Sevimlilərə əlavə edin
Paylaşın

Neyromidin 1, 5% 1 ml N10 Amp

Məhsul Kodu : 111-04122
İstehsalçı ölkə : Latviya
Reseptlə satılır
0 Şərh Şərh
50,83 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

NEYROMİDİN, 5 mq/ml; 15 mq/ml əzələdaxili və dərialtı istifadə üçün məhlul

NEYROMİDİN tərkibi

Təsiredici maddə: 1 ml məhlulun (1 ampul) tərkibində 100% susuz maddə hesabı ilə 5 mq (5 mq/ml) və ya 15 mq (15 mq/ml) ipidakrin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Periferik sinir sisteminin xəstəlikləri (nevrit, polinevrit və polinevropatiya, poliradikulonevropatiya, miasteniya və müxtəlif etiologiyalı miastenik sindrom), bulbar ifliclər və parezlər, hərəki pozuntularla müşayiət edilən MSS-in üzvi zədələnməsi zamanı bərba dövrü, demielinizəedici xəstəliklərin kompleks terapiyası, müxtəlif mənşəli yaddaş pozuntuları (Alzheymer xəstəliyi və qocalıq əqli zəifliyinin digər növləri), bağırsaq atoniyası.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Epilepsiya, hiperkinezlə ekstrapiramidal pozulmalar, stenokardiya, ifadəolunmuş bradikardiya, bronxial astma, bağırsaq keçməzliyi və/və ya sidikçıxarıcı yolların obstruksiyası, vestibulyar pozuntular, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi kəskinləşmə dövründə. Hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparat uşaqlığın tonusunu artırır və vaxtından əvvəl doğuşa səbəb ola bilər, bu səbəbə görə hamiləlik dövründə istifadəsi əks göstərişdir. Laktasiya dövründə istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dərman vasitəsi sedativ təsir göstərə bilər. Bu səbəbə görə bu effekti hiss edən pasiyentlər ehtiyatlı olmalıdırlar.

NEYROMİDİN istifadə qaydası və dozası

Neyromidin® 5 mq/ml və 15 mq/ml inyeksiya məhlulu əzələdaxili və dərialtı yeridilir. Doza və müalicənin müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq fərdi təyin edilir. Periferik sinir sisteminin xəstəlikləri, miasteniya və miastenik sindrom 5-15 mq (1 ml Neyromidin® 5 mq/ml inyeksiya üçün məhlul və ya 1 ml Neyromidin® 15 mq/ml inyeksiya üçün məhlul) gündə 1-2 dəfə əzələdaxili və ya dərialtı yeridilir. Müalicə kursu 1-2 ay təşkil edir.

Ehtiyac olduqda, müalicə kursunu bir neçə dəfə kurslar arasında 1-2 ay fasilə etməklə təkrarlamaq olar. Sinir-əzələ keçiriciliyinin ağır pozuntusu zamanı miastenik krizlərin qarşısını almaq məqsədilə qısa müddətdə 15-30 mq (1-2 ml Neyromidin® 15 mq/ml inyeksiya üçün məhlul) parenteral yeridilir, sonra müalicə 20 mq dozada Neyromidin® tabletlərilə davam etdirilir, dozanı gündə 5-6 dəfə 20-40 mq-a (1-2 tablet) qədər artırmaq olar. Bulbar iflic və parezlər; MSS-nin üzvi zədələnmələri zamanı bərpa müddəti 1 ml Neyromidin® 5 mq/ml inyeksiya üçün məhlul və ya 1 ml Neyromidin® 15 mq/ml inyeksiya üçün məhlul gündə 1-2 dəfə yeridilir. Kurs 15 günə qədərdir, mümkün olduğu zaman tablet formasına keçilir.

Müxtəlif mənşəli yaddaş pozuntusu (Alzheymer xəstəliyi və qocalıq əqli zəifliyin digər formaları) Doza və müalicənin müddəti fərdi müəyyən edilir, bəzən maksimal sutkalıq doza 200 mq-a çata bilər, müalicə kursu 1 aydan 1 ilə qədərdir. Pediatrik populyasiya Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə preparatın istifadəsinin təhlükəsizliyi sübut edilməmişdir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-04122

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALORA 100ML SRP
5,81 AZN -%0
5,81AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce