Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MONICURE NH N6 SAM

Məhsul Kodu : 111-90229
9,00 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Monicure

Monicure tərkibi

1 vaginal şamin tərkibində 100 mq mikonazol nitrat, 100 000 BV nistatin, 50 mq neomisin, 5 mq hidrokortizon asetat vardır. Köməkçi maddələr: bərk yağ. Təsviri Sarı rəngli, hamar homogen vaginal şamlarlardır. Farmakoterapevtik qrupu Göbələkəleyhinə vasitə.

ATC kodu: G01B.

Əks göstərişlər

Preparatın hər hansı komponentlərinə qarşı hiperhəssaslıq halları.

Hamiləlik və laktasiya dövründə istifadəsi

ни Mikonazol nitrat: (FDA (Food and Drug Administration) hamiləlik kateqoriyası B), Nistatin: (FDA hamiləlik kateqoriyası A), Hidrokortizon asetat və neomisin sulfat: (FDA hamiləlik kateqoriyası C). Beləliklə, MONİKURE NH vaginal suppozitoriyaları hamilə qadınlarda yalnız həkimin zəruri hesab etdiyi hallarda istifadə edilməlidir. Laktasiya Vaginal azolların (mikonazol nitrat) və polien antifunqal (göbələkəleyhinə) preparatların ⚫ (Nistatin) ana südünün tərkibinə daxil olub-olmaması məlum deyil, insanlarda hər hansı problemlər sübut və dəlillərlə sənədləşdirilməmişdir. Aminoqlikozidlər (Neomisin sulfat) ana südünün tərkibinə dəyişkən miqdarda ifraz olunur.

Həmçinin hidrokortizon da ana südünün tərkibinə daxil ola bilər, bu səbəbdən, MONİKURE NH südverən qadınlarda yalnız həkimin prrparatın qəbulunu zəruri hesab etdiyi hallarda istifadə edilməlidir

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlimat yoxdur.

Monicure istifadə qaydası və dozası

Vəziyyətdən asılı olaraq şamlar 6 gün boyunca, hər gün 1 suppozitoriya olmaqla yatmazdan qabaq intravaginal yolla (uşaqlıq yoluna) istifadə olunur.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

• Qıcıqlanma və ya həssaslıq yarandığı hallarda müalicəni dayandırın. • Şəkərli diabetli, qan dövranı pozğunluqları və böyrək disfunksiyası olan pasiyentlərdə ehtiyatla istifadə ediməlidir. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri • Varfarin və intravaginal yeridilən mikonazolun yanaşı istifadəsi Protrombin İndeksinin, Beynəlxalq Normallaşdırılmış Nisbətlərin və qanaxmanın artmasına səbəb ola bilər, bu səbəbdən pasiyentin müşahidə altında saxlanması tövsiyə olunur. • İstifadə olunan preparat tərkibi bəzi lateks kontraseptivlərlə (prezervativlər, diafraqmalar və ya vaginal spermisidlər) qarşılıqlı təsir reaksiyaları göstərə və ya onları zəiflədə bilər, bu yalnız müalicə zamanı olur.

Əlavə təsirləri

çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100-< 1/10); bəzən (≥ 1/1000 - <1/100); nadir hallarda (≥ 1/10000-<1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). MONİKURE NH pasiyentlər tərəfindən yaxşı keçirilir, lakin nadir hallarda vaginal qıcıqlanma baş verə bilər.

Farmakoloji xüsusiyyətləri

MONİKURE NH vaginal şamlarının tərkibi qarışıq vulvovaginal infeksiyalarla əlaqəli iltihabi xəstəliklərin müalicəsində eyni zamanda təsir göstərmələri üçün hazırlanmış dörd aktiv komponentdən ibarətdir. Mikonazol, Candida növləri və mayalar da daxil olmaqla, ən çox yayılmış patogen göbələklərə qarşı geniş fəaliyyət spektrinə malikdir. Nistatin, Candida növləri də daxil olmaqla, geniş çeşidli mayalara və mayaya bənzər göbələklərə qarşı etibarlı fungistatik təsiri ilə məlum olan antifungal antibiotikdir. Neomisin, müxtəlif qrammənfi və qrammüsbət bakteriyaların çoxuna qarşı yüksək effektiv və təsdiq edilmiş bakterisid təsiri ilə məlum olan aminoqlikozid antibiotikdir.

Hidrokortizon, mükəmməl bir təhlükəsizlik profilinə malik, tez bir zamanda antiallergik, antipruritik və iltihabəleyhinə təsir göstərən bir kortikosteroiddir. MONİKURE NH vaginal infeksiyalar zamanı müşahidə edilən qaşınma və yanma hissini sürətli simptomatik yüngülləşdirmə üstünlüyünə malikdir. Buna görə də, Farmakokinetikası MONİKURE NH müxtəlif terapevtik təsirləri, eləcə də pasiyent məmnuniyyətini təmin edir. Intravaginal yeridilməsindən sonra mikonazol nitratın az miqdarı sistemli şəkildə sorulsada, Nistatin demək olar ki, sistemli şəkildə sorulmur.

Neomisin sulfat sistemli şəkildə absorbsiya olunur və absorbsiya selikli qişanın zədələnməsi və ya iltihablanması hallarında arta bilər və hidrokortizon asetat əhəmiyyət kəsb edəcək dərəcədə absorbsiya olunmur, lakin iltihablanmış və ya zədələnmiş qişalarda absorbsiya arta bilər. İstifadəsinə göstərişlər • Vulvovaginal kandidozlar Qrammüsbət mikroorqanizmlərlə ikinci infeksiyalaşmış vaginal mikozlar Kandidoz və ya bakterial infeksiya şübhəsi olduqda vulvanın qaşınması və yanma (göynəməsi) hissi ilə müşayiət olunan leykoreya 43

Prepared by  T-Soft E-Commerce.