Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

OKSITOSIN-RIXTER 5 IU 1ML N5 AMP

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-00547
Reseptlə satılır
5,60 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

OKSİTOSİN-RİXTER, inyeksiya üçün məhlul

OKSİTOSİN-RİXTER tərkibi

Təsiredici maddə: 1 ampulda (1 ml) 5 BV oksitosin vardır.

İstifadəsinə göstərişlər

Oksitosin uşaqlığın oyadılması və yığılma qabiliyyətinin gücləndirilməsi üçün istifadə edilir. Doğuşdan əvvəlki dövrdə istifadəsi Doğuşun induksiyası Oksitosin, tibbi göstərişlərə əsasən, doğuşun induksiyası məqsədi ilə aşağıda göstərilən hallarda istifadə edilir: vaxtından keçmiş hamiləlik, döl qişalarının vaxtından əvvəl cırılması və ya

Əks göstərişlər

Doğuşun təbii doğuş yolları vasitəsi ilə aparılması əks göstəriş olduğu hallarda doğuş fəaliyyətinin induksiyası və ya gücləndirilməsi məqsədi ilə oksitosindən istifadə etmək olmaz. Digər vəziyyətlərlə yanaşı, göstərilən hallara aşağıda qeyd olunanlar aiddir:

- klinik baxımdan dar ölçülü çanaq;

- dölün qeyri-düzgün vəziyyətləri (əvvəlcədən müdaxilə olmadan doğuşun təbii yolla tamamlanmasına mane olan gəlişi, məsələn, dölün köndələn vəziyyəti);

- tam cift gəlişi və ya göbək ciyəsi gəlişi;

- göbək ciyəsi ilgəklərinin gəlişi və ya düşməsi. Aşağıda qeyd olunan vəziyyətlərdə inyeksiya üçün oksitosin məhlulunun istifadəsi əks göstərişdir:

- fetal distressin, doğuş fəaliyyətinin başlanmasına qədər inkişaf etməsi;

- uşaqlıq yığılmalarının hipertonik xarakter daşıması;

- təsiredici maddəyə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq. Oksitosinə qarşı rezistent uşaqlığın zəif yığılmaları qeyd olunan, ağır preeklamptik toksemiyalı və ya ürək-damar sisteminin ağır xəstəliklərindən əziyyət çəkən qadın pasiyentlərdə oksitosin üzün müddət ərzində istifadə edilməməlidir. Vaginal prostaqlandinlərin istifadəsindən sonra 6 saat müddətində oksitosindən istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Heyvanlar üzərində oksitosinin reproduktiv funksiyaya təsiri tədqiqatları aparılmamışdır. Preparatın geniş istifadə təcrübəsini, kimyəvi strukturunu və farmakoloji xüsusiyyətlərini nəzərə alaraq, onun göstəriş üzrə (doğuş fəaliyyətinin induksiyası və ya güclənməsi məqsədilə) təyin edilməsi zamanı

dölün inkişafında qüsurların formalaşması riski gözlənilmir. Hamiləliyin ilk trimestrində oksitosin, yalnız öz-özünə və ya süni abort zamanı istifadə edilir. Laktasiya Oksitosin az miqdarda ana südündə aşkar edilir. Lakin okitosinin yenidoğulmuşa arzuolunmayan təsir etməsi gözləməyə əsas yoxdur, belə ki, bu halda o, həzm traktına düşür ki, burada sürətli inaktivasiyaya məruz qalır.

Pediatriyada istifadəsi Məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Oksitosin nəqliyyat vasitələrini idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsir etmir.

OKSİTOSİN-RİXTER istifadə qaydası və dozası

Dozalanma rejimi Preparatın dozası göstərişlərə müvafiq və ananın və dölün preparatın yeridilməsinə qarşı reaksiyasının nəzərə alınması ilə fərdi qaydada seçilir. Preparatın təqdim edilən dozaları onun müxtəlif rejimlərdə və müxtəlif göstərişlər zamanı istifadə təcrübəsinə əsaslanır. Doğuş fəaliyyətinin induksiyası və stimullaşdırılması Doğuş fəaliyyətinin induksiyası və ya stimullaşdırılması məqsədi ilə oksitosin müstəsna olaraq, vena daxilinə damcı üsulu ilə yeridilən infuziya şəklində istifadə edilir. İnfuziya sürətinə ciddi riayət edilmə – preparatın istifadəsinin mütləq şərtidir. Doğuş fəaliyyətinin təhlükəsiz induksiyasının və ya stimullaşdırılmasının təmin edilməsi məqsədi ilə oksitosin infuziya üçün pompa və ya digər oxşar aparat vasitəsi ilə yeridilməlidir. Bundan əlavə, uşaqlığın yığılma qabiliyyətinə və döldə ürək yığılmaları tezliyinə müntəzəm nəzarətin aparılması tələb olunur. Uşaqlığın yığılma qabiliyyəti həddindən artıq gücləndiyi halda, oksitosinin infuziyası dərhal dayandırılmalıdır və bu zaman, uşaqlığın həddindən artıq əzələ aktivliyinin sürətlə azalması müşahidə olunur. Vaginal prostaqlandinlərin istifadəsindən sonra 6 saat müddətində oksitosin ilə infuziya təyin edilə bilməz. Oksitosin vena daxilinə (v/d) damcı üsulu ilə yeridilən infuziya şəklində, əsasən, infuziya üçün dəyişən sürətli pompa vasitəsi ilə yeridilməlidir. 500 ml dekstroza məhlulu (və ya fizioloji məhlul) ilə durulaşdırılmış 2,5 BV oksitosinin yeridilmə sürəti 10 damcı/dəqiqədə təşkil edir. Göstərilən yeridilmə sürəti təxminən 2,5 mBV/dəqiqədə dozaya müvafiqdir. Ətraflı məlumat preparatın dozalanmasına dair cədvəldə təqdim edilmişdir. Doğuş fəaliyyətinin induksiyası üçün oksitosin infuziyasının sürəti

İnduksiyanın başlanmasından sonra zaman göstəricisi (saat) Oksitosinin konsentrasiyası Damcı/dəqiqədə Təxmini dozası (mBV/dəqiqədə) Məhlulun yeridilən həcmi (ml) İnfuziyanın ümumi həcmi (ml) 0,00 2,5 BV 500 ml dekstroza məhlulunda və ya fizioloji məhlulda (5 mBV/ml) 10 3 0 0 0,50 İdentik 20 5 15 15 1,00 İdentik 30 8 30 45 1,50 İdentik 40 10 45 90 2,00 İdentik 50 13 60 150 2,50 İdentik 60 15 75 225

3,00 5 BV 500 ml dekstroza məhlulunda və ya fizioloji məhlulda (10 mBV/ml) 30 15 90 315 3,50 İdentik 40 20 45 360 4,00 İdentik 50 25 60 420 4,50 İdentik 60 30 75 495 5,00 10 BV 500 ml dekstroza məhlulunda və ya fizioloji məhlulda (20 mBV/ml) 30 30 90 585 5,50 İdentik 40 40 45 630 6,00 İdentik 50 50 60 690 6,50 İdentik 60 60 75 765 7,00 İdentik 60 60 90 855

Doğuşdan sonrakı dövrdə uşaqlıq qanaxmalarının dayandırılması Oksitosinin yeridilməsinin ümumi taktikası Oksitosin əzələ daxilinə 10 BV dozada yeridilməlidir və sonra venadaxili infuziya həyata keçirilməlidir. Uşaqlıq atoniyası

Preparatın dozası və yeridilmə qaydası Preparatın fasiləsiz yeridilmə üçün nəzərdə tutulmuş dozası Preparatın maksimal dozası Əks göstərişlər və ehtiyat tədbirləri Oksitosin V/d: 20 BV preparat 1 l v/d infuziya üçün mayedə 60 damcı/dəqiqədə sürətlə yeridilməlidir. Əzələ daxilinə: 10 BV. V/d: 20 BV preparat 1 l v/d infuziya üçün mayedə 40 damcı/dəqiqədə sürətlə yeridilməlidir. Oksitosinlə birlikdə, v/d infuziya üçün maye 3 litrdən artıq olmamaqla. V/d bolyus inyeksiyası şəklində yeridilə bilməz.

Natamam abort və ya abort təhlükəsi zamanı müalicə Hamiləlik müddəti 16 həftədən artıq olarsa, zərurət yarandığı halda, mayalanma məhsullarının orqanizmdən xaric olmasını asanlaşdırmaq məqsədi ilə 40 vahid oksitosin 1 l venadaxili infuziya üçün mayedə (fizioloji məhlulda və ya Ringer-laktat məhlulunda) yeridilməlidir; infuziyanın sürəti 40 damcı/dəqiqədə təşkil etməlidir. Uşaqlıq-cift çatışmazlığının diaqnostikası (oksitosin ilə stress-test) İnfuziyanın başlanğıc sürəti 0,5 mBV/dəqiqə təşkil etməlidir. İnfuziyanın yeridilmə sürəti effektiv doza (adətən, 5-6 mBV/dəqiqədə, maksimun 20 mBV/dəqiqədə) əldə edilənə qədər hər 20 dəqiqədən bir 2 dəfə artırılmalıdır. 10 dəqiqəlik dövr müddətində 3 mülayim uşaqlıq yığılması (hər biri 40-60 saniyə müddətində davam edən) meydana çıxdıqdan sonra infuziya dayandırılmalıdır və dölün ürək yığılmalarının gecikmiş və ya dəyişkən deselerasiyasının (zəifləməsinin) meydana çıxmasına nəzarət edilməlidir. İstifadə qaydası Vena daxilinə damcı üsulu ilə infuziya və ya əzələdaxili inyeksiyalar şəklində istifadə üçün nəzərdə tutulmuşdur.

Oksitosin yalnız parenteral yolla (vena daxilinə və ya əzələ daxilinə) yeridilə bilər. Vena daxilinə yeritmək üçün nəzərdə tutulmuş məhlul natrium laktat, natrium xlorid və ya qlükoza məhlullarının istifadəsi ilə hazırlana bilər. Hazırlanmış məhlul maksimum 8 saat müddətində istifadə edilməlidir. Göstərilən dərman preparatını digər dərman vasitələri ilə qarışdırmaq olmaz.

Prepared by  T-Soft E-Commerce.