Sevimlilərə əlavə edin
Paylaşın

Modiogen 200 mq N30 tablet

Məhsul Kodu : 111-26614
İstehsalçı ölkə : Türkiye
Reseptlə satılır
0 Şərh Şərh
33,00 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Modiogen, 200 mq tabletlər

Modiogen tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində 200 mq modafinil vardır.  

Əks göstərişlər 

Modiogeni aşağıdaki vəziyyətlərdə istifadə etməyin  
Modafinil və ya MODİOGENin tərkibindəki köməkçi maddələrə qarşı hiperhəssaslığınız 
(allergiya) varsa, 
Hamiləsinizsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, 
Ana südü ilə qidalandırırsınızsa, 
Qeyri-normal ürək ritminiz varsa (aritmiya),  
Hipertoniyanız (yüksək qan təzyiqi) varsa. 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Dərman vasitəsini istifadə etməmişdən əvvəl həkim və ya əczaçınızla məsləhətləşin.  
Hamiləlik zamanı bu dərman vasitəsi istifadə olunmamalıdır. 
Müalicə müddətində hamilə olduğunuzu bildiyiniz halda dərhal həkiminizə və ya əczaçınıza 
məlumat verin.  
Laktasiya 
Dərman vasitəsini istifadə etməmişdən əvvəl həkiminiz və ya əczaçı ilə məsləhətləşin. 
Ana südü ilə qidalandırırsınızsa, MODİOGENi istifadə etməyin.  

İstifadə qaydası və dozası 

Həkiminiz başqa şəkildə tövsiyə etməmişdirsə, MODİOGEN kəsik xətti olan tableti aşağıdakı 
qaydada istifadə edin. 
Narkolepsiyalı pasiyentlərdə 200-400 mq qəbul edilir. Klinik cavabdan asılı olaraq bir dəfə və 
ya gündə iki dəfə olmaqla səhər və günorta verilə bilər.   
Tabletləri kifayət qədər su ilə qəbul edin.  
Həkiminiz başqa bir tövsiyə verməmişdirsə, bu təlimatlara əməl edin. Preparat vaxtında qəbul 
etməyi unutmayın.   
Müxtəlif yaş qrupları 
Uşaqlarda istifadəsi 
MODİOGEN 18 yaşdan aşağı uşaqlarda və yeniyetmələrdə təhlükəsizliyi və effektivliyi sübut 
olunmadığından istifadə olunmamalıdır. 
Yaşlılarda istifadəsi  
Qaraciyər və böyrək funksiyasından asılı olaraq, 65 yaşdan yuxarı xəstələrdə aşağı doza ilə 
müalicəyə başlamaq lazımdır.  
Xüsusi vəziyyətlər 
Böyrək çatışmazlığı 
Ağır dərəcəli xronik böyrək çatışmazlığı (kreatin klirensi ≤ 20 ml/dəq) 200 mq birdəfəlik doza 
şəklində istifadə olunan modafinilin farmakokinetikasına əhəmiyyətli dərəcədə təsir etmir. 
Böyrək funksiyası azalmış xəstələrdə gündəlik aşağı doza ilə müalicəyə başlamaq lazımdır.  
Qaraciyər çatışmazlığı 
Ağır dərəcəli qaraciyər çatışmazlığında dozanı 50% qədər azaltmaq tövsiyə olunur.  
Ağır dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə gündə bir dəfə 100 mq modafinil təyin 
olunmalıdır.  
MODİOGENin qida və içkilərlə birlikdə istifadəsi 
MODİOGEN in qida ilə qəbul edilə bilər.  
MODİOGEN-i istifadə etməyi unutsanız 
Əgər dərmanı qəbul etməyi unutmusunuzsa, sonrakı dozanı normal vaxtında qəbul edin.   
Unudulan dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin.  
MODİOGEN-lə müalicə bitdikdən sonra yarana biləcək təsirlər 
Bununla bağlı məlumat mövcud deyil.  
Əgər MODİOGENin təsirinin çox güclü və ya zəif olduğunu müşahidə etsəniz, həkiminiz və 
əczaçınız ilə əlaqə saxlayın.   

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-26614

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALORA 100ML SRP
5,81 AZN -%0
5,81AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce