Sevimlilərə əlavə edin
Paylaşın

NIVALIN 5MG N10 TB

Məhsul Kodu : 111-22187
İstehsalçı ölkə : Bolqaristan
Reseptlə satılır
0 Şərh Şərh
9,60 AZN
Marka: NIMOKateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

NİVALİN®, 5 mq; 10 mq tabletlər.

Nivalin tərkibi


 5 mq-lıq tabletlər Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq qalantamin hidrobromid vardır. Köməkçi maddələr: laktoza monohidrat, buğda nişastası, talk, maqnezium-stearat, mikrokristallik sellüloza (tip 101), kalsium-dihidrofosfat dihidrat. 10 mq-lıq tabletlər Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq qalantamin hidrobromid vardır. Köməkçi maddələr: laktoza monohidrat, buğda nişastası, talk, maqnezium-stearat, mikrokristallik sellüloza (tip 100).

İstifadəsinə göstərişlər:

 Zəifdən mötədilədək ağırlıqda ifadə olunmuş alsheymer tipli demensiyanın müalicəsi zamanı, periferik sinir sisteminin hərəki pozğunluqlarla bağlı (poliradikulonevritlər, radikulonevritlər, nevritlər, polinevritlər, polineyropatiyalar) xəstəliklərinin, əzələ zəifliyinin (miasteniya qravis), proqressiv əzələ distrofiyasının, poliomielitin, uşaq serebral iflicinin müalicəsində istifadə olunur. Əks göstərişlər

 - Qalantaminə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).

 - Bronxial astma (bronxların spazmı ilə müşayiət olunan ağciyər xəstəliyi).

 - Nəbzin yavaş vurması və ya ürək keçiriciliyinin pozğunluğu (qulaqcıq-mədəcik blokadası).

 - Ürəyin işemik xəstəliyi (ürək əzələsinin qan təchizatının pozulması) və ya ağır ürək çatışmazlığı (yrəyin funksional pozğunluğu) kimi xəstəliklər.

 - Epilepsiya.

 - Yüksəlmiş hərəki aktivlik.

 - Ağır böyrək və ya qaraciyər çatışmazlığı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri:

 Aşağıdakı hallarda həkiminizi məlumatlandırın:

 - sinus düyününün zəifliyi sindromu zamanı (ürəkdə impulsların ötürülməsinin pozulması) və ya ürək keçiriciliyinin digər pozğunluqları zamanı;

 - nəbzi yavaşıdan digər preparatların (diqoksin, beta-blokatorlar) istifadəsi zamanı;

 - hiper- və ya hipokaliemiya zamanı;

 - əgər Sizdə mədənin xora xəstəliyi varsa;

 - mədə üzərində aparılan cərrahi əməliyyatdan sonra bərpa dövründə;

 - əgər eyni zamanda qeyri-steroid iltihabəleyhinə preparatlar qəbul edirsinizsə;

 - Parkinson xəstəliyi zamanı (koordinasiyanın pozulması, əllərin əsməsi, hərəkətin ləngiməsi və yerişin pozulması ilə təzahür olunur, xəstənin üzü ifadəsiz olur (maska şəklində), nitq pozulur);

 - əgər ağ ciyərlərin kəskin və xroniki xəstəlikləri varsa;

 - əgər yüngül dərəcəli böyrək çatışmazlığı və ya sidiyəgetmənin çətinliyi varsa;

 - əgər yaxınlarda prostat vəzi və ya sidik kisəsi üzərində əməliyyat aparılmışdırsa;

 - əgər ümumi narkoz altında əməliyyatlar keçirilmişdirsə.

 - Alsheymer xəstəliyi olan pasiyentlərdə yüksək qıcolma aktivliyi müşahidə olunur;

 - Nivalinlə və ya oxşar təsirli preparatlarla müalicə zamanı bədən kütləsinin əhəmiyyətli dərəcədə azalması zamanı bədən kütləsinə nəzarət etmək lazımdır.

 - Yaşlıılarda istifadəsi ehtiyatla istifadə olunmalıdır, çünki onlar preparata qarşı daha çox həssasdırlar. Nivalin preparatının tərkibində olan bəzi komponentlər barədə mühüm məlumat Dərman preparatının tərkibində köməkçi maddə kimi, buğda nişastası vardır. Seliakiyalı xəstələr üçün yararlıdır. Buğdaya qarşı allergiyası olan (seliakiyadan fərqli) pasiyentlər bu dərman vasitəsini qəbul etməməlidir. Əgər Sizdə bəzi şəkərlərə qarşı dözümsüzlük varsa, Nivalinlə müalicəyə başlamazdan əvvəl bu barədə müalicə həkiminə məlumat verin, belə ki, tabletlərin tərkibində köməkçi maddə kimi laktoza vardır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
 İstənilən preparatı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Hamiləlik və laktasiya dövründə Nivalindən istifadənin təhlükəsizliyi barədə məlumat olmadığı üçün bu dövrdə Nivalinin istifadəsi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:

 Nivalin görmə pozğunluqları, başgicəllənmə və yuxuyameyllik törədə bilər ki, bu da nəqliyyat vasitələrini idarəetmə və maşınlarla işləmə qabiliyyətində əks oluna bilər.

Nivalin istifadə qaydası , dozası

 Həmişə Nivalini həkiminizin təyinatına uyğun şəkildə qəbul edin.Əgər nəyəsə əmin deyilsinizsə, həkiminizdən soruşun. Nivalin tabletləri yemək zamanı daxilə qəbul edilir. Müalicə müddətində çoxlu miqdarda maye qəbul etmək lazımdır. Doza və müalicə müddəti həkim tərəfindən müəyyən edilir. (içlik vərəqənin sonunda yerləşdirilmiş “Həkim üçün məlumat” bölməsinə baxın).

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-22187

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALORA 100ML SRP
5,81 AZN -%0
5,81AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce