Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

NEO-TERJINAN N10 VAG TB

Məhsul Kodu : 111-26778
İstehsalçı ölkə: Fransa
11,76 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

NEO-TERJİNAN, vaginal tabletlər

NEO-TERJİNAN tərkibi

Təsiredici maddələr: 1 vaginal tabletin tərkibində 500 mq metronidazol, 65000 BV neomisin sulfat, 100 000 BV nistatin vardır.

İstifadəsinə göstərişlər

Preparata həssas mikroorqanizmlər tərəfindən törədilən spesifik və qeyri spesifik vaginitlərin yerli müalicəsi • Bakterial vulvovaginit, o cümlədən Trichomonas vaginalis səbəbli • Candida cinsindən olan maya göbələkləri tərəfindən törədilən vulvovaginit • Qarışıq infeksiyalar tərəfindən törədilən vaginitlər Vaginitlərin profilaktikası • Ginekoloji əməliyyatlardan əvvəl • Doguşdan və abortdan əvvəl • Uşaqlıqdaxili vasitələrin qoyulmasından əvvəl və sonra • Uşaqlıq boynunun diatermokoaqulyasiyasından əvvəl və sonra • Histeroqrafiyadan əvvəl

Əks göstərişlər

Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik: Hamiləlik dövründə bu dərmanın istifadəsi tövsiyə edilmir. Əgər müalicə müddəti ərzində hamilə olduğunuzu aşkar edərsinizsə, tez bir zamanda müalicə həkimini zlə məsləhətləşin. Yalnız müalicə həkiminiz müalicəni sizin vəziyyətinizə uyğunlaşdıra bilər. Laktasiya dövrü: Laktasiya dövründə bu dərmanın istifadəsi tövsiyə edilmir.

Əgər hamiləsinizsə və ya körpənizi ana südü ilə əmizdirirsinizsə, hamilə ola biləcəy inizi düşünürsünüzsə, yaxud hamiləliyi planlaşdırırsınızsa, bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və mexanizmləri idarə edən şəxslər bu dərmanın başgicəllənməyə səbəb olması barədə məlumatlandırılmalıdırlar. Müalicə dövründə nəqliyyat vasitəsi idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəali yyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.

NEO-TERJİNAN istifadə qaydası və dozası

BÖYÜKLƏRDƏ İSTİFADƏ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞDUR. Bir vaginal tablet gündə 1 və ya 2 dəfə, ardıcıl 10 gün ərzində istifadə edilməlidir, lazım gəldikdə peroral müalicə ilə kombinə edilir. − Daxil etməzdən əvvəl tableti 2-3 saniyə ərzində suya batıraraq isladın. − Təxminən 15 dəqiqə ərzində arxası üstə uzanmış vəziyyətdə qalın.

Metronidazol ilə müalicə 10 gündən artıq təyin edilməməli və ildə 2-3 dəfədən artıq təkrar edilməməlidir. İstifadə qaydası: Vaginal yolla istifadə edilir. Praktiki məsləhətlər: − Müalicə zamanı şəxsi gigiyena qaydalarına əməl edilməli (alt paltarı pambıq parçadan olmalı, müalicə müddəti ərzində vaginal duşdan, daxili tamponlardan istifadə edilməməlidir) və xəstəliyin yaranmasına şərait yaradan hər hansı amillərə yol verilməməlidir. − Aybaşı zamanı müalicə dayandırılmamalıdır.

Klinik əlamətlərin olub -olmamasından asılı olmayaraq, cinsi partnyor(lar) da eyni zamanda müalicə edilməlidirlər.

Prepared by  T-Soft E-Commerce.