Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 pessarinin tərkibində 200 və ya 400 mq progesteron vardır.
• progesteron və ya preparatın hər hansı bir digər komponentinə qarşı yüksək həssaslıq;
• səbəbi bilinməyən vaginal qanaxma;
• aşkar edilmiş və ehtimal olunan progesterona həssas bədxassəli törəmələr;
• porfiriya;
• kəskin qaraciyər çatışmazlığı və ya hər hansı qaraciyər xəstəlikləri;
• hamiləliyin natamam pozulması və ya aşkar edilmiş uşaqlıqdankənar hamiləlik;
• aktiv və ya yaxın zamanlarda keçirilmiş arterial və ya venoz tromboemboliya və ya kəskin tromboflebit.
Hamiləlik
Neuqes pessariləri, yalnız hamiləliyin I trimesterində köməkçi reproduktiv texnoloqiyalar (KRT) çərçivəsində istifadəsi göstərilmişdir.
Yeni doğulmuşlarda anadangəlmə həmçinin hamiləlik zamanı istifadəsi nəticəsində döldaxili qarşılıqlı təsirindən sonra kişi və ya qadın cinsli yenidoğulmuş körpələrdə genital anomaliyalar təhlükəsi ilə bağlı məhdud və qeyri-müəyyən məlumatlar mövcuddur.
Klinik tədqiqat zamanı müşahidə edilən anadangəlmə anomaliyalar, hamiləliyin spontan pozulması həmçinin uşaqlıqdankənar hamiləlik hallarının rast gəlmə tezliyinə dair olan məlumatlar ümumi əhali arasında bu kimi halların rast gəlmə tezliyi ilə əlaqədar mövcud məlumatlar ilə müqayisə olunabiləcək səviyyədə olmasına baxmayaraq təsir səviyyələri ilə əlaqədar nəticə çıxarmaq üçün yetərli deyil. Hamiləlik zamanı yalnız fayda
risk nisbəti qiymətləndirildikdən sonra istifadə oluna bilər.
Laktasiya dövrü
Progesteron ana südünə keçdiyindən laktasiya dövründə istifadə olunmamalıdır.
Predmenstrual sindrom və doğuş sonrası depressiya:
Tövsiyə olunan doza gündə iki dəfə 200-400 mq vaginal və ya rektal olaraq.
Predmenstural sindrom zamanı müalicə menstruasiya dövrünün 14-cü günündən menstruasiya başlayana qədər davam etdirilir.
Ovulyasiya simptomları olduqda müalicəyə menstruasiya dövrünün 12-ci günündən başlanılır. Köməkçi reproduktiv texnoloqiyalar (KRT) çərçivəsində lütein fazası.
Oositlərin toplanması zamanı, toplandığı gündən başlayaraq gündə 2 dəfə 400 mq, vaginal olaraq istifadə edilir. Təsdiqlənmiş hamiləlik zamanı Neuqes 38 gün ərzində istifadə edilir.
Xüsusi qrup xəstələrdə istifadəsi: qaraciyər və böyrək funksiyası çatışmazlığı olan xəstələrdə istifadəsinə dair məlumatlar yoxdur.
Uşaqlarda istifadəsi:uşaqlarhda istifadə olunmur.
65 yaşdan yuxarı yaşlı xəstələrdə istifadəsi: 65 yaşdan yuxarı yaşlı xəstələrdə istifadəsinə dair klinik məlumatlar yoxdur.