Sevimlilərə əlavə edin
Paylaşın

Ornadex 0, 5MG/0, 4MG N30 Cap

Məhsul Kodu : 111-26157
İstehsalçı ölkə : Ispaniya
0 Şərh Şərh
34,12 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

ORNADEKS, bərk kapsullar

ORNADEKS tərkibi

Təsiredici maddə: 1 kapsulda 0,5 mq dutasterid, 0,4 mq tamsulozin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Prostat vəzinin xoşxassəli hiperplaziyasının orta və ağır dərəcəli simptomlarının müalicəsi. Prostat vəzinin xoşxassəli hiperplaziyasının orta və ağır dərəcəli simptomları olan xəstələrdə kəskin sidik ləngiməsinin yaranması riskini və cərrahi müdaxilə ehtiyacını azaltmaq məqsədilə.

Əks göstərişlər

qadınlar (çünki bu dərman yalnız kişilər üçündür). 18 yaşdan kiçik uşaqlar və yeniyetmələr. dutasterid, digər 5-reduktaza inhibitorları, tamsulozin, soya, fısdıq və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq. başgicəllənmə və ya bayılma (ortostatik hipotenziya) ilə müşayiət olunan hipotenziya.

ağır qaraciyər xəstəlikləri.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər qadın hamilədirsə və ya hamilə olmaq ehtimalı varsa, ORNADEKS kapsulu ilə kontaktda olmamalıdır, belə ki, dutasterid dəridən sorulur və kişi cinsli dölün normal inkişafına təsir göstərə bilər (xüsusilə də, hamiləliyin ilk 16 həftəsində). Cinsi əlaqə zamanı prezervativlərdən istifadə edin. Əgər partnyorunuz hamilədirsə və ya hamilə olmaq ehtimalı varsa, sperma ilə kontaktda olmamalıdır. Əgər hamilə qadın ORNADEKS kapsul ilə kontaktda olubsa həkiminizlə məsləhətləşin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

ORNADEKS bəzi pasiyentlərdə başgicəllənmə baş verə bilər ki, bu da sizin təhlükəsiz maşın sürmə və idarə etmə qabiliyyətinizə təsir göstərə bilər. Əgər preparatın belə əlavə təsirini hiss etsəniz, nəqliyyat və ya hər hansı texniki qurğuları idarə etməkdən uzaq olun.

ORNADEKS istifadə qaydası və dozası

ORNADEKS həkim təyin etdiyi şəkildə qəbul edilməlidir. Mütəmadi olaraq qəbul etməsəniz, PSA səviyyəsinin monitorinqinə təsir göstərə bilər. ORNADEKS gündə 1 kapsul daxilə (qida qəbulundan 30 dəqiqə sonra) qəbul olunur. Kapsul su ilə bütöv şəkildə udulmalıdır.

Kapsulu açmaq və ya çeynəmək olmaz. Kapsulun tərkibi ilə kontakt ağız boşluğu və udlağın selikli qişasını qıcıqlandıra bilər. ORNADEKS qəbul etməyi unutmusunuzsa, unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul etməyin. Növbəti dozanı öz təyin olunmuş vaxtında qəbul edin.

Məsləhətləşmədən ORNADEKS qəbul etməyi dayandırmayın. Müalicə həkiminizlə məsləhətləşmədən ORNADEKS qəbulunu dayandırmaq olmaz. Əgər bu preparatın istifadəsi ilə bağlı hər hansı bir sualınız yaranarsa, həkiminizdən və ya əczaçıdan soruşun.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-26157

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Astrogen N60 Kapsul
57,80 AZN -%0
57,80AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce