laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi problemləri olan xəstələrdə istifadə olunmamalıdır. 18 yaşa qədər uşaqlarda mirtazapinin effektliliyi və təhlükəsizliyi müəyyən olunmadığından, preparatın uşaqlarda istifadəsi məsləhət görülmür.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Mirtazapinin hamiləlik zamanı təhlükəsizliyi müəyyən olunmamışdır, lakin heyvanlar üzərində tədqiqatlar zamanı heç bir teratogen effekt təyin olunmamışdır. Buna görə də, preparat hamiləlik dövründə yalnız ana üçün fayda döl üçün potensial riskdən yüksək olduğu hallarda istifadə oluna bilər. Preparatın ana südü ilə xaric olmasına dair məlumatlar olmadığına görə laktasiya dövründə istifadəsi məsləhət görülmür.

Mirtazin istifadə qaydası, dozası

 Tabletlər çeynənmədən, maye ilə daxilə qəbul edilir. Böyüklər: effektli gündəlik doza 15 mq-la 45 mq arasında dəyişir, başlanğıc doza 15 mq və ya 30 mq təşkil edir. Yaşlı pasiyentlər: Məsləhət görülən doza böyüklərdə istifadə olunan doza ilə eynidir. Yaşlı xəstələrdə qənaətbəxş və təhlükəsiz müalicə nəticələri əldə etmək üçün dozanın yüksəldilməsi yalnız həkim nəzarəti altında aparılmalıdır. Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Böyrək çatışmazlığı olan xəstələrdə mirtazapinin klirensi azala bilər, belə xəstələrdə istifadə zamanı bu xüsusiyyəti nəzərə almaq lazımdır. Preparat gündə bir dəfə, təxminən eyni vaxtda, axşam yatmazdan əvvəl qəbul olunur. Həmçinin gündəlik dozanı iki yerə bölməklə gündə iki dəfə qəbul oluna bilər (səhər və axşam yatmazdan əvvəl, daha böyük dozanı axşam qəbul etmək lazımdır). Müalicə 4-6 ay ərzində, xəstəlik əlamətləri tam aradan qalxana qədər davam etdirilməlidir. Bundan sonra müalicə tədricən dayandırıla bilər. Mirtazapin adətən müalicənin 1-2-ci həftəsindən sonra öz təsirini göstərməyə başlayır. Adekvat doza ilə müalicəyə 2-4 həftədən sonra müsbət cavab əldə olunmalıdır. Müalicədən əldə olunan nəticə kifayət qədər qənaətbəxş olmadıqda doza maksimal dozaya (45 mq) qədər artırıla bilər. Növbəti 2-4 həftə ərzində müalicəyə adekvat cavab əldə olunmazsa, müalicə dayandırılmalıdır.

 

Prepared by  T-Soft E-Commerce.