Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Olanzapel 5 mq N28 tablet

Məhsul Kodu : 111-26168
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
16,80 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Olanzapel, 5 mq, 10 mq örtüklü tabletlər

Olanzapel tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində 5 mq və ya 10 mq olanzapin vardır. 

Əks göstərişlər 

Olanzapinə və ya tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslığı olanlara, bağlıbucaqlı 
qlaukomanın yaranma riski yüksək olan xəstələrə əks göstərişdir. 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Hamilə qadınlar üzərində adekvat və müvafiq şəkildə nəzarət olunan araşdırmalar aparılmayıb. Xəstələrə olanzapinlə müalicə olunan zaman hamiləlik planlaşdırdıqda və yaxud hamilə qaldıqda öz həkimlərinə məlumat vermələri tövsiyə olunur. Bununla belə insanlar üzərində təcrübənin kifayət qədər olmaması səbəbindən potensial müsbət təsir döl üçün potensial təhlükəyə bəraət qazandırdığı təqdirdə olanzapinin hamiləlik dövründə istifadəsinə icazə verilir.  
Hamiləliyin üçüncü trimestrində antipsixotik dərman vasitələrinin (eləcə də olanzapin) təsirinə məruz qalan yeni doğulmuş körpələrdə doğumdan sonra dərəcəsinə və davam etmə müddətinə görə fərqlənən ekstrapiramid və yaxud abstinent sindromu simptomlarının meydana gəlməsi riski mövcuddur. Gərginlik, hipertoniya, hipotoniya, tremor, yuxululuq, respirator çatışmazlıq və yaxud yemək yemədə çətinlik kimi hallar qeydə alınmışdır. Nəticə etibarilə yenidoğulmuş körpələr mütəmadi olaraq nəzarət altında olmalıdırlar.  
Laktasiya  
Sağlam qadınlarda laktasiya zamanı aparılmış araşdırmalar zamanı olanzapinin südə keçdiyi məlum olmuşdur. Sabit şəraitdə yeni doğulmuş körpəyə ana südündəki olanzapin dozasının (mg/kg) 1.8%-i keçir. Analara olanzapinlə müalicə olunduqları dövrdə, körpəyə ana südü verməmək tövsiyə olunur.  
Fertillik  
Fertilliyə olan təsiri məlum deyil. 

İstifadə qaydası və dozası 

Böyüklər  
Şizofreniya 
Məsləhət olunan başlanğıc doza 10 mq/gün. 
Maniakal epizod: Monoterapiya zamanı başlanğıc, birdəfəlik doza 15 mq/gün və ya kompleks müalicə zamanı 10 mq/gün. 
Bipolyar pozğunluğun təkrarlanmasının qarşısını almaq üçün 
Məsləhət olunan başlanğıc doza 10 mq/gün. Maniakal epizodun müalicəsi üçün olanzapin qəbul etmiş xəstələrdə, təkrarlanmanın qarşısını almaq üçün müalicə eyni dozada davam etdirilir. Əgər yeni maniakal, qarışıq və ya depressiv epizod baş verirsə, klinik göstəricilərə əsasən, əhval-ruhiyyə simptomlarını müalicə etmək üçün əlavə terapiya ilə birlikdə olanzapin müalicəsi (optimal dozada) davam etdirilməlidir. 
Şizofreniyanın, maniakal epizodun müalicəsi və bipolyar pozğunluğun təkrarlanmasının qarşısını almaq üçün gündəlik doza sonradan, fərdi klinik statusa əsaslanaraq 5-20 mq/gün arasında nizamlana bilər. 
Təyin olunan başlanğıc dozadan daha yüksək dozaya artırma, yalnız, müvafiq klinik qiymətləndirmədən sonra və bir qayda olaraq, 24 saatdan az olmayan intervallarda icazə verilir. 
Olanzapin sorulmasına qida qəbulunun təsiri olmadığı üçün, qida qəbulundan asılı olmayaraq təyin edilir. Olanzapin qəbulu, dozanı azaltmaqla dayandırılmalıdır. 
Yaşlılar 
Daha az başlanğıc doza (gündə 5 mq) adətən göstərilmir, lakin klinik amillərin tələbi zamanı 65 və yuxarı olnalar üçün nəzərə alınmalıdır.  
Böyrək və/və ya qaraciyər çatışmazlığı 
Belə xəstələr üçün aşağı başlanğıc doza (5 mq/gün) nəzərdə tutulmalıdır. Orta ağırlıqlı qaraciyər 
çatışmazlığı (sirroz, Child-Pugh təsnifatına görə A və ya B) hallarında başlanğıc doza 5 mq olmalıdır və yalnız, ehtiyatla artırılmalıdır. 
Siqaret çəkənlər 
Siqaret çəkənlərə nisbətən çəkməyənlərdə başlanğıc doza və doza artırma həddinin dəyişilməsinə ehtiyac yoxdur. Olanzapinin metabolizmasına siqarət çəkmək səbəb ola bilər. Klinik  yoxlamalar aparılmalı və zərurət olarsa olanzapinin dozası artırıla bilər.  
Əgər metabolizmi zəiflədən birdən çox faktor mövcuddursa (qadın cinsi, heriatrik yaş, siqaret 
çəkməmək), başlanğıc dozanın azaldılması nəzərdən keçirilməlidir. Belə xəstələrdə dozanın artırılması göstəriş olduqda, ehtiyatlı olmaq lazımdır. 
2,5 mq dozada artım zəruri hesab edildiyi hallarda, Olanzapel® örtülmüş tabletlərdən istifadə edilməlidir. 
Uşaq populyasiyası 
Olanzapinin uşaqlarda və 18 yaşdan aşağı yeniyetmələrdə effektivliyi və təhlükəsizliyi haqqında 
məlumatlar az olduğu üçün, bu yaş qrupuna təyini məsləhət görülmür. Yeniyetmələrdə qısamüddətli tədqiqatlar zamanı böyüklərə nisbətən çəki artımının, lipid və prolaktin səviyyəsinin daha geniş həcmdə
dəyişməsi qeydə alınmışdır.

Prepared by  T-Soft E-Commerce.