Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

NIVALIN 1MG 1ML N10 AMP

Məhsul Kodu : 111-05763
Reseptlə satılır
İstehsalçı ölkə: Bolqaristan
8,00 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

NİVALİN, 1 mq/ml; 2,5 mq/ml; 5 mq/ml; 10 mq/ml inyeksiya üçün məhlul

NİVALİN tərkibi

Təsiredici maddə: 1 ml inyeksiya üçün məhlulun tərkibində 1 mq, 2,5 mq, 5 mq və ya 10 mq qalantamin hidrobromid vardır.

İstifadəsinə göstərişlər

Nivalin periferik sinir sisteminin hərəki pozğunluqlarla bağlı (poliradikulonevritlər, radikulonevritlər, nevritlər, polinevritlər, polineyropatiyalar) xəstəliklərinin kompleks müalicəsində istifadə olunur. Həmçinin, poliomielitdən, mielitdən sonrakı ifliclərdə, spinal əzələ atrofiyasında istifadə olunur. Nivalin insultdan sonrakı ifliclərdə, uşaq serebral iflicində istifadə olunur. Miasteniya qravis (əzələ zəifliyi), əzələ distrofiyası kimi xəstəliklərin müalicəsi üçün istifadə olunur.

Anesteziologiyada və cərrahiyyədə Nivalin antidepolyarizəedici sinir-əzələ blokatorları adlanan maddələrin təsirlərini aradan qaldırmaq üçün və nazik bağırsağın və sidik kisəsinin əməliyyatsonrası parezlərinin müalicəsi zamanı istifadə olunur. Nivalin fizioterapiyada periferik sinir sisteminin zədələnmələrinin müalicəsi üçün və gecələr sidiyin saxlana bilməməsi zamanı istifadə olunur. Nivalin atropinlə və və atropinə oxşar digər maddələrlə zəhərlənmələr zamanı zəhərlənmə simptomlarını aradan qaldırmaq üçün istifadə olunur.

Əks göstərişlər

Aşağıdakı hallarda Nivalini istifadə etməyin: - təsiredici maddə qalantaminə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq); - bronxial astma (bronxların spazmı ilə müşayiət olunan ağciyər xəstəliyi); - əgər Sizin nəbziniz yavaş vurursa və ya Sizdə ürək keçiriciliyinin pozğunluğu (qulaqcıqmədəcik blokadası) varsa; - ürəyin işemik xəstəliyi (ürək əzələsinin qan təchizatının pozulması) və ya ağır ürək çatışmazlığı (yrəyin funksional pozğunluğu) kimi xəstəliklərdə; - epilepsiya zamanı; - yüksəlmiş hərəki aktivlik zamanı; - ağır böyrək və ya qaraciyər çatışmazlığı zamanı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İstənilən preparatı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Hamiləlik və laktasiya dövründə Nivalindən istifadənin təhlükəsizliyi barədə məlumat olmadığı üçün bu dövrdə Nivalinin istifadəsi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nivalin görmə pozğunluqları, başgicəllənmə və yuxuyameyllik törədə bilər ki, bu da nəqliyyat vasitələrini idarəetmə və maşınlarla işləmə qabiliyyətində əks oluna bilər.

NİVALİN istifadə qaydası və dozası

Nivalin həkimin ciddi nəzarəti altında ixtisaslaşmış tibb işçisi tərəfindən yeridilir. Müalicənin dozalanması və müddəti xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılı olaraq həkim tərəfindən müəyyən edilir. Nivalin inyeksiya üçün məhlul dəri altına, əzələ daxilinə və ya vena daxilinə istifadə olunur. Preparatın dozası hər pasiyent üçün fərdi olaraq, uşaqlar üçünsə bədən kütləsindən və uşağın yaşından asılı olaraq müəyyən edilir.

Prepared by  T-Soft E-Commerce.